MƏİŞƏT ZORAKILIĞI İNSAN HÜQUQLARININ POZUNTUSU KİMİ. MƏİŞƏT ZORAKILIĞI İLƏ ƏLAQƏDAR DÖVLƏTİN POZİTİV ÖHDƏLİKLƏRİ VƏ MƏİŞƏT ZORAKILIĞININ QARŞISININ ALINMASI İLƏ ƏLAQƏDAR ŞƏXSİN AZADLIQ HÜQUQUNUN MƏHDUDLAŞDIRILMASI
Journal Title: Ancient Land - Year 2023, Vol 5, Issue 11
Abstract
Xülasə İrqindən, rəngindən, cinsindən, dinindən və siyasi əqidəsindən asılı olmayaraq bütün insanların eyni statusa malik olması və hər kəsin insan hüquqlarından bərabər faydalanması müasir demokratik cəmiyyətin əsas dəyərlərindən birini təşkil edir. Lakin uzun müddət ərzində insan hüquqlarının həmişə kişilərə aid olduğu düşünülmüş və bəşər övladının yarısını təşkil edən qadınların hüquqları kişilərlə müqayisədə daha çox pozulmuşdur. Son bir neçə onillikdə qadınların hüquqlarının daha yaxşı müdafiəsi istiqamətində beynəlxalq, regional və milli səviyyədə gerçəkləşdirimiş mühüm hüquqi islahatlara dair çoxlu nümunələr olsa da bu istiqamətdə problemlər hələ də qalmaqdadır. Məqalədə bununla əlaqədar olaraq insan hüquqlarının universallığı prinsipindən, qadınlara qarşı zorakılığın ən geniş yayılmış formalarından biri olan məişət zorakılığı ilə bağlı dövlətin pozitiv öhdəliklərindən bəhs edilir və məişət zorakılığının qarşısının alınması ilə əlaqədar şəxsin azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı məsələlər Avropa İnsan Hüquqları Konvensiyasının və onun nəzarət orqanı olan Avropa İnsan Hüquqları Məhkəməsinin rolu və təsiri çərçivəsində müzakirə edilir.
Authors and Affiliations
Nuranə İbadova
MEDİADA QADIN PROBLEMLƏRİNİN İŞIQLANDIRILMASINDA ETİK SƏRHƏDLƏR
Xülasə Məqalədə qadın hüquqları mövzusunun işıqlandırılmasında etik normaların qorunması haqda bəhs olunur. Xüsusi olaraq, medianın cəmiyyətdə qadın mövzusunun səsləndirilməsində, müzakirə platformasının yaradılmasınd...
İNSANLARIN MƏDƏNİ-MƏNƏVİ TƏRBİYƏSİNDƏ MEMORİAL MUZEYLƏRİN ROLU
Xülasə Memorial muzeylər milli mədəniyyətimizin mühüm bir sahəsi olub, müxtəlif sahələri əhatə etməklə, konkret şəxsiyyətin bu sahədəki xidmətlərini ictimaiyyətə nümayiş etdirir, eyni zamanda müəyyən zaman kəsiyi ərzi...
KOQNİTİV MODELLƏŞMƏ
Xülasə Məqalə koqnitiv dilçilikdə əsas anlayışlardan biri olan koqnitiv modelləşmə və kateqoriyalaşma məsələsinə toxunmuşdur. Qeyd olunur ki metafor və metonimiya əsas koqnitiv mexanizmlərdir, bununla yanaşı koqnitiv...
Təşkilatlarda daxili nəzarət sisteminin tətbiqinin səmərəliliyi
Xülasə Mühasibat uçotunun əsas funksiyalarından biri maliyyə nəzarəti üçün zəmin yaratmaqla mülkiyyətçinin mənafeyinin müdafiəsini təmin etməkdən ibarət olan onun müdafiə funksiyasıdır. Bununla belə, qoruyucu funksiya...
METHODS OF COST CALCULATION AND PRODUCT COSTING IN THE FIELD OF INFORMATION AND INTERNET TECHNOLOGIES
Abstract In the realm of information and Internet technologies (IT), the computation of costs and the determination of product costs are fundamental components of financial management. Diverse techniques are used to p...