DAXİLİ TURİZMİN İNKİŞAF PERSPEKTİVLƏRİ

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 5

Abstract

Xülasə Tədqiqatın məqsədi: Azərbaycan Respublikasında daxili turizmin inkişaf perspektivlərini araşdırmaq, yerli turizm potensialını artırmaq üçün stratejilər təklif etmək və bu sahədə mövcud imkanların daha effektiv istifadəsini təmin etməkdir. Elmi yenilik: Bu tədqiqat, Azərbaycanın daxili turizm sektorunda istifadə edilməmiş və ya az istifadə edilmiş resursları identifikasiya edərək, bu potensialın aktivləşdirilməsi yollarını təklif edir. Həmçinin, yerli turizm inkişafında əhali arasında mədəni və tarixi anlayışların gücləndirilməsinin önəmini vurğulayır. Tədqiqatın nəticələri: Tədqiqat, Azərbaycanın daxili turizm sektorunun mədəni, ekoloji və sağlamlıq turizmi kimi sahələrdə geniş imkanlara malik olduğunu ortaya qoymuştur. Eyni zamanda, infrastrukturun modernizasiyası, marketinq strategiyalarının yenilənməsi və yerli əhalinin turizm sektoruna cəlb edilməsi kimi faktorların turizm sektorunun inkişafına töhfə verəcəyi təsbit edilmiştir. Tədqiqatın məhdudiyyətləri: Tədqiqatın əsas məhdudiyyətləri, mövcud statistik məlumatların məhdudluğu və daxili turizmə dair etibarlı məlumatların azlığıdır. Bununla yanaşı, tədqiqat yalnız bəzi bölgələr üzərində diqqət mərkəzində olmuş və bütün ölkə miqyasında genişləndirilməmişdir. Praktik əhəmiyyət:Araşdırma nəticələri, yerli hakimiyyət orqanları, turizm agentlikləri və özəl sektora Azərbaycan daxilində turizm imkanlarını genişləndirmək üçün konkret təkliflər sunmaqda­dır. Bu təkliflər, yerli iqtisadiyyata müsbət təsir göstərərək iş imkanlarını artırmaq və milli mədəni irsi qorumaq məqsədi daşıyır. Tədqiqatın orijinallığı: Bu tədqiqat, Azərbaycanın daxili turizm sektoruna özgü məhdudiyyətləri və imkanları dərindən təhlil etməklə, ölkədə turizmin daha da inkişaf etdirilməsi üçün özgün yanaşmalar təklif edir. Tədqiqat, həm nəzəri və həm də praktiki aspektləri ilə bu sahədəki boşluqları doldurmağa çalışır və yerli turizmin qlobal trendlər çərçivəsində necə inteqra­siya edilə biləcəyini ortaya qoyar.

Authors and Affiliations

Ayxan Abbaslı

Keywords

Related Articles

EMOSİONAL SÜNİ İNTELLEKT VƏ ÜNSİYYƏT

Xülasə Emosional Süni İntellekt (ESI), insan emosiyalarını anlamaq, təhlil etmək və hətta bəzən emosional cavablar vermək üçün istifadə olunan texnologiyalardır. Bu texnologiyalar geniş spektrumdakı mətn, səs və görün...

AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATI İNNOVASİYALARININ TƏTBİQİNİN STİMULLAŞDIRILMASI

Xülasə Məqalədə müasir şəraitdə kənd təsərrüfatı innovasiyalarının rolu və əsas formaları, habelə aqrar sahədə innovasiya sistemlərinin formalaşması məsələlərinə baxılır, innovasiyaların tətbiqinin stimullaşdırılması...

MÜXTƏLİF İNFLUENSERLƏRİN İSTEHLAKÇI DAVRANIŞLARINA TƏSİRİ

Xülasə Bu gün brendlər adi kommunikasiya vasitələri ilə yanaşı yeni nəsil kommunikasiya texnologiyalarından istifadə edərək, hədəf auditoriyasının üstünlüklərini və meyllərini geniş şəkildə müəyyən edirlər. Sosial med...

Tarixin izlərini günümüzə daşıyan memarlıq inciləri (Zülfüqarovların mülkləri)

Təbiətin yaşıl fonunda öz memarlıq abidələrini və planlaşdırma quruluşunun əksər hissəsini yaxşı saxlamış Şəki Azərbaycanın tarixi şəhərlərindən biridir. Şəkidə xalq ustalarının və sənətkarlarının yüksək peşəkarlığı nət...

AZƏRBAYCANDA ENOTURİZM (VİNİTURİZM) POTENSİALI ÜZƏRİNƏ TEORİK BİR ARAŞDIRMA

Xülasə Azərbaycan coğrafiyasında şərab istehsalı üzrə ixtisaslaşan bəzi bölgələrdən Göygöl, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ digər bölgələrlə müqayisədə enoturizm (viniturizm) baxımından potensiallı bölgələrdir.Ölkə üz...

Download PDF file
  • EP ID EP748403
  • DOI 10.36719/2663-4619/102/84-93
  • Views 56
  • Downloads 0

How To Cite

Ayxan Abbaslı (2024). DAXİLİ TURİZMİN İNKİŞAF PERSPEKTİVLƏRİ. Scientific Work, 18(5), -. https://europub.co.uk./articles/-A-748403