İbtidai siniflərdə yeni interaktiv təlimlə əlaqədar məsələ həllinin didaktik funksiyaları

Journal Title: Scientific Research - Year 2025, Vol 5, Issue 2

Abstract

Məqalədə ibtidai siniflərdə interaktiv təlimlə bağlı məcmu həllinin didaktik funksiyalarından bəhs edilir. Bildirilir ki, riyazi təhsilin həyata keçirilməsində məsələlərin həll edilməsi böyük əhəmiyyət kəsb edir. Şagirdlərin müstəqil riyazi yaradıcılığını təkmilləşdirmək üçün evristik yanaşmalar, ümumi göstərişlər və həll üsulları tətbiq edilmişdir. Yeni interaktiv təlimə əsasən, ibtidai siniflərdə şagirdlər I sinifdən başlayaraq, məsələ həllini öyrənir və II-IV siniflərdə çətin olmayan tip məsələlərin həllinə keçirlər. Məlumdur ki, məsələ həlli bilavasitə kəmiyyətlərlə əlaqədardır. Ona görə də, I sinifdə şagirdlər ədəd və ölçü haqqında lazımi təsəvvürləri qazanır. Ölçmə işlərinin yerinə yetirilməsi ilə əlaqədar məsələ tərtib edilməsi və həlli şagirdlərin nəzəri və praktik hazırlığını təmin edir. Məsələ həllində şagirdlərin rast gəldiyi çətinliyi aradan qaldırmaq üçün müəllimlər müxtəlif praktik metod və vasitələrdən istifadə edirlər. Məsələn, məzmunun şəkillər, illüstrasiya, cədvəl və sxemlər vasitəsilə əyaniləşdirilməsi; verilən sual əsasında məsələlərin tərtib edilməsi; sualsız məsələlərin təqdim edilməsi; bu tipli məsələlərin suallarını şagirdlər müəyyən etməlidir. Bu pryom çox əlverişli və səmərəlidir. Çünki, şagird məsələnin sualını qoymaq (tapmaq) üçün onun məzmununu, kəmiyyətlər arasındakı asılılıqları, verilənləri ayırd etməlidir. Deməli, sualsız məsələnin verilməsi və sualı tapmaq, şagirdləri düşünməyə və öyrənməyə təhrik edən vasitədir. Bu priyom həm də şagirdə məsələ tərtib etməyin yollarını öyrədir. Şagird məsələ tərtib etməklə, onun riyazi mexanizmini dərindən dərk edir.

Authors and Affiliations

Məsud Qəhrəmanov

Keywords

Related Articles

Qərbi Azərbaycana qayıdış

Xülasə Qərbi Azərbaycan torpaqlarında hər daş, hər qaya sanki: “Mən qədim oğuz eli, türk yurduyam”- deyir. Yerin altından da, yerin üstündən də türk izləri çıxır. Yerin üstündəkiləri saxtalaşdıran ermənilər yerin altı...

UŞAQLARIN ƏMƏK TƏRBİYƏSİNİN GİGİYENASI

Xülasə Uşaq orqanizminə əmək fəaliyyətinin müsbət təsiri bir çox fizioloq və gigiyenistlərin çoxsaylı tətqiqatları ilə sübut olunub. Fiziki əməyin səmərəli təşkili nəticəsində bütün fizioloji sistemlərin fəaliyyəti ar...

FİKİR VƏ SÖZ AZADLIĞI İNFORMASİYA ƏSRİNDƏ YENİ TƏHLÜKƏLƏR VƏ İMKANLAR

Xülasə Hüquqi baxımdan, informasiya əsrində fikir və ifadə azadlığı həm yeni təhlükələrlə, həm də imkanlarla üzləşir. Rəqəmsal inqilab fərdlərə ifadə azadlığını əvvəlkindən daha sərbəst şəkildə həyata keçirməyə imkan...

İSHALƏLEYHİ DƏRMAN BİTKİLƏRİNİN BUZOVLARIN MÜALİCƏ VƏ PROFİLAKTİKASINDA ƏHƏMİYYƏTİ

Xülasə Müəyyən edilmişdir ki, mədə-bağırsaq po­zuntuları ilə müşayiət olunan buzovların ishalının müalicə və profilaktikasında dərman bitkilərinin kimyəvi preparatları ilə kom­pleks tətbiqi, buzovların ishalının sağal...

STRENGTHENING OF INTERNATIONAL COOPERATION FOR THE PROTECTION AND EMPOWERMENT OF INDIGENOUS COMMUNITIES

Abstract The status of indigenous peoples and their rights has been one of the most studied topics of international law in recent years. Especially since the end of the 20th century, treaties and international documen...

Download PDF file
  • EP ID EP761236
  • DOI 10.36719/2789-6919/42/48-51
  • Views 24
  • Downloads 0

How To Cite

Məsud Qəhrəmanov (2025). İbtidai siniflərdə yeni interaktiv təlimlə əlaqədar məsələ həllinin didaktik funksiyaları. Scientific Research, 5(2), -. https://europub.co.uk./articles/-A-761236