ƏDƏBİ DİSKURSUN XARAKTERİK XÜSUSİYYƏTLƏRİ

Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 11

Abstract

Xülasə Ümumilikdə diskursun, xüsusən də ədəbi-bədii diskursun tədqiqinin əhəmiyyəti və aktuallığı əsaslandırılır. Müasir dilçilik elmində ədəbi-bədii diskurs anlayışının dərk edilməsinin nəzəri məsələləri işıqlandırılır, diskursun və mətnin öyrənilməsi sahəsində müxtəlif elmi konsepsiyaların icmalı verilir. Burada diskursun əvvəlki tədqiqatlarının nəticələri təhlil edilir, təsvirin ümumi elmi əsasları qurulur və diskursun strukturu araşdırılır. Elmi ədəbiyyatın təhlilinin nəticələrinə əsasən ədəbi-bədii diskursun şərhi müxtəlif daxili və xarici amillərlə şərtlənən bədii kommunikasiya prosesinin linqvistik təcəssümünü, habelə reallığı yazıçı tərəfindən subyektiv qiymətləndirilməsini sintez edən bədii mətn kimi verilir. Qeyd olunur ki, bu subyektivliyin mərkəzində həmişə açıq və ya daha çox dolayı olaraq yazıçının oxucu auditoriyasına koqnitiv yönümlü təsiri durur. Tədqiqatda həmçinin ədəbi-bədii diskursun onu digər diskurs növlərindən fərqləndirən spesifik xüsusiyyətləri müəyyənləşdirilir, yazıçının və cəmiyyətin müəyyən məkan-zaman kontinumunda mədəni kodlarının təmsilçisi kimi bədii diskursun strukturunu təşkil edən dil və idrak vahidləri analiz olunur. Həm dil parametrlərinin, həm də müəllifin düşüncə və şüur parametrlərinin reallaşdığı ədəbi-bədii diskursun dualistik mahiyyəti barədə nəticə çıxarılır, habelə ədəbi-bədii diskursun tərkibində müxtəlif diskurs növlərinin qarşıqlıqlı nüfuz etməsi üzə çıxarılır.

Authors and Affiliations

Leyla Qocayeva

Keywords

Related Articles

İsmayıl Hidayətzadənin teatr sənətində irsi: “Yeddi gözəl” və “Koroğlu” tamaşaları

Xülasə Bu məqalədə Azərbaycan teatrının aktyoru və rejissoru, eyni zamanda SSR-nin xalq artisti İsmayıl Hidayətzadənin ən məşhur tamaşalarından olan “Yeddi gözəl” baleti və “Koroğlu” operasının məzmunu, rejissor yanaş...

İRANIN NÜVƏ PROQRAMI ƏTRAFINDAKI PROSESLƏR

Məqalədə İranın nüvə proqramının inkişafı, ABŞ və digər dövlətlərin bu proqrama mövqeyi kimi mövzular tədqiq edilmişdir. XX əsrdə dünya elminin kəşf etdiyi və bəşəriyyətin qatili adlandırılan nüvə silahı ən dağıdıcı sila...

TECHNOLOGIES IN 5G CELLULAR SYSTEMS

Abstract Starting with the first generation systems known as "Advanced Mobile Phone System", cellular communication systems have always been in development. Nowadays, the latest cellular communication system whose sta...

CRITICAL PEDAGOGY: GURANTEE OF QUALITY EDUCATION

One of the most important goals of teaching in the 21st century is the development of students' critical thinking skills and thus, create well-rounded, globally-minded citizens for the society. Critical pedagogy is a vi...

İNSAN HÜQUQ VƏ AZADLIQLARININ MƏHDUDLAŞDIRILMASI MƏSƏLƏLƏRİNİN BEYNƏLXALQ HÜQUQDA TƏNZİMLƏNMƏSİ

Xülasə Vətəndaş cəmiyyətinin söykəndiyi əsas prinsiplərdən biri insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatıdır. İnsan və vətəndaş hüquqları və azadlıqları təmin edilmədən nə vətəndaş cəmiyyəti qurmaq olm...

Download PDF file
  • EP ID EP749909
  • DOI 10.36719/2663-4619/96/33-37
  • Views 26
  • Downloads 0

How To Cite

Leyla Qocayeva (2023). ƏDƏBİ DİSKURSUN XARAKTERİK XÜSUSİYYƏTLƏRİ. Scientific Work, 17(11), -. https://europub.co.uk./articles/-A-749909