İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ NƏZƏRİYYƏSİNİN ƏSAS MÜDDƏALARI VƏ TƏHLÜKƏSİZLİK HÜCUMLARININ TƏSNİFATI
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 6
Abstract
Xülasə XXI əsrin başlanğıcı insan inkişafının bütün sahələrində informasiya texnologiyalarının sürətli inkişafı ilə əlamətdardır. Eyni zamanda informasiya getdikcə daha çox strateji resursa, məhsuldar qüvvəyə və bahalı əmtəəyə çevrilir. Kompüter sistemləri və şəbəkə texnologiyaları sürətlə inkişaf edir. Müvafiq olaraq, informasiyanı qorumaq üçün yeni üsullar da sürətlə ortaya çıxır. İnformasiyanın qorunması və onun təhlükəsizliyinin etibarlı təminatı məsələsi dövrümüzün ən mühüm problemlərindən biridir. Buna görə də mövzu çox aktualdır. Kompüter sistemlərinin unifikasiyası, qlobal şəbəkələrin yaradılması və informasiya resurslarının çıxış imkanlarının genişləndirilməsinə səbəb olur. Proqram təminatının mürəkkəbliyinin artması və bununla əlaqədar onların etibarlılığının azalması və zəifliklərin sayının artmasına səbəb olur. Kompüter şəbəkələri spesifik təbiətinə görə, sadəcə olaraq, informasiya təhlükəsizliyi problemlərinə məhəl qoymadan normal fəaliyyət göstərə və inkişaf edə bilməyəcəklər.
Authors and Affiliations
Ramazan Eyyubov, İlham Cəbrayılov , Həcər Əfəndiyeva, Sevda Abulova ,
HÜQUQİ YARDIM ALMAQ HÜQUQU: MİLLİ QANUNVERİCİLİK VƏ XARİCİ TƏCRÜBƏ (İTALİYA VƏ POLŞA ÖLKƏLƏRİNİN TİMSALINDA)
Xülasə Hüquqi yardım almaq hüququ ölkəmizdə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ilə təsbit olunmuşdur. Belə ki, əvvəlki konstitusiyalardan fərqli olaraq, qüvvədə olan Konstitusiyanın 61-ci maddəs...
Respublikamızda məktəb yaşında öyrənməyi öyrənmək şəriştəsinin formalaşmasının psixoloji-pedaqoji imkanlarının müəyyən edilməsi
Məqalədə ümumtəhsil müəssisələrində şagirdlərin öyrənmə qabiliyyətlərinin inkişafına kömək edə biləcək psixoloji və pedaqoji amillərə nəzər salınır. Məqalədə erkən yeniyetmə məktəblilərin öyrənmə qabiliyyətləri üzrə in...
MÖVLUD SÜLEYMANLININ HEKAYƏLƏRİNDƏ DİALEKTİZMLƏR
Xülasə Xalq yazıçısı Mövlud Süleymanlı Azərbaycan ədəbiyyatına bir-birindən maraqlı süjet xəttinə malik əsərlərlə töhfə verib. Onun roman, povest və hekayələri zəngin lüğət tərkibinə malikdir. Yazıçılar bəzən bədi...
“AZƏRCONNECT” ŞİRKƏTİNİN NÜMUNƏSİNDƏN İSTİFADƏ EDİLƏN LAYİHƏDAXİLİ KOMMUNİKASİYALARIN LAYİHƏLƏRİN UĞURUNA TƏSİRİNİN TƏHLİLİ
Xülasə Bu məqalədə layihədaxili kommunikasiyalardan istifadənin xüsusiyyətləri müzakirə olunur. Məlumdur ki, effektiv kommunikasiya layihələrin uğurlu idarə olunmasında əsas amildir. Bu, layihə komandalarına birlikdə...
ŞİMAL REGİONU ÜZRƏ FƏALİYYƏT GÖSTƏRƏN QUM-ÇINQIL KARXANALARININ EKOLOJİ MÜHİTƏ TƏSİRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Xülasə Məqalədə şimal regionu üzrə qum-çınqıl karxanalarının fəaliyyəti nəticəsində ekoloji mühitə göstərilən təsirlərdən bəhs edilir. Qum-çınqıl karxanaları müəssisələrində istismar zamanı norma və qaydalara riayət e...