İstilik təchizatında monovalent rejimli, torpaq mənbəli kollektor tipli istilik nasoslarının müxtəlif sxemlərinin müqayisəli analizi
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 10
Abstract
Xülasə Son zamanlar enerji böhranı, ətraf mühitin çirklənməsi kimi bir çox problemlər elektrik və istilik enerjisi istehsalında alternativ enerjidən istifadəni daha aktual etmişdir. Çünki alternativ enerji mənbələri ekoloji təmiz, əlçatan, tükənməzdir. Bir çox qabaqcıl və inkişaf etmiş ölkələrin əksəriyyəti obyektlərin istilik təchizatında, havalandırma və soyutma üçün istilik nasoslu təchizatı sistemlərindən istifadə edir. Məqalədə Qarabağ iqtisadi zonasında torpaq mənbəli kollektor tipli istilik nasoslarının iş rejimlərinin effektivliyi tədqiq olunmuşdur. İstilik təchizatı sxemi və bu sxemə aid olan bütün xarakterik parametrlər GeoTSol modelləşmə proqramı vasitəsilə hesablanmışdır. GeoTSol modelləşmə proqramı istilik nasosu sistemlərinin planlaşdırılması və layihələndirilməsi üçün müasir simulyasiya proqramlarından biridir. Model kimi Xocəvənd şəhərində yerləşən fərdi yaşayış evi tədqiq edilmişdir. Kollektor tipli, monovalent rejimdə işləyən istilik nasosu sistemi fərdi yaşayış evinin isti su təchizatı və istiləşməsini təmin edir. Müqayisə üçün 4 növ kollektor tipli istilik nasos sisteminin sxemi təklif edilmişdir. Hər bir sxemə aid bütün istilik nasosu sistemi üçün kompüter simulyasiyası ilə mövsümi performans əmsalları, enerji istehlakı, itkilər, günəş payları, səmərəlilik və s. təyin edilərək, öz aralarında müqayisə edilmişdir. Ən effektiv rejimdə işləyən sxem müəyyən edilmişdir.
Authors and Affiliations
Sevinc Babayeva , Aydın Əliyev
HÜQUQİ ŞƏXSİN MÜFLİS OLMASININ VƏ ÖDƏMƏ QABİLİYYƏTSİZLİYİNİN ANLAYIŞI VƏ MƏZMUNU
Xülasə Hazırki məqalədə hüquqi şəxslərin müflis olmasının anlayışı və onun Azərbaycan Respublikası qanunvericiliyində yeri ətraflı şəkildə şərh olunmuşdur. Müflis olma və iflasın anlayışları bir-birindən fərqləndirilm...
AZƏRBAYCANDA KİÇİK VƏ ORTA SAHİBKARLIĞIN İNKİŞAFI
Xülasə Azərbaycanda kiçik və orta sahibkarlığın (bundan sonra – KOS) inkişafı iqtisadiyyatın diversifikasiyası, rəqabətqabiliyyətliliyinin artırılması, məşğulluğun təmin edilməsi, istehlak mallarına olan tələbatın yer...
YÜK DAŞIMALARININ TƏŞKİLİNİN QABAQCIL METODLARI
Xülasə Məqalədə avtomobil nəqliyyatı ilə yük daşıma prosesi araşdırılmışdır. Burada, yük daşınması zamanı qabaqcıl metodların tətbiqi nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, yük daşımaları zamanı bu metodların...
Kompüter təhlükəsizliyi
Xülasə İyirmi birinci əsrin başlanğıcı elmin inkişafının bütün sahələrində informasiya texnologiyalarının sürətli inkişafı ilə əlamətdardır. Eyni zamanda informasiya getdikcə daha çox strateji resursa, məhsuldar qüvv...
THE RIGHT TO PROPERTY UNDER THE EUROPEAN CONVENTION ON HUMAN RIGHTS: CONCEPT AND SCOPE OF THE RIGHT
Abstract The right to property protects the fundamental values of human rights as well as it has come to establish and ensure the freedom of economic and other relations in society within the framework of human dignit...