İnteqralın kimyaya tətbiqi
Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 10
Abstract
O, elmin ki, riyaziyyatla əlaqəsi yoxdur və oraya riyazi elmlərdən birirsi tətbiq oluna bilməz, onda o elmdə heç bir dəyişiklik edilə bilməz. Xülasə Məqalədə riyazi analizin əsas bölmələrindən olan inteqral anlayışının kimya elminin müxtəlif sahələrində tətbiqi ilə əlaqədar bəzi məsələlərə baxılır. Məlumdur ki, bir çox riyazi kəşflər təbiət hadisələrinin müşahidəsi nəticəsində edilmiş və riyazi anlayışlar, teoremlər real həyatla sıx əlaqəlidir. Maddələrin xassələrini və onların çevirmələrini, bu çevrilmələr zamanı baş verən hadisələri öyrənən kimya elmi də eksperimental elmdir. Maddələrin bir çox xassələri ədədlərin köməyi ilə ifadə olunur. Kimyəvi reaksiyaların mexanizminin öyrənilməsi, maddələrin quruluşunun tədqiqi müasir fiziki nəzəriyyə və metodlardan istifadəyə əsaslanır. Bir çox kimyəvi proseslər istilik effekti ilə müşayət edilir. Kimyəvi reaksiyanın istilik effektinin temperaturdan asılılığı Kirxqoff tənliyi ilə ifadə olunur. Praktik hesablamalarda Kirxqoff tənliyini inteqrallamaq daha əlverişlidir. Termodinamikanın II qanununun riyazi ifadəsi olan Klauzius tənliyini diferensial və inteqral formada yazmaq olar. Termodinamika müxtəlif proseslərdə enerji keçidlərini və maddələrin enerji dəyişiklərini öyrənir. İnteqral termodinamikanın əsas tənliklərinin həllində əhəmiyyətlidir. Maddələrin spektrlərinin öyrənilməsi sahəsində inteqral molekulların enerji səviyyələrinin analizi üçün istifadə olunur. Maddələrin tərkibində atomlar arasında kimyəvi rabitənin öyrənilməsində əhəmiyyət kəsb edən infraqırmızı spektroskopiyada zaman aralığında olan spektral məlumatları tezlik aralığına çevirmək üçün inteqralın tətbiqi vacibdir. Müxtəlif tərtibli reaksiya üçün inteqralların necə tətbiq olunması məqalədə şərh edilmişdir.
Authors and Affiliations
Əli Zalov, Sürəyya İsayeva
Modeling a Block to Determine the Type of Damage to a Power Line Using Matlab
This article discusses the modeling of a block for determining the type and location of damage to a power line based on artificial neural networks. A description of the working scheme, the principles of the model and the...
FİKİR VƏ SÖZ AZADLIĞI: DEMOKRATİYANIN TƏMƏL DAŞI KİMİ
Xülasə Demokratik cəmiyyətlər aləmində fikir və söz azadlığının təməl prinsipləri demokratiya binasının ucaldılmasının təməl daşı kimi dayanır. Bu məqalə bu prinsiplər və demokratik idealların təmin edilməsi arasındak...
BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ (BMT) FƏALİYYƏTİ VƏ PRİNSİPLƏRİ
Xülasə 1945-ci il oktyabrın 24-də dünyanın 50 ən güclü dövlətləri tərəfindən yaradılmış Birləşmiş Millətlər Təşkilatı (BMT) o zaman “Ümumdünya hökuməti” adını almışdı. Baş qərargahı Nyu-York şəhərində yerləşən BMT-nin...
Sosyolojik boyuttan Lezgi toplumunun incelenmesi: Azerbaycan örneği
Bu çalışma Azerbaycan’daki Lezgi toplumunun sosyo-kültürel, ekonomik ve siyasal dinamikleri üzerinedir. Başta literatür taraması ve bölgesel veri analizi yoluyla lezgi halkının tarihsel kökenleri, geleneksel yapıları ve...
YÜKSƏKMÖHKƏMLİKLİ ÇUQUNLARIN MİKROSTRUKTURLARI; LEGİRLƏYİCİ ELEMENTLƏRİN XASSƏLƏRƏ TƏSİRİ
Xülasə Yüksək möhkəmlikli çuqunların istehsalı zamanı tökmənin mikrostrukturunu mütəmadi olaraq izləmək lazımdır. Mikrostruktur maye metalın mexaniki xassələrinə təir edən baçlıca amildir. Bu məqalədə yüksəkmöhkəmlikl...