ABDULLA ŞAİQİN MƏNZUM HEKAYƏLƏRİNİN FOLKLOR QAYNAĞI
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 7
Abstract
Xülasə Uşaq ədəbiyyatının inkişaf tarixində Abdulla Şaiqin xüsusi yeri və məqamı vardır. Yüksək sənət intelleksiyası sərgiləyən poetik örnəkləri yüz ildən çoxdur ki, uşaqların mənəvi dünyasının ifadə örnəyi olaraq dillər əzbərinə çevrilmişdir. Məzmun mükəmməlliyi, struktur səciyyəsi və bütünlükdə yeniyetmə və cocuq təsəvvürünü formalaşdırmaq üçün müstəsna əhəmiyyəti ilə diqqət önünə gəlir. Belə uğurlu alınmanın ana qaynağını isə bir istiqamətdə xalqın zəngin yaradıcılığından bəhrələnmə təşkil edir. Mənzum hekayələri bütün parametrlərdə görkəmli ədibin yaradıcı istedadının göstəricisidir və uşaq dünyası mütəxəssisi olaraq nümunəyə çevrilən əvəzsiz örnəklərdir. XIX əsrin ortalarından başlayan hərəkətlilik milli müəyyənliyin və özünüifadənin kodu olaraq ədəbi-mədəni düşüncənin müxtəlif istiqamətlərdə özünü nümayişi ilə diqqət önünə gəlir. Milli mətbuatın yaranışı, yeni tipli məktəblər, əlifba məsələsi, qadın təhsili, dərslik, məktəb problemləri və s. bütünlükdə cəmiyyətin qarşısında duran və həllini gözləyən məsələlər idi. Uşaq ədəbiyyatı sahəsində olanlar gənc nəslin bir şəxsiyyət kimi formalaşdırılması və mütərəqqi mühitin yaradılması istəyindən irəli gəlirdi. S. Ə. Şirvani, H. Zərdabi, C. Ünsizadə, M. Şahtaxtlı, M. Mahmudbəyov, R. Əfəndiyev, A.Səhhət, M. Ə. Sabir, M. Hadi, Ə. Müznib, Ə. Ülvi, C. A. Şirvani, Ə.Nəzmi, M. T. Sidqi, S. Mənsur, Ə. Dai və s. kimi fədakar ziyalı nəslinin fəaliyyəti bu aspektdə bir əvəzsizlik sərgiləyir. “Rəhbər”, “Dəbistan”, “Məktəb” kimi mətbuat orqanlarının gördüyü böyük işlər milli hərəkətliliyin uşaq ədəbiyyatı, məktəb, təhsil sahəsində funksional rolunu faktlaşdırır.
Authors and Affiliations
Şöhrət Məmmədova
QADIN İDMANÇILARDA CİNSİYYƏTİN FORMALAŞMASI PROBLEMLƏRİ
Xülasə Tibbi ədəbiyyatda qadın idmançıların reproduktiv funksiyasında pozuntuların yüksək tezliyi ilə bağlı həyəcanverici tədqiqat nəticələrinin olması ilə izah olunur. Onlar təkcə idman həkimlərini deyil, ilk növbədə i...
THE STRUGGLES OF PEOPLE FROM NON-ENGLISH SPEAKING COUNTRIES TRYING TO LIVE AS AN INTERNATIONAL STUDENT
Abstract Studying abroad presents a unique opportunity for students, offering numerous benefits and some challenges. To embark on this journey, students need to research programs, fulfill application requirements, sec...
İSPAN HÜQUQİ MƏTNLƏRİNİN MƏDƏNİ XÜSUSİYYƏTLƏRİNİN TƏRCÜMƏ PROBLEMLƏRİ
Xülasə Təqdim edilən məqalədə ispan dilində hüquqi mətnlərin tərcüməsində mədəni xüsusiyyətlərin əsas rolunu və işlənən terminlərin dəqiq verilməsinin əhəmiyyətini vurğulayacağıq. Hər bir ölkənin hüquq sisteminə xas o...
AZƏRBAYCANDA BOLONYA PROSESİ: TƏLƏBƏYÖNÜMLÜ TƏHSİL
Tələbəyönümlü təhsil Bolonya prosesinin diqqət mərkəzində olan əsas məsələlərdən biridir. 2003-cü ildən bəri Berlin, Bergen, London və digər ölkə nazirləri konfranslarında bu məsələ müzakirə olunaraq ölkələrin tələbəyönü...
PHYSIOLOGICAL (GROWTH AND DEVELOPMENT THROUGH THE PARAMETERS OF OPTIMAL ENVIRONMENTAL FACTORS), MORPHOLOGICAL, BIOCHEMICAL PROPERTIES AND MEDICINAL SIGNIFICANCE OF GLYCINE MAX L SPECIES BELONGING TO FABACEAE.
The article provides information on the physiological characteristics of Glycine max L, a leguminous plant belonging to the Fabaceae family, taking into account the influence of morphological and environmental factors. I...