EVFEMİZM VƏ DİSFEMİZMLƏRİN KOQNİTİV – DİSKURSİV XÜSUSİYYƏTLƏRİ
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 5
Abstract
Xülasə Evfemizm və disfemizm istənilən diskurs növündə işlədilə bilən linqivistik paradiqma təşkil edir. Ənənəvi olaraq onlara konkret məfhumları və konseptləri bildirən söz və ifadələri digər sinonim leksemlər vasitəsilə əvəz edə bilən kateqoriyalar kimi yanaşılır. Koqnitiv prospektdən evfemizm və disfemizmlərin müxtəlif diskurs növlərində (siyasi, iqtisadi, tibbi, dini, mədəni, məişət və s. kimi kommunikativ diskurslar) işlədilməsi qeyri-ixtiyari olmayıb koqnitiv kateqoriyalarla şərtlənmişdir. İlkin olaraq evfemizmlər tabuları, kobud anlayışları və həsas mövzuları adlandırmağa xidmət edərək çox zaman obrazlı sinonimlik yaradır. Buna zidd olaraq isə disfemizm neytral sözləri və konseptləri mühün ritorik təsirə malik olan daha kobud və incidici ifadələrlə əvəz edir. Qədim zamanlardan indiyədək, demək olar ki, bütün cəmiyyətlərdə bir çox həssas mövzular adı çəkilməsi yasaq mövzular təşkil etmişdir. Bu mövzulara münasibətdə diqqətlə davranılmış, kobud və ya həsas, siyasi cəhətdən düzgün olmayan konseptləri adlandırmaq üçün, bəzən isə sadəcə nəzakət prinsipinə əməl etmək niyyətilə müxtəlif söz və ifadələr yaradılmışdır. “İntim” bədən üzvləri, cinsi əlaqə, bədənin funksiyaları, şəhvət, sosial status məfhumu, nifrət, vicdanlızlıq, dəlilik, əqli xəstəliklər, fiziki qüsurlar, təhlükəli heyvanlar, Allah və şeytanla bağlı konseptləri bildirən mövzular əksərən tabu təşkil edir və evfemistik ifadələrlə əvəz oluna bilər. Adətən konkret konseptləri adlandırmaq üçün məqsədyönlü linqivistik manipuluyasiyalar həyata keçirilir. Bu tədqiqatın əsas hədəfi evfemizm və disfemizmlərin koqnitiv-diskursiv işlənmə prinsiplərini müəyyən etməkdən ibarətdir.
Authors and Affiliations
Nərgiz Səlimova
FUAD KÖPRÜLÜNÜN ELMİ İRSİNDƏ “KİTABİ-DƏDƏ QORQUD” DASTANININ YERİ
Xülasə Oğuz türklərinin ortaq abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanı eyni zamanda bəşər mədəniyyətinin də zəngin mənəvi xəzinəsidir. Abidənin öyrənilməsi həm yerli, həm də dünya alimlərinin daim diqqət mərkəzində o...
STRATEGIC INTERESTS OF EUROPEAN UNION IN SOUTH CAUCASUS AND NEW GEOPOLITICAL ORDER WITH THE AFTERMATH OF THE KARABAKH WAR
All along the history, the South Caucasus region has been considered as an important platform for external actors thanks to its vast economic value, and more to that, increasing role of the region as a transportation cor...
METANIN BİOMİMETİK OKSİDLƏŞMƏSİ
Xülasə Bioloji sistemlərin tərkibinə daxil olan və canlı orqanizmlərin fəaliyyətində iştirak edən porfirin tərkibli birləşmələrin çox yüksək aktivliyi təbii biokatalizatorların tam sistem kimi quruluşunun bir sır...
Bioremediation Effect of P.australis, P.aeruginosa, and B.subtilis on Heavy Metals
Abstract Water is essential for life and if water is polluted with heavy toxic metals, it needs to purify to clean the environment. Biological remediation is an effective and eco-friendly way to get rid of metallic co...
SƏNAYE MÜƏSSİSƏLƏRİNDƏ LOGİSTİK FƏALİYYƏTİN İDARƏ EDİLMƏSİ
Sənaye müəssisələrində logistika fəaliyyətinin idarə edilməsi bütün təchizat zəncirində məhsul və materialların hərəkəti və saxlanması ilə bağlı bütün fəaliyyətlərin planlaşdırılmasını, əlaqələndirilməsini və icrasını nə...