AZƏRBAYCANDA ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ DİSTANT TƏHSİLİN İDARƏOLUNMASI SAHƏSİNDƏ PROBLEMLƏRİN ARAŞDIRILMASI
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 5
Abstract
Təqdim olunan məqalə Azərbaycanda daha çox müzakirələrə səbəb olan distant təhsil sahəsində mövcud problemlərin araşdırılmasından bəhs edir. Məqalədə problem bir çox aspektlərin araşdırılmasını əsas götürmüşdür. Bu vaxta qədər distant təhsil haqqında tədqiqatların əksəriyyəti pedaqoji perspektivə yönəlmişdir, lakin problemin analitik nöqteyi-nəzərdən aparılan tədqiqatlara aid olmasına dair məlumatlar çox zəif təşviq edilirdi. Tədqiqat məqaləsi orta məktəblərdə distant təhsildə müxtəlif maraqlı tərəflərin, o cümlədən onlayn təlimin təşkilatçıları, müəllimlər və şagirdlərin üzləşdiyi problemləri araşdırmaqla onların yaranma səbəbləri və nəticələrini açıqlamağı məqsəd kimi qeyd edir. Bu çətinliklər əsasən məktəblərdə fiziki və texniki resursların çatışmazlığı, müəllim və şagirdlərin virtual təlimə adaptasiya olmaları, komputer bilikləri, motivasiyanın zəif tətbiqi və təlimdə diqqəti yayındıran vasitələridir. Məqalənin araşdırması həm müəllimlər, həm də şagirdlərin qeyri-sabit və ya məhdud internet bağlantısından əziyyət çəkdiyini, kütləvi onlayn təhsildə şagirdlərin distant təhsil alma hüquqlarına maneə törətdiyini aşkar edir. Valideynlər övladlarının evdə onlayn öyrənməsi üçün hər cür dəstəyi təmin etmək üçün çətinliklə üzləşir və pedaqoji yenidənqurma ehtiyacı ilə üzləşirlər. Bu tədqiqat həmçinin internetə çıxışı məhdud olan və öyrənmə imkanlarını məhdudlaşdıran problemləri araşdırır. Qlobal nöqteyi-nəzərdən, məqalənin mövzusu kütləvi onlayn təhsilə keçid üzrə maneələrin aradan qaldırılmağa kömək edə bilər.
Authors and Affiliations
Telli İbrahimova, İradə Zamanova
AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİNİN QƏRARLARINDA 1950-Cİ İL TARİXLİ AVROPA KONVENSİYASININ "İŞGƏNCƏLƏRİN QADAĞAN EDİLMƏSİ" ADLI 3-CÜ MADDƏSİNİN ŞƏRHİ
Xülasə İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyası işgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qarşısının alınması üçün yeganə beynəlxalq hüquqi sənəd deyildir. Eyni qa...
GLOBAL ENERGY POLICIES AND ENERGY CONTRACTS
Abstract This article examines global energy policies and energy agreements, discusses the importance of energy to countries, identifies and substantiates problems in global energy policy. Today, global energy policy...
İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ ÇAYLARIN AXINLARINDAN HİDROENERGETİKA MƏQSƏDİ İLƏ MƏNİMSƏNİLMƏSİ ÜÇÜN YENİ DURULDUCULARIN İŞLƏNMƏSİ
Məqalədə, işğaldan azad edilmiş ərazilərin çaylarında, hidroloji müşahidə məntəqələrinin məlumatlarına əsasən, orta illik su sərfinin, çay axınının lilliyinin öyrənilməsi və təhlili, orta çoxillik çöküntülərin miqdarı və...
BAKI ŞƏHƏRİNDƏ İCTİMAİ BİNALARDA GÜNƏŞ ENERJİSİNDƏN İSTİFADƏNİN SƏMƏRƏLİLİYİNİN ARTIRILMASI
Məqalədə Bakıda binalarda günəş enerjisindən istifadənin səmərəliliyinin artırılmasından bəhs edilir. Yaşayış binalarında insan sayı artdıqca enerjiyə olan tələbat da artır. Enerji tələbatını ödəmək üçün günəş enerjisind...
NATIONAL LEGAL MECHANISMS IN COMBATING DOMESTIC VIOLENCE AGAINST THE WOMEN AND THEIR EFFICIENCY
Abstract Domestic violence is a significant social problem affecting millions of women globally. In Azerbaijan, domestic violence is also a prevalent issue that continues to impact the lives of many women. However, th...