GƏNCƏ-QAZAX ZONASININ FERMER TƏSƏRRÜFATLARINDA BUZOVLARIN KOLİBAKTERİOZ XƏSTƏLİYİNİN ÖYRƏNİLMƏSİ
Journal Title: Nature & Science - Year 2023, Vol 5, Issue 5
Abstract
Tədqiqat işinin məqsədi Gəncə-Qazax zonasının fermer təsərrüfatlarında buzovlarda baş vermiş kolibakterioz xəstəliyini öyrənməkdir. Tədqiqat işi Şəmkir rayonunda yerləşən müxtəlif fermer təsərrüfatlarında, ADAU-nun “Baytarlıq təbabəti” fakültəsinin “Epizootologiya, mikrobiologiya və parazitologiya” kafedrasının laboratoriyasında aparılmışdır. Orqanizmin immun vəziyyəti və törədicinin virulentliyindən asılı olaraq xəstəlik heyvanlar arasında kəskin, iti və yarımiti formalarda təzahür edir. Orqanizmdə ümumi intoksikasiya, dehidratasiya (susuzlaşma) və profuz diareya əlamətləri ilə səciyyələnən kolibakterioz enzootiya şəklində baş verməklə heyvandarlıq təsərrüfatlarına böyük iqtisadi ziyan vurur. İnfeksiya mənbəyi xəstə və xəstəlikdən sağalmış heyvanlar hesab olunur. Xəstəlik törədicisi ilə çirklənmiş əşyalar, su, hava, ağız südü, süd qabları, peyin, döşənək materialları, təsərrüfatda çalışan işçi heyətin geyimi infeksiyanın yayılmasında, həşərat və gəmiricilər isə infeksiyanın ötürülməsində böyük rol oynayır. Apardığımız tədqiqat işləri zamanı buzovlarda kolibakterioz baş verən zaman patoloji nümunədən ayırdığımız bağırsaq çöplərini ayrı-ayrı növlərə görə faizlə miqdarını müəyyən etdik.
Authors and Affiliations
Aytən Ağayeva , Rəminə Hüseynova , Rahilə Fərmanlı
GÜNƏŞ SİSTEMİ: FORMALAŞMASI VƏ TƏKAMÜLÜ
The article provides extensive information on the formation, evolution and structure of the solar system. It also discusses the planets of the solar system and the dwarf planets. Its noted that the Kuiper objects are the...
INTRA-DISCIPLINARY AND INTER-DISCIPLINARY INTEGRATION IN THE TEACHING OF THE LANGUAGE OF CHEMISTRY
Abstract In this article, the intra- and interdisciplinary integration of chemistry language teaching is discussed in order to achieve quality education in the teaching of chemistry. It was noted that quality educatio...
ŞƏKƏRLİ DİABETİN MÜLİCƏSİNDƏ ANTİOKSİDANT QƏBULUNUN ROLU
Oxidative stress is a major cause of various types of tissue damage, especially endothelial dysfunction, which occurs in diabetes mellitus. In a healthy organism the formation of ROS occurs under the strict control of th...
IR SPECTRA OF DUOLITE C 467, AMBERLITE IRP 64 TYPE SORBENTS TREATED WITH Cu2+ AND Pb2+ IONS
In this study, based on infrared (IR) spectral data, the sorption mechanism of ions with macroporous amino-phosphonic functional (-CH2-NH-CH2-PO (ONa)2) group Duolite C 467 and carboxyl functional group Amberlite IRP 64...
QUYUDİBİ ZONAYA SELEKTİV TƏSİRİN EKSPERİMENTAL TƏDQİQİ
İşlənmənin son mərhələsində olan yataqlardan istismar olunan quyular məhsulun yüksək dərəcədə sulaşması ilə xarakterizə olunur. Buna səbəb kimi layın quyudibi zonasının (QDZ-nin) keçiriciliyə görə qeyri-bircins və zəif s...