Cümlədə söz sırası sintaktik təkamülün aspektlərindən biri kimi

Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 9

Abstract

Xülasə Məqalədə Azərbaycan dilində cümlədə söz sırası ilə bağlı məsələlər qohum və qohum olmayan dillərlə müqayisə və qarşılaşdırma yolu ilə araşdırılır. Məlum olduğu kimi, türk dillərində, o cümlədən Azərbaycan dilində sintaktik norma olaraq cümlə strukturunda mübtəda əvvəldə, xəbər sonda, ikinci dərəcəli üzvlər – tamamlıq, təyin, zərflik isə ortada – baş üzvlərin arasında gəlir. Bu norma səciyyəli qanunauyğunluğa elmi, rəsmi, publisistik üslublarda ciddi riayət olunur. Canlı danışıq dilində və bədii üslubda cümlədə söz sırası pozula bilər. Bədii üslubda söz sırasının pozulması daha çox üslubi effekt, canlı danışıq dilinə yaxınlaşma, uyğunlaşma və sadə ünsiyyətə meyil məqsədilə baş verir. Türk dilləri, o cümlədən Azərbaycan dili ilə qohum olmayan Hind-Avropa dillərində isə cümlədə əvvəldə mübtəda, sonra isə xəbər gəlir, baş üzvlərdən – mübtəda və xəbərdən sonra isə cümlənin ikinci dərəcəli üzvləri – tamamlıq, təyin, zərflik gəlir. Məqalədə sintaktik təkamül prosesi ilə norma arasında üzvi əlaqənin formalaşması prosesində cümlə strukturunda söz sırası amilinin rolu tədqiq olunur, vurğulanır ki, dialektik bir hadisə olan təkamüldə normanın formalaşması prosesini cümlədə söz sırasını nəzərə almadan hərtərəfli öyrənmək düzgün olmaz.

Authors and Affiliations

Təranə Nağıyeva

Keywords

Related Articles

XARİCİ ÖLKƏLƏRDƏ AKSİZ VERGİSİNƏ CƏLB OLUNAN MALLARIN DAİRƏSİ VƏ AKSİZ VERGİSİNİN ALINMASININ HÜQUQİ TƏNZİMİ: MÜQAYİSƏLİ-HÜQUQİ TƏHLİL

Xülasə Spirtli içkilərin və tütün məmulatlarının istehsalına görə tutulan aksiz vergisi əhalinin sağlamlığına və iqtisadiyyatına mühüm təsir göstərən malların istehsalı və dövriyyəsinə dövlət tərəfindən tənzimlənmənin...

KƏND TƏSƏRRÜFATINDA BİOLOJİ PREPARATLARIN İSTİFADƏ PERSPEKTİVLƏRİ

Xülasə Kənd təsərrüfatının inkişafı nəticəsində yaranan aqroekosistemlər insan və təbiət əməyinin birgə məhsuludur. Aqroekosistemlərin xarakteri və onların məhsuldarlığı təbii şəraitdən asılı olmaqla yanaşı, eyni zama...

VEB PORTALLARIN TƏSNİFLƏŞDİRİLMƏSİ VƏ FUNKSİONAL İMKANLARININ TƏHLİLİ

Xülasə Yeni texnologiyaların meydana çıxması və surətlə yayılması, o cümlədən veb portalların yaranması insanların informasiyaya əlçatarlığını artırmış, biliyin və resursların paylaşılması üsullarını və kommunikasiya...

GƏNCLƏR İLƏ SOSİAL İŞİN ƏSAS İSTİQAMƏTLƏRİ VƏ YANAŞMALARI

Xülasə Əsər müasir ölkə gəncliyinin ən aktual problemlərini təhlil edir. Məqalədə gənclərlə sosial işin əsas istiqamətləri də vurğulanır; gənclərə göstərilən sosial xidmətlərin siyahısı müəyyən edilmişdir; gənclər üçü...

STALIN’S REPRESSIONS IN IVAN BAHRIANYI’S NOVEL “SAD HETSYMANSKYI” (“GARDEN OF GETHSEMANE”) AND IN AZERBAIJANI LITERATURE: TRUTH AND FICTION

Abstract In this paper, one of the most famous Ukrainian novels about the Great Purge, “Sad Hetsymanskyi“ (“Garden of Gethsemane”) by Ivan Bahrianyi, is discussed from the perspective of the latest academic works, inc...

Download PDF file
  • EP ID EP747439
  • DOI 10.36719/2789-6919/37/20-24
  • Views 38
  • Downloads 0

How To Cite

Təranə Nağıyeva (2024). Cümlədə söz sırası sintaktik təkamülün aspektlərindən biri kimi. Scientific Research, 4(9), -. https://europub.co.uk./articles/-A-747439