HEYDƏR ƏLİYEVİN İQTİSADİ SİYASƏTİNDƏ BİZNES FƏALİYYƏTİNİN TƏŞKİLİ VƏ ŞƏFFAFLIĞIN TƏMİN OLUNMASI
Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 3
Abstract
Xülasə Qeyd etmək lazımdır ki, müasir dövrdə Azərbaycan iqtisadiyyatının bütün sahələri azad rəqabət prinsipi əsasında bazar iqtisadiyyatına keçid istiqamətində yenidən təsis olunmağa başlamışdır. Bu proses bir çox obyektiv səbəblərdən müəyyən qədər gecikmiş olsa da, respublikamızın iqtisadi strategiyasının əsasını bazar iqtisadiyyatına keçid ideyası təşkil etmişdir. Ölkənin seçmiş olduğu bu istiqamətdə uğurlu bir şəkildə daim irəliyə doğru addım atması və qarşıya qoyulan məqsədlərə çatması üçün H.Əliyevin rəhbərliyi altında iqtisadiyyatın bütün sahələrində islahatların aparılması, bazar iqtisadiyyatına transformasiyanın təmin edilməsi xüsusi əhəmiyyət kəsb etmişdir. Bir məqamı da vurğulamaq lazımdır ki, H.Əliyevin iqtisadi siyasəti Azərbaycanda biznes fəaliyyətinin inkişafından da təsirsiz ötüşməmişdir. Bu məqalədə biz Heydər Əliyevin postsovet dövründə ölkəmizin iqtisadi müstəqilliyinə təhlükə yaradan ünsürlərin aradan qaldırılmasında danılmaz rolu üzərində dayanacağıq. Məqalədə ümummili lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizin iqtisadi həyatında meydana gələn bir sıra dəyişikliklər, mövcud yeni sistemə uyğunlaşma və transformasiya məsələləri və bu kimi faktorlar işığında ölkədə biznes mühitinin necə və hansı formada şəkilləndiyi araşdırılıb təhlil olunacaqdır. Bununla yanaşı, məqalədə Heydər Əliyevin şəffalıq amilinin və təhlükəsizlik siyasətinin onun iqtisadi siyasətətindəki yeri təhlil olunaraq bu amillərin Azərbaycandakı biznes fəaliyyətinə təsirləri müzakirə olunacaqdır. Bu kontekstdə ilk növbədə Azərbaycanın müvafiq dövrdəki (1993-2003-cü illər) iqtisadi inkişafı makroiqtisadi göstəricilər prizmasından dəyərləndiriləcək və daha sonra bu inkişaf çərçivəsində Heydər Əliyevin iqtisadi siyasətindəki şəffaflıq amilinin və təhlükəsizlik siyasəti kontekstində Azərbaycandakı biznes fəaliyyəti baxımından imkanları tədqiq ediləcəkdir.
Authors and Affiliations
Yunis Əvəzov
CEYN OSTİN YARADICILIĞINDA QƏHRƏMANLARIN NİTQİNİN ÜSLUBİ XÜSUSİYYƏTLƏRİ
Xülasə Məqalədə XIX əsr İngiltərəsinin məşhur feminist yazıçısı Ceyn Ostinin roman qəhrəmanlarının nitq xüsusiyyətləri onun üslub spesifikliyi müstəvisində tədqiq olunur. Yazıçının əyalət kübar cəmiyyətinin üzvlərinin...
Bələdiyyələrin maliyyə mənbələri
Xülasə Müxtəlif mülkiyyətə malik bazar iqtisadiyyatında yerli səviyyədə maliyyə intizamının və nizam-intizamın tətbiqi çox vacibdir. Məhz buna görə də dövlət qanunlarına görə, bələdiyyə öz sərhədləri daxilində muxtar...
ŞİMALİ AZƏRBAYCANIN TARİXƏQƏDƏRKİ DÖVRLƏRİNDƏ MADDİ-MƏNƏVİ İSTEHSAL MƏDƏNİYYƏTİNİN BƏZİ XÜSUSİYYƏTLƏRİ
Xülasə Şimali Azərbaycana məxsus indiki ərazidə təbii relyefin yaranmasında daxildən ekzogen xaricdən-kənardan geocoğrafi təbəqəyə kainat enerjisinin-materyanın daxilolma qüvvəsini əhatə edən proseslərlə formalaşan-sə...
A COMPREHENSIVE ANALYSIS OF THE NATO-AZERBAIJAN PARTNERSHIP IN NEW GEOPOLITICAL CONTEXTS
Abstract This article examines the historical trajectory and essence of NATO-Azerbaijani relations, affirming that these relations embody a robust partnership. The significance of these relations has amplified for bot...
BİOLOGİYANIN TƏDRİSİNDƏ İKT-nin TƏTBİQİNİN ƏHƏMİYYƏTİ
Xülasə Tədris prosesində İKT-nin tətbiq edilməsi, tədrisin tərkibinin zənginləşməsinə, ona məntiqi və axtarıcı xarakter verməklə bərabər, şagirdlərin öyrənmək marağının aktivləşdirilməsinə, onların yaradıcılıq qabiliy...