LEYŞMANİOZ XƏSTƏLİYİNİN ÖYRƏNİLMƏ TARİXİ, KLİNİKASI VƏ TÖRƏDİCİLƏRİN MORFOLOGİYASI
Journal Title: Nature & Science - Year 2023, Vol 5, Issue 9
Abstract
Xülasə Leyşmaniozların bütün formalarının əsas xüsusiyyəti onun sahibinin makrofaqal sisteminin xəstəliyi fonunda baş verməsi hesab edilir. Hünü sağlam insanı sancdıqdan bir neçə saat sonra inokulyasiya nahiyəsində yerli iltihab prosesi yaranır və bu zaman promastiqotların bir qismi sahib orqanizmin lizosomal fermentləri hesabına tələf olur. Əgər dəri leyşmaniozu zamanı lokal histositoma inkişaf edirsə, visseral leyşmaniozda isə leyşmaniyalar daxili orqanların retikulo-endotelial hüceyrələrində (qaraciyər, dalar, sümük iliyi və limfa düyünləri) lokalizasiya olunaraq inkişaf etməyə başlayırlar. Leyşmaniyaların əsas xarakterik xüsusiyyəti onun qamçıya yaxın yerləşmiş kinetoplasta malik olmasıdır. Kinetoplast unikal mitoxondri olub dairəvi, oval və çöpşəkilli formaya malik ola bilər. O, həmçinin çox miqdarda DNT-yə malik bir orqanella hesab edilir. Leyşmaniyaların promastiqot formaları hünülərin (Phlebotomus) bağırsaq traktında yaşayırlar, insanın bədənində isə amastiqot formaya rast gəlinir. Hünülər xəstə insan və heyvanların qanını soran zaman amastiqotlar hünülərin orta bağırsağına keçirlər.
Authors and Affiliations
Abdulla Fərəməzov, Şəhla Əliyeva, Fatma Hüseynova
INTRA-DISCIPLINARY AND INTER-DISCIPLINARY INTEGRATION IN THE TEACHING OF THE LANGUAGE OF CHEMISTRY
Abstract In this article, the intra- and interdisciplinary integration of chemistry language teaching is discussed in order to achieve quality education in the teaching of chemistry. It was noted that quality educatio...
DUBİN-JOHNSON SİNDROMU ZAMANI HİPERBİLİRUBİNEMİYANIN İNKİŞAF MEXANİZMİNDƏ MRP2 MUTASİYALARININ PATOFİZİOLOJİ TƏDQİQİ
Xülasə Dubin-Johnson sindromu (DJS) bilirubin daşıyıcısı olub MRP2-də mutasiyalar nəticəsində yaranan nadir autosomal resessiv genetik xəstəlikdir.Bu xəstəlik təkrarlanan sarılıq və konyuqasiya olunmuş hiperbilirubin...
BÖYÜK QAFQAZIN CƏNUB YAMACINDA YERLƏŞƏN SALAVAT AŞIRIMININ SƏTHİNİN FİZİKİ-COĞRAFİ XÜSUSİYYƏTLƏRİ
Xülasə Məqalədə Azərbaycan ərazisində yerləşən, Azərbaycan-Dağıstan əlaqələrin formalaşmasında vasitəçi rol oynamış Salavat aşırımı haqqında məlumat verilmiş, nümunələri toplanaraq tədqiqata cəlb edilmişdir. Tədqiqat...
NATURAL AND RECREATION RESERVE POTENTIAL OF DUZDAG
Abstract The article talks about the Duzdag salt reserve in the territory of the Nakhchivan Autonomous Republic, the geology of the area where the deposit is located, the history of production, the economic-geographic...
THE SORPTION OF NON-FERROUS METAL-IONS BY CHELATING RESINS
Abstract Conditions of sorption equilibrium of copper, zinc, cadmium and lead-ions by chelatforming resins Amberlite IRC-748 and Duolite C 467 depending on the degree of neutralization of their ionogenic groups, the a...