Frazeoloji birləşmələrin növləri

Journal Title: Scientific Research - Year 2025, Vol 5, Issue 3

Abstract

Məqalədə Azərbaycan və ingilis dillərində frazeologizmlərin inkişaf mərhələləri, təsnifatı və onların tərcüməsi zamanı qarşıya çıxan əsas problemlərdən geniş şəkildə bəhs edilir. Əvvəlcə frazeologiya anlayışı haqqında ümumi məlumat verilir, onun dilçilikdəki rolu və əhəmiyyəti vurğulanır. Daha sonra frazeoloji ifadələrin quruluşu, semantik çalarları və dilə təsiri təhlil edilir. Müasir dövrdə dilin zənginləşməsində, üslubi ifadəliliyin və ünsiyyətin artırılmasında bu frazeoloji vahidlərin oynadığı mühüm rol vurğulanır. Xüsusilə, frazeoloji vahidlərin tərcüməsi zamanı yaranan problemlər, onların semantik ekvivalentliyinin qorunması, mədəni-üslubi çalarların qorunub saxlanması məsələlərindən ətraflı bəhs edilir. Bu prosesdə kontekstin nəzərə alınması, frazeoloji vahidlərin mənasının dəqiq çatdırılması və onların funksional yüklərinin qorunması xüsusi önəm daşıyır. Frazeoloji vahidlərin düzgün tərcümə olunmaması, mətndəki mənanın dəyişməsinə və yanlış anlaşılmalara səbəb ola bilər. Buna görə də, bu cür ifadələrin tərcüməsində həm dilin daxili xüsusiyyətləri, həm də mədəni faktorlar nəzərə alınmalıdır. Yekun olaraq müəyyən edilir ki, frazeoloji birləşmələr həm Azərbaycan, həm də ingilis dilində daha geniş istifadə olunmağa başlayır və onların düzgün tərcüməsi ünsiyyətin effektivliyini təmin etmək baxımından vacibdir.

Authors and Affiliations

Gülay Babazadə

Keywords

Related Articles

Naxçıvanın eneolit dövrü saxsı qablarının dekorativ xüsusiyyətləri

Müstəqillik illərində Naxçıvanda abidələrimizin öyrənilməsinə dövlət qayğısının artması, yeni arxeoloji tədqiqatlar nəticəsində əldə olunmuş saxsı qabların kompleks tədqiqi eneolit dövründə formalaşan bədii dulusçuluq ən...

Davamlı sosial-iqtisadi artımı şərtləndirən maliyyə təminatı

Geosiyasi kontekstdə iqtisadi artım tempini şərtləndirən maliyyə tarazlığının səmərəliliyinin ri­yazi strukturunu müəyyən etməkdir. Qiymətləndirmədə ölkənin siyasi-iqtisadi tərəqqisinin müəyyən edilməsində həlledici təsi...

BƏRABƏRLİK HÜQUQUNUN QORUNMASINDA MƏHKƏMƏ HAKİMİYYƏTİNİN ROLU

Xülasə Bərabərlik hüququ bütün insanların bərabər və ədalətli şəraitdə yaşamağa, hüquqlarını həyata keçirməyə haqqı olduğu prinsipdir. Bu hüquq insanların cinsiyyət, etnik və ya milli mənbə, din və inam, mədəniyyət, d...

Şeir dilində sifətdən ibarət dialektizmlərin linqvistik xüsusiyyətləri

Xülasə Azərbaycan şeir dilində sifətdən ibarət dialektizmlərin linqvistik xüsusiyyətləri ilə bağlı maraqlı cəhətlər özünü göstərir və poeziyada belə sifətlərdən söz sənətkarlarımız özlərinəməxsus üslubi çalarları yara...

AZƏRBAYCAN PROFESSİONAL BƏSTƏKARLIQ YARADICILIĞINDA ZAKİR BAĞIROVUN YARADICILIĞINA BİR NƏZƏR

Xülasə Yaradıcılığında Ü.Hacıbəyov ənənələrinə sadiq qalan Z.Bağırov həm də ictimai xadim, folklorşünas, pedaqoq, bəstəkar kimi rol oynamışdır. Onun bu cəhətləri isə yaradıcılığında bir çox cəhətlərin meydana gəlməsi,...

Download PDF file
  • EP ID EP764456
  • DOI 10.36719/2789-6919/43/106-109
  • Views 24
  • Downloads 0

How To Cite

Gülay Babazadə (2025). Frazeoloji birləşmələrin növləri. Scientific Research, 5(3), -. https://europub.co.uk./articles/-A-764456