BİOLOGİYA FƏNNİNİN TƏDRİSİNDƏ STEAM MODELİ

Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 5

Abstract

Xülasə Biologiya dərslərində informasiya texnologiyalarından istifadə müəllimə bir sıra imkanlar yaradır. Bunlardan təlim-tərbiyə prosesinin gedişində şagirdlərin şüurlu fəaliyyətinin təşkil edilməsi, təlim prosesində fərdi yanaşma üsulunun tətbiqinə daha böyük imkanlar yaradılması və qısa vaxt ərzində mikro və makro aləmdə baş verən hadisə və prosesi ardıcıllıqla izləmək imkanlarının yaradılmasını misal göstərmək olar. Bu texnoloji yeniliklərin hamısını özündə birləşdirən, ən əsas və yeni model STEAM tədris modelidir. Biologiya dərslərində STEAM-dan istifadə edərkən dərsin mərhələləri əvvəlcədən aydınlaşdırılmalıdır. Bununla yanaşı bioloji biliklərin şagirdlərin həyat və fəaliyyətində mühüm rol oynadığını da nəzərdə saxlamaq lazımdır. Məhz bioloji təhsil sayəsində hələ yeniyetməlik yaşlarından şagirdlərdə özünə, ətrafdakılara, ümumiyyətlə, bütün canlılara qarşı diqqətli və ehtiyatlı yanaşma, təbiətə məhəbbət hissi formalaşır. Şagird müəyyən dərəcədə öz sağlamlığının qeydinə qalmağın nə dərəcədə mühüm olduğunu anlayır, öz orqanizminin quruluş və funksiyalarını bilir, ekologiyanın nə demək olduğunu anladığına görə onda bitki və heyvanlar aləminə qarşı rəğbət hissi yaranır. Məktəbdə işlədiyim müddət ərzində belə bir fikrə gəlmişəm ki, yaxşı nəticə əldə etmək üçün hər bir müəllim öz fənninə marağı artırmalı, bunun üçün isə dərs zamanı müasir-pedaqoji üsullardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə etməlidir. İKT-dən biologiya dərsində istifadə tədris edilən fənnin keyfiyyətini də artırmağa kömək edir, müxtəlif obyektlərin nümayişini asanlaşdırır. Biologiyanın məktəbdə tədrisi mütəmadi olaraq təcrübələrin nümayişinə əsaslanır.

Authors and Affiliations

Pərvin Qafarova

Keywords

Related Articles

TÜRK DÜNYASINDA MƏDƏNİYYƏTLƏRARASI TƏMASLARIN YENİ REALLIQLARI

Xülasə Bu məqalə Türk dünyasında mədəniyyətlərarası təmasların yeni reallıqlarını araşdırır. Türk dünyasında mədəniyyətlərarası təmasların yeni reallıqları, türkdilli xalqların və dövlətlərin üzləşdiyi müasir dəyişikl...

THE ROLE OF LOGIC AND INTUITION IN MATHEMATICS TEACHER TRAINING

Abstract The economic and political potential of each state is inextricably linked with its education system. In the conditions of the information society, the training of pedagogical personnel in accordance with the...

REVISITING THE THEMES OF BERNARD SHAW’S THE DEVIL'S DISCIPLE

Abstract In The Devil's Disciple, George Bernard Shaw artfully explores the themes of appearance and reality, hypocrisy, and identity shifting against the backdrop of colonial America during the Revolutionary Era. Thr...

MUSİQİ TƏLİMİNİN TƏRBİYƏEDİCİ İNKİŞAFI

Xülasə Pedaqogikanın əsas prinsiplərindən biri təlimin tərbiyəedici prinsipidir. Musiqi pedaqogikasının öyrəndiyi sahələrdən biri də tərbiyə problemləridir. Başqa sözlə desək musiqinin imkanlarından, təsir gücündən, b...

GƏLƏCƏK TRENDLƏR: KOB İDARƏETMƏSİNDƏ AVTOMATLAŞDIRMANIN TƏKAMÜLÜ

Xülasə Kiçik və orta sahibkarlığın (KOB) idarə edilməsinin dinamik mənzərəsində avtomatlaşdırma əməliyyat paradiqmalarını və strateji çərçivələri yenidən formalaşdıran əsas qüvvə kimi meydana çıxır. Bu məqalə mücərrəd...

Download PDF file
  • EP ID EP748454
  • DOI 10.36719/2706-6185/35/72-75
  • Views 39
  • Downloads 0

How To Cite

Pərvin Qafarova (2024). BİOLOGİYA FƏNNİNİN TƏDRİSİNDƏ STEAM MODELİ. Ancient Land, 6(5), -. https://europub.co.uk./articles/-A-748454