KÖK HÜCEYRƏ İLƏ MÜALİCƏ. ORQANİZMDƏ TƏTBİQ SAHƏLƏRİ. BU SAHƏDƏ OLAN YENİLİKLƏR

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 4

Abstract

Xülasə İnsan orqanizminin ən kiçik quruluş və funksianal vahidi hüceyrədir. Bəzi hüceyrələr vardır ki, onlar özləri - özlərini törədə bilirlər, eyni zamanda başqa hüceyrə tipinə də çevrilirlər. Bu cür hüceyrələr kök hüceyrə adlanır. Öz-özünü yeniləmək xüsusiyyəti olan kök hüceyrə digər hüceyrələrə çevrilmək qabilliyəti ilə orqanizmin ehtiyacı olduğu zaman dövriyəyə girər, digər hüceyrələrin əmələ gəlməsini, çoxalmasını, böyüməsini təmin edər. Kök hüceyrədən müxtəlif xəstəliklərin müalicəsində istifazdə edilir. Anadangəlmə metabolik reaksiyaların pozulmasında, sümük iliyi xəstəliklərində, immun sisteminin gücləndirilməsində, zədələnən orqan və toxumaların müalicəsində, diz-oynaq problemlərində, kosmetalogiyada gəncləşmə prosedurlarında geniş istifadə olunur. Son dövrlər isə alzaymer, parkinson, beyin damarlarının tutulması və uralogiyada tətbiq edilir və çox gözəl nəticələr alınır. Əvvəllər müalicəsi mümkün olmayan xəstəliklər kök hüceyrə tətbiqi sahəsində öz həllini tapır və bu sahədə tətqiqatlar gələcəkdə orqan transplantasiyasında mühüm nəticələrin alınmasına zəmin yaradacaq. Belə ki orqanın kök hüceyrədən alınması üzərində çalışılır. Kök hüceyrə müalicəsində kök hüceyrə ya xəstənin özündən alınır ya da uyğun donordan əldə edilir və müalicə üçün lazimi sahəyə tətbiq edilir.

Authors and Affiliations

Nigar Əliyeva

Keywords

Related Articles

KOMMUNİKATİV PROSESDƏ UĞURSUZ OLMANIN SƏBƏBLƏRİ

Bu məqalənin giriş, yeddi başlıq və ədəbiyyat siyahısı var. “Giriş” bölümündə insanı uğursuz edən neqativ faktorlar sadalanır. “Şikayət qınanan davranış olaraq” başlığında 5 sitatın işığında şikayətin mənfi rolundan bəhs...

COP29-da Azərbaycanın ekoloji və iqtisadi hədəfləri

Xülasə Məqalədə Azərbaycanın COP29 sammitində təyin etdiyi ekoloji və iqtisadi hədəflər geniş təhlil edilib. Azərbaycan iqlim dəyişikliyinə qarşı qlobal səylərə qatılaraq davamlı iqtisadi inkişaf və ətraf mühitin qoru...

LOGİSTİK ƏMƏLİYYATLARIN YERİNƏ YETİRİLMƏSİNDƏ NƏQLİYYAT VƏ EKSPEDİTOR SİSTEMLƏRİNİN ROLU

Xülasə Məqalədə nəqliyyat və ekspeditor sistemlərinin fəaliyyətinin ümumi məsələləri araşdırılmış, yük axınları üçün effektiv nəqliyyat və anbar xidmətləri sisteminin qurulmasının əsasları tərtib edilmişdir. Malların...

AZƏRBAYCAN MEMARLIĞININ DÜHASI ƏCƏMİ NAXÇIVANİ YARADICILIĞINDA ORNAMENTASİYA ZƏNGİNLİYİ

Xülasə Məqalə Naxçıvan memarlıq məktəbinin banisi, Azərbaycan memarlığının dühası Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi memarlıq abidələri üzərində həkk olunan ornamentlərdən bəhs etmişdir. Göstərilir ki, dahi m...

MÜXTƏLİF DƏYİŞƏNLƏRİN İNKLÜZİV TƏHSİLƏ OLAN MÜNASİBƏTƏ TƏSİRİNİN AZƏRBAYCAN KONTEKSTİNDƏ TƏHLİLİ

Xülasə Azərbaycanda inklüziv təhsil məsələsinə dair hələ də fikir müxtəlifliyi mövcuddur. Bir çox insan bu anlayışın tam mənasını dərk etmir. Bu da hətta bəzən onların inklüziv təhsil yanaşmasına qarşı çıxmasına gətir...

Download PDF file
  • EP ID EP748636
  • DOI 10.36719/2663-4619/101/251-255
  • Views 33
  • Downloads 0

How To Cite

Nigar Əliyeva (2024). KÖK HÜCEYRƏ İLƏ MÜALİCƏ. ORQANİZMDƏ TƏTBİQ SAHƏLƏRİ. BU SAHƏDƏ OLAN YENİLİKLƏR. Scientific Work, 18(4), -. https://europub.co.uk./articles/-A-748636