ƏSRİN LİDERİ – HEYDƏR ƏLİYEV!

Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 8

Abstract

Hər bir dövr öz liderlərini yetişdirir. Şəxsiyyəti lider edən başlıca keyfiyyətlər ağıl, enerji, xarakter, möhkəm iradə, yüksək təşkilatçılıq qabiliyyətidir. Xalq tarixi marağının bütün mükəmməlliyi ilə liderin şəxsində təzahür edir. Milli lider xalqı birləşdirir və onun idealları uğrunda qətiyyətlə mübarizə aparır. Türk milləti XX əsrdə dünyaya iki böyük lider bəxş edib. Atatürk və Heydər Əliyev. Biri Osmanlı imperiyasının süqutu ərəfəsində yaranan ağır vəziyyətdə, Anadolu türk varlığının işğalçı qüvvələr tərəfindən məhv edilmək istənildiyi bir məqamda milli mübarizənin ön sıralarına çıxaraq türk millətini və dövlətçiliyini xilas etmişdir. Digəri isə Sovet İmperiyasının süqutu ərəfəsində Azərbaycanın müstəqillik əldə etməsindən sonra yaranmış ağır vəziyyətdə milli mübarizənin əsl liderinə çevrilərək Qafqazda həqiqi müstəqil Azərbaycan dövlətini qurmuşdur. Dünyanın liderlik zirvəsində olanlar sırasında H.Əliyevin xüsusi yeri vardır. H. Əliyev lider kimi cəmiyyətə və dünyaya təsiri olduqca güclü idi. O öz tarixi vəzifəsini hələ ötən əsrin 60-cı illərinin sonundan başlayaraq qeyri-adi cəsarətlə həyata keçirməyə başlamışdı. Bugünkü müstəqil Azərbaycan dövlətinin əsaslarını ölkədə sənaye və istehsal sahələrinin yaradılması onun adı ilə ilə bağlıdır. Görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan bir dövlət kimi zamanın sərt sınaqlarından uğurla çıxa bilmiş, onun müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən müdrik siyasi tədbirlər sayəsində bu gün Azərbaycan Respublikası dünya dövlətləri birliyində öz layiqli yerini tutmuş, mütərəqqi və beynəlxalq standartlara uyğun islahatlar nəticəsində demokratik, hüquqi və sivil bir dövlət qurulmuş, ölkəmizin iqtisadi müstəqilliyinə nail olunmaqla xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılmış, qanunun aliliyinə, insan hüquq və azadlıqlarına real təminat verən vətəndaş cəmiyyəti formalaşdırılmışdır. Hakimiyyət böhranının yaşandığı və ölkədə anarxiyanın tüğyan etdiyi, ölkəmizin vətəndaş müharibəsi astanasında və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi qarşısında qaldığı bir zamanda Azərbaycanda siyasi hakimiyyətə xalqın təkidi ilə qayıdan Heydər Əliyevin müdrikliyi sayəsində müstəqilliyimizin itirilməsi təhlükəsi birdəfəlik aradan qaldırılmış, dövlətçiliyimizin mövcudluğu üçün böyük təhlükə olan dövlət çevrilişi cəhdlərinin və siyasi terror aktlarının, qeyri-konstitusion yolla hakimiyyətə gəlmək iddialarının qarşısı alınmışdır.

Authors and Affiliations

Minayə Fərzəliyeva

Keywords

Related Articles

ƏLAVƏ DƏYƏR VERGİSİNİN AZƏRBAYCAN RESPUBLİKASINDA TƏTBİQİ TARİXİ VƏ BU SAHƏDƏ APARILMIŞ İSLAHATLARA DAİR

Xülasə Dəyər vergisi Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə müəyyən edilmiş dolayı vergi növlərindən biri olan əlavə dəyər vergisi 1992-ci ildən tətbiq edilir. Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasə...

“Yetkin fərd” strukturunun təlim-tədris fonunda formalaşmasında ailə, məktəb və dövlət modelinin sinenergetik alqoritmi

Xülasə Məqalədə fərdin formalaşmasında səciyyəvi rol oynayan bir neçə faktorlar təhlil olunmuşdur. Elmi, fəlsəfi, ədəbi, psixoloji və digər nəsnələrə istinad olunmaqla bilavasitə ailə, məktəb və dövlət modeli ətrafınd...

LАYİHƏLƏRİN İDАRƏ ОLUNMАSI

Xülаsə Sоn zаmаnlаr “lаyihə” sözü сəmiyyətdə çоx yаyılmış terminlərdən biridir. “Lаyihə” lаtın sözü оlаrаq “prоjeсtus” sözündən yаrаnıb, hərfi mənаsı “qаbаğа аtılmış” deməkdir. Bu termin bizim leksikоnumuzа texniki sа...

MÜDAFİƏ SƏNAYESİNDƏ İSTİFADƏ OLUNAN KOMPOZİT MATERİALLAR VƏ TƏTBİQ SAHƏLƏRİ

Xülasə İstənilən məqsəd üçün müəyyən nisbətlərdə və şəraitdə iki və ya daha çox materialın birləşdirilməsi nəticəsində əldə edilən kompozit materiallar yüksək möhkəmlik/sıxlıq nisbətinə görə geniş istifadə olunur. Aşa...

DAXİLİ TURİZM BAZARININ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ GÖRÜLƏN DÖVLƏT TƏDBİRLƏRİ VƏ PROQRAMLARI

Xülasə Tədqiqatın məqsədi: Məqsəd, axili turizm bazarını gücləndirmək üçün dövlət tərəfindən həyata keçirilən müxtəlif tədbirləri və proqramları qiymətləndirmək və təhlil etməkdir. Yerli turizmin təşviqinə yönəlmiş ma...

Download PDF file
  • EP ID EP752781
  • DOI 10.36719/2663-4619/93/35-41
  • Views 14
  • Downloads 0

How To Cite

Minayə Fərzəliyeva (2023). ƏSRİN LİDERİ – HEYDƏR ƏLİYEV!. Scientific Work, 17(8), -. https://europub.co.uk./articles/-A-752781