METALLURGİYA: KATEQORİYALARI, NÖVLƏRİ VƏ AZƏRBAYCANDA METALLURGİYA SƏNAYESİ
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 4
Abstract
Xülasə Metallurgiya, metalların elm və texnologiyasını- yəni metalların istehsalı üçün elmi üsulların və mühəndisliyin tətbiqini əhatə edir. Yəni metallurgiya metal emalı sənətindən fərqlənir. Metal emalı, texniki inkişaf üçün metallurgiyaya söykənir. Metallurgiya elmi, adətən, iki geniş kateqoriyaya ayrılır: kimyəvi metallurgiya və fiziki metallurgiya. Kimyəvi metallurgiya əsasən metalların reduksiyası və oksidləşməsi, metalların kimyəvi xüsusiyyətləri ilə məşğul olur. Kimyəvi metallurgiyanın öyrəndiyi mövzulara mineral emalı, metalların çıxarılması, termodinamika, elektrokimya və kimyəvi aşınma (korroziya) daxildir. Bunun əksinə olaraq, fiziki metallurgiya metalların mexaniki, fiziki xassələrinə və metalların fiziki göstəricilərinə diqqət yetirir. Fiziki metallurgiyada öyrənilən mövzulara kristalloqrafiya, materialın xarakteristikası, mexaniki metallurgiya, faza çevrilmələri və qüsurların yaranma mexanizmləri daxildir. Tarixən metallurgiya əsasən metalların istehsalına diqqət yetirmişdir. Metal istehsalı metal çıxarmaq üçün filizlərin emalı ilə başlayır və ərintiləri hazırlamaq üçün metalların qarışdırılmasını əhatə edir. Metal istehsalının tədqiqi qara və əlvan metallurgiyaya bölünür.
Authors and Affiliations
Zərif İbrahimova
"SOCIAL ISSUES IN FIRIDUN BEY KOCHARLI'S CREATIVITY"
Summary Firudin Bey Kocharli lived for 57 years and devoted 40 years of his life to the education and cultural progress of the nation, to the elimination of illiteracy and backwardness. Firidun Bey Kocherli is con...
QLOBAL KRİPTOVALYUTA BAZARINDAKI ALƏTLƏR VƏ MÖVCUD VƏZİYYƏTİN TƏHLİLİ
Xülasə Kriptovalyuta termini son dövrlərdə daha da populyarlıq qazanmağa başlayıb. Əsas kriptovalyutalardan olan Bitkoinin son illərdəki rallisi dünya üzərində səs salaraq, kriptovalyutaların alqı-satqı prosesinə cidd...
ƏDALƏT MÜHAKİMƏSİNİN PRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ
Xülasə Ədalət mühakiməsinin əsas prinsipləri bunlardır: Məhkəmələrin müstəqilliyi, bərabərlik və qərəzsizlik, qanunun aliliyi, toxunulmazlıq, şəffaflıq, ictimai iştirakçılıq, hüquqi təminatlar, hüquqi səriştə və maari...
DRAMA METHOD APPLICATION IN LANGUAGE EDUCATION: EXAMPLE OF ARABIC PRONOUNS
In Turkish, Personal Pronouns, Possessive Suffixes, and Genitive Suffixes are derived from the common root. However, in Arabic, they come in different forms. For this reason, students have difficulties in learning the su...
Folklorun ideya mahiyyəti
Xülasə Folklorun həyati məzmununu xalqın həyat gerçəklikləri təşkil etməkdədir. Yuxarıda da qeyd olunduğu kimi, insan həyatı beşikdən məzara qədər folklorla əlaqəlidir. Bu əlaqə dolayı deyil, birbaşadır. Başqa deyiliş...