MƏNŞƏYİ MƏLUM OLMAYAN QIZDIRMA HAQQINDA

Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 6

Abstract

Qızdırma müxtəlif pirogenlərə, o cümlədən infeksion xəstəliklərin törədicilərinə qarşı orqanizmin qeyri-spesifik müdafiə reaksiyası olsa da, onun çox yüksək dərəcələrə qalxması (hiperpireksiya) və xüsusilə uzun müddət davam etməsi bir sıra kritik hallar-infeksion toksiki şok, kəskin ürək-damar, böyrək çatışmazlığı verə bilər. Qızdırmalı vəziyyət tənəffüsü və ürək vurğularını sürətləndirir, toxumaların oksigenə tələbatını artırır. Hərarətsalıcı dərmanlar müvəqqəti apireksiya vəziyyəti yaratsa da, bunun mənfi təsirləri daha ciddi olur. Odur ki, ilk növbədə qızdırmanın səbəbini araşdırmaq, yəni nozoloji diaqnoz qoymaq lazımdır. Bəzən bütün cəhdlərə baxmayaraq buna nail olmaq uzun vaxt tələb edir. Kliniki praktikada 3-4 həftədən çox çəkən 38°C-dən yüksək qızdırmanın səbəbi adi müayinə üsulları ilə təyin olunmayan vəziyyət “Mənşəyi məlum olmayan qızdırma” adlandırılır. Biz 2010-2022-ci illər ərzində bu diaqnozla stasionara göndərilmiş 83 xəstə müşahidə etmişik. Klinik-laborator və alət müayinələrinin köməyi ilə onların 43 nəfərində (51,8 %) infeksion xəstəliklər – sepsis − 21 nəfər, bruselloz − 8, infeksion mononukleoz − 5, koronovirus infeksiyası − 5, qarın yatalağı − 2 və septiki forma salmonelloz − 2 nəfərdə aşkar etmişik. Qalan 40 (48,2 %) xəstədə ginekoloji, uroloji, kardioloji, endokrin, cərrahi xəstəliklər, ağ ciyər vərəmi tapılmışdır. İnfeksion xəstəliklərin müəyyən edilməsində qızdırmanı müşayiət edən digər simptomların − ekzantema, hepatosplenomeqaliya, limfadenopatiya, hemoqram göstəriciləri və epidemioloji anamnezin xüsusi əhəmiyyəti olmuşdur.

Authors and Affiliations

Ələsgər Vəliyev, Elza Orucova, Gülnarə Kərimova, Rəna Nəzərova, Maya Fərzəliyeva

Keywords

Related Articles

“TORPAQLARIN DÖVLƏT EHTİYACLARI ÜÇÜN ALINMASI” HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI QANUNU: BOŞLUQLAR, KOLLİZİYALAR, MARAQLI NÜANSLAR

Xülasə Torpaqların dövlət ehtiyacları üçün alınması dedikdə dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına həmin torpağın könüllü və ya məcburi qa...

COCA-COLA VƏ AZERCELL NÜMUNƏSİNDƏ ŞƏXSİ SATIŞ VƏ SATIŞ TƏŞVİQİNİN MÜQAYİSƏLİ ANALİZİ

Xülasə Şəxsi satış və satışın təşviqi iş dünyasında ən çox istifadə edilən marketinq kommunikasiyası alətlərindən ikisidir. Şəxsi satış, fərdiləşdirilmiş məhsul və ya xidmətlər təklif edən şirkətlər üçün yüksək təsirl...

DRAMATİK TEATRDA MUSİQİNİN ROLU VƏ VƏZİFƏLƏRİ

Məlum olduğu kimi, musiqi və teatr sənətlərinin rüşeymləri paralel şəkildə inkişaf etmiş, zaman keçdikcə müəyyən müstəqil formalara ayırlmışlar. Lakin teatr sənəti yaranışından tamaşalarda musiqidən istifadə edilmişdir....

EMALLANMIŞ METAL QABLARIN QƏBULU, NƏZARƏTİ VƏ KEYFİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Emallanmış metal qablar malların saxlanması və daşınması üçün müxtəlif sənaye sahələrində geniş istifadə olunur. Bu qabların qəbulu, nəzarəti və keyfiyyətinin qiymətləndirilməsi onların təhlükəsiz və səmərəli istifadəsin...

Uşaqlarda nekrotik enterokolit zamanı müalicə taktikasının xüsusiyyətləri və reabilitasiyası

Xülasə Məqalədə uşaqlarda nekrotik enterokolit (NEK) zamanı müalicə taktikasının xüsusiyyətləri və reabilitasiyasına dair qısa məlumatlar verilmiş, son illər bu problemin öyrənilməsi üzrə əldə edilən uğurlar və təcrüb...

Download PDF file
  • EP ID EP752794
  • DOI 10.36719/2663-4619/91/129-134
  • Views 8
  • Downloads 0

How To Cite

Ələsgər Vəliyev, Elza Orucova, Gülnarə Kərimova, Rəna Nəzərova, Maya Fərzəliyeva (2023). MƏNŞƏYİ MƏLUM OLMAYAN QIZDIRMA HAQQINDA. Scientific Work, 17(6), -. https://europub.co.uk./articles/-A-752794