MƏHKƏMƏ MÜDAFİƏSİ HÜQUQUNUN İNSAN HÜQUQ VƏ AZADLIQLARININ TƏMİNATI SİSTEMİNDƏ YERİ
Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 4
Abstract
Xülasə İnsan hüquq və azadlıqlarının tanınması özlüyündə cəmiyyətin inkişaf səviyyəsi üçün kifayət deyildir, eyni zamanda hüquq və azadlıqların səmərəli müdafiə mexanizminin olması vacib amillərdəndir. Bu baxımdan insan hüquq və azadlıqlarının təmin olunması mexanizmində məhkəmə hakimiyyətinin rolu danılmazdır. Hazırda mübahisələrin məhkəmədənkənar həll üsullarının olduğuna baxmayaraq məhkəmə müdafiəsi ən geniş yayılmış və etibarlı institut hesab olunur. Təsadüfi deyildir ki, hüquqi dövlətdə məhz məhkəmə hakimiyyətinin təkmilləşdirilməsinə yönələn islahatlar daim diqqət mərkəzində qalmaqdadır. Bunun da səbəbi insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini özünə ali məqsəd kimi təyin edən dövlət strategiyası ilə bağlıdır. Bu gün də tarixi təcrübə sübut edir ki, yalnız ali dəyərlərin qorunduğu, cəmiyyət və dövlətin maraqlarının uzlaşdığı, yüksək hüquqi mədəniyyətə malik olan dövlətlərin uzunömürlü və zəngin irsə malikdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların səmərəli müdafiəsinin vacibliyini dəfələrlə qeyd edərək bildirmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüququ və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciət etməklə məhdudlaçmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.
Authors and Affiliations
Nazpəri Əmənova
UŞAQLARIN ƏMƏK TƏRBİYƏSİNİN GİGİYENASI
Xülasə Uşaq orqanizminə əmək fəaliyyətinin müsbət təsiri bir çox fizioloq və gigiyenistlərin çoxsaylı tətqiqatları ilə sübut olunub. Fiziki əməyin səmərəli təşkili nəticəsində bütün fizioloji sistemlərin fəaliyyəti ar...
SÜNİ İNTELLEKTİN AZƏRBAYCANIN GƏLƏCƏK MÜHASİBAT UÇOTU SAHƏSİNDƏ PERSPEKTİVLƏRİ
Xülasə Son zamanlarda həyatın hər sahəsində öz vacibliyini göstərən “Süni İntellekt, Data Sayəns” kimi sözlərə demək olar ki, artıq hər yerdə rast gəlirik. Texnologiyanın sürətlə inkişaf etməsi, günü gündən əlaqələr...
EHTİMAL NƏZƏRİYYƏSİNƏ AİD MƏSƏLƏLƏRİN HƏLLİ
Xülasə İndiki dövrdə ehtimal nəzəriyyəsi, statistika, çoxluqlar və birləşmələr nəzəriyyəsi bir-biri ilə sıx əlaqədə olsa da, hər biri inkişaf etdirilir. Situasiyaların mürəkkəbliyi, şərtlərdə dəyişmələrin sayının art...
AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN NORMALARI
Xülasə Məqalədə Azərbaycan ədəbi dilinin normaları haqqında məlumat verilmiş, fonetik, leksik, qrammatik, üslubi normalar təhlil olunmuşdur. Azərbaycan ədəbi dilinin sabitləşmiş normalar sisteminin olması diqqətə çatd...
AQŞİN ƏLİZADƏ YARADICILIĞININ AZƏRBAYCAN MUSİQİSİNDƏ ROLU
Xülasə Azərbaycan musiqi mədəniyyətində konsert janrının yaradılması Üzeyir Hacıbəylinin musiqili - səhnə əsərlərindəki rəqs nömrələrində müşahidə olunur. Bəstəkar Aqşin Əlizadə öz təkrarsız yaradıcılığı ilə Azərbayc...