AZƏRBAYCANDA DƏRİ LEYŞMANİOZUNUN HAZIRKİ VƏZİYYƏTİ VƏ ONUNLA MÜBARİZƏDƏ QARŞIDA DURAN VƏZİFƏLƏR

Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 11

Abstract

Xülasə Aparılan kompleks tədbirlər sayəsində keçən əsrin 60-cı illərində Azərbaycanda dəri leyşmaniozu praktik ləğv edilmiş, visseral leyşmanioz xeyli azaldılmışdır və onun qalıq ocaqları yalnız bir neçə rayonda müşahidə edilirdi. Lakin 1987-ci ildən başlayaraq dəri leyşmaniozu əvvəllər rast gəlməyən bir sıra rayonlarda epidemik alovlanma şəklində baş qaldırmış, visseral leyşmanioz isə sürətlə yayılaraq ölkəmizin bir çox zonalarını əhatə etmişdir. Bu hal səhiyyə orqanlarında narahatçılıq doğurmuş və problemə daha ciddi yanaşmaq zəruriyyəti yaranmışdır. Hal-hazırda ölkəmizin Göyçay, Ağdaş, Ucar, İsmayıllı və digər rayonlarında dəri leyşmaniozunun endemik ocaqları mövcuddur. Ümumiyyətlə, son illərdə Azərbaycanın bir çox regionlarında dəri leyşmaniozu sporadik şəkildə qeydə alınır. Dəri leyşmaniozu bütün yaş qruplarından olan əhali arasında müşahidə olunur. Dəri leyşmaniozunun yayılmasının səbəbini aşkar etmək, onunla effektiv mübarizə və profilaktika tədbirləri həyata keçirmək üçün müxtəlif istiqamətlərdə dərin tədqiqatlar aparmaq lazımdır. Həmçinin bu məqsədlə xəstələrin erkən aşkarlanması və müalicəyə cəlb edilməsi çox vacibdir.

Authors and Affiliations

Fatma Hüseynova, Şəhla Əliyeva, Zivər Abseynova, Sevinc Eyvazlı, İlhamə Məsimova

Keywords

Related Articles

SOVETLƏŞDİRMƏ SİYASƏTİ DAXİLİNDƏ TÜRKÜSTAN COĞRAFİYASINDA BAŞ VERƏN DƏYİŞİKLİKLƏR

Xülasə XIX əsrin ortalarında Rusiya Çarlığı tərəfindən tamamilə ələ keçirilən Türküstan coğrafiyası mühüm stratejik əhəmiyyətə malik, zəngin təbii qaynaqları olan və dünya hegemoniyası uğrunda mübarizə aparan hər bir...

İngilis və Azərbaycan dillərində inkarlıq bildirən prefikslər

Bu məqalə ingilis dilində inkarlığı ifadə edən müxtəlif prefikslərin və onların Azərbaycan dilindəki mənfi ifadə vasitələrinin müqayisəli təhlilinə həsr olunub. Araşdırmada ingilis dilində geniş yayılmış “un-”, “in-”,...

RADİOAKTİV TULLANTILAR VƏ ONLARIN ƏTRAF MÜHİTƏ TƏSİRİ

Xülasə Xülasədə dünyada milyon tonlarla mövcud olan radioaktiv tullantılar və onların ətraf mühitə təsirinin nəticələri müzakirə olunmuşdur. Artıq 50 ildən çoxdur ki, radioaktiv tullantıların utilizasiyası mütəxəssisl...

KÜLƏK ENERJİSİNİN DAĞLIQ ŞİRVAN İQTİSADİ ZONASINDA ENERGETİK XÜSUSİYYƏTLƏRİNİN TƏDQİQİ

Məqalədə Azərbaycan Respublikasında bərpa olunan enerjinin tarixi, inkişafı və statistikası haqqında məlumat verilmişdir. Eyni zamanda Dağlıq Şirvan iqtisadi zonasında bərpa olunan enerjinin bir növü olan, külək enerjisi...

Göbələk növlərinin annotasiya edilməsi və ekosistemlərdəki ekoloji təsirlərinin təhlili

Bu məqalə Bakı şəhəri torpaqlarında qeydə alınan göbələk növlərinin ekologiyası və onların trofik ixtisaslaşmasını araşdırır. Tədqiqatın məqsədi, müxtəlif torpaq növlərində yaşayan göbələk populyasiyalarının müxtəlifliyi...

Download PDF file
  • EP ID EP749886
  • DOI 10.36719/2663-4619/96/139-143
  • Views 66
  • Downloads 0

How To Cite

Fatma Hüseynova, Şəhla Əliyeva, Zivər Abseynova, Sevinc Eyvazlı, İlhamə Məsimova (2023). AZƏRBAYCANDA DƏRİ LEYŞMANİOZUNUN HAZIRKİ VƏZİYYƏTİ VƏ ONUNLA MÜBARİZƏDƏ QARŞIDA DURAN VƏZİFƏLƏR. Scientific Work, 17(11), -. https://europub.co.uk./articles/-A-749886