BAKI ŞƏHƏRİNDƏ COVİD-19 PANDEMİYASI FONUNDA YUXARI TƏNƏFFÜS YOLLARININ ÇOXSAYLI VƏ YA QEYRİ-MÜƏYYƏN LOKALİZASİYALI KƏSKİN İNFEKSİYALARININ BƏZİ EPİDEMİOLOJİ XÜSUSİYYƏTLƏRİ
Journal Title: Nature & Science - Year 2024, Vol 6, Issue 2
Abstract
Xülasə ÜST məlumatına əsasən bütün yoluxucu xəstəliklərin 90-95%-i müxtəlif etiologiyalı kəskin respirator virus infeksiyaları və qripin payına düşür. Tədqiqat işinin məqsədi Bakı şəhərinin rayonlarında Covid-19 pandemiyası dövründə yuxarı tənəffüs yollarının çoxsaylı vəya qeyri-müəyyən lokalizasiyalı kəskin infeksiyalarının bəzi epidemioloji xüsusiyyətlərinin öyrənilməsidir. Bakı şəhərinin rayonları üzrə yuxarı tənəffüs yollarının ÇQML kəskin infeksiyaları ilə xəstələnmənin intensiv (hər 1000nəfər əhali %), və ekstensiv(%0) göstəriciləri təyin edilmişdir. Tədqiqat dövrü ərzində 2020-2022-ci illər üçün Bakı şəhərinin 12 rayonunda (Binəqədi, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Pirallahı, Nizami, Səbail, Sabunçu, Suraxanı, Yasamal, Xətai) yuxarı tənəffüs yollarının YTY ÇQML kəskin infeksiyaları ilə xəstələnmə haqqında statistik məlumatlar təhlil edilmiş, analitik epidemioloji təhlil mütləq göstəricilərin əhali arasında (0-17 yaş, o cümlədən 0-1 yaş, 1-4 yaş, 5-13 yaş, 14-17 yaş və 18 yaş və yuxarı), cinslər üzrə (qadınlar və kişilər), illər üzrə (2020-2022-ci illər) və il daxilində aylar üzrə (mövsümilik) qeydə alınma dinamikasının araşdırılmsı əsasında aparılmışdır. 2022-ci ildə Bakı şəhərində YTYÇQMLKİ ilə yoluxma səviyyəsi 2020-ci ilə nisbətən 2,5 dəfə yüksək olmuşdur. Xəstələnmə halları həm qadınlar,həm də kişilər arasında 2022-ci ildə orta hesabla 2 dəfə artıq qeydə alınmışdır. 3 il ərzində YTYÇQMLKİ ilə xəstələnmə göstəricilərinin 0-17 yaş qrupu ilə müqayisədə 18 yaşdan yuxarı yaş qrupunda yüksək olmuşdur. 2020-ci ildə YTYÇQMLKİ ilə xəstələnmənin intensivlik göstərici hər 1000 nəfərə 29,53 nəfər olmaqla Səbail rayonunda (2,95%), 2021-ci ildə hər 1000 nəfərə 82,29 nəfər olmaqla Xəzər rayonunda (8,22%), 2022-ci ildə hər 1000 nəfərə 90,20 nəfər olmaqla Qaradağ rayonunda (9,02%) maksimal səviyyədə təyin edilmişdir. YTYÇQMLKİ ilə xəstələnmənin əraziyə görə risk amili Binəqədi, Xəzər və Yasamal rayonları qeyd olunur. 2020-ci ildə YTYÇQMLKİ ilə xəstələnmənin maksimal səviyyəsi Sabunçu rayonunda dekabr ayında, 2021-ci ildə Xəzər rayonunda dekabr ayında, 2022-ci ildə Yasamal rayonunda yanvar ayında müəyyən edilmişdir.
Authors and Affiliations
Lalə Rüstəmova, Süleyman Məmmədov, Fəridə Heydərova, Nurlana Atakişiyeva, Səbinə İsmayılova
RADİOAKTİV ÇİRKLƏNMƏ ZONALARINDA ƏHALİNİN HƏRƏKƏTİ
Xülasə Təqdim olunan işdə yaşayış məntəqələrində radioaktiv maddələrin yayılma təhlükəsi və onlardan mühafizə yollarının araşdırılmasının nəticələri göstərilmişdir. Radioaktiv çirklənmə zonalarının xarakteristikaları...
The Optimization and Mechanism of Textile Dye Adsorption on the Surface of Pine Sawdust Biomass: Thermodynamic, Isotherm and Kinetic Studies
Abstract Due to increasing problems of freshwater availability and wastewater treatment and management, there is a dire need to control water pollution. A major portion of wastewater is produced through dye contaminat...
INTERNATIONAL PRACTICES ON GMP IN PHARMACEUTICALS
Abstract Pharmaceutical science encompasses meticulous processes, from initial pharmacological testing to distribution and pharmacovigilance. Each stage demands unwavering precision and adherence to regulatory standar...
STUDY OF FUNGAL DISEASES OF PEAR PLANT IN GANJA DASHKASAN REGION AND MEASURES TO COMBAT IT
Abstract The article provides information about fungal diseases that affect pear plants and methods of combating the disease. It has been established that fungal diseases occur in all regions of Azerbaijan. Informatio...
A Natural Event of Radioactivity
Abstract Natural radioactivity was first discovered in 1896 by the French physicist Beck Kerelem. As a result of recent research, Pierre and Marie Curie discovered that the nucleus of atoms of some elements spontaneou...