MİRASIN QƏBULU ZAMANI YARANAN PROBLEMLƏRİN VƏ MÜBAHİSƏLƏRİN TƏHLİLİ
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 4
Abstract
Məqalədə mirasın qəbul edilməsi xüsusiyyətlərinə nəzər yetirilmiş və mirasın qəbulu zamanı meydana gələn problemlər təhlil edilmişdir. Vərəsəlik hüquq sahəsində mühüm məsələlərdən biri kimi miras əmlakın qəbulu olduqca aktual məsələdir. Burada daha çox mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət və mirasın faktiki (qeyri-rəsmi üsulla) qəbulu ilə bağlı məsələlər həm mövcud praktika, həm də məhkəmə qərarları əsasında araşdırılmışdır. Çünki hesab edirik ki, mirasın qəbulu ilə bağlı yaranan problemlərin əksəriyyəti həmin məsələlərlə əlaqədardır. Eyni zamanda müxtəlif dövlətlərin qanunvericiliklərində olan vəziyyət və bu sahədə olan nəzəri yanaşmalar nəzərdən keçirilmişdir. Müxtəlif nəzəri yanaşmalar və milli qanunvericiliyin araşdırılması nəticəsində təklif və tövsiyələr irəli sürülmüşdür.
Authors and Affiliations
Aysu Nəbizadə
SEVİNC NURUQIZININ UŞAQ NƏSRİ XEYİRXAHLIĞIN TƏCƏSSÜMÜ KİMİ
Xülasə Təşəkkül və inkişafı müxtəlif faktorlarla şərtlənən Azərbaycan uşaq ədəbiyyatı yeni ideya-estetik axtarışlardan və bədii üslub rəngarəngliyindən keçərək formalaşıb müstəqil sahə kimi təsdiqini tapmışdır. Çağdaş...
TƏCAVÜZ CİNAYƏTİ İNSAN HÜQUQLARININ POZULMASI KİMİ VƏ TÖRƏDİLMƏSİNƏ GÖRƏ BEYNƏLXALQ CİNAYƏT MƏSULİYYƏTİNİN PERSPEKTİVLƏRİ
İnsan hüquqlarını insanın cəmiyyətdə və dövlətdə statusunu müəyyən edən hüquqlar kimi müəyyən etmək olar. Müasir anlayışda insan hüquqları təbii hüquqa əsaslanır, yəni doğuşdan bütün insanlara xasdır. Belə bir anlayış ki...
AUDİT FƏALİYYƏTİNİN TƏNZİMLƏNMƏSİNİN HÜQUQİ-NORMATİV ƏSASLARI
Xülasə Bazar münasibətlərinə keçidlə Azərbaycan Respublikasında müstəqil auditor xidmətinin formalaşması prosesi başlanmışdır. Bu prosesin əsasını etibarlı maliyyə və uçot informasiyalarına dövlətin, müəssisə rəhbərlə...
REKLAM MƏTNLƏRİNİN DİL VƏ ÜSLUB XÜSUSİYYƏTLƏRİ HAQQINDA
Xülasə Bu məqalədə reklam mətnlərinin linqvistik və üslub xüsusiyyətlərindən bəhs edilir. Müəlliflər reklam mətnlərini daha təsirli və yaddaqalan edən dil xüsusiyyətlərini təhlil edirlər. Xüsusilə, lüğət seçimi, allit...
PANTOMİMA TAMAŞALARINDA RƏQSİN ÖNƏMİ
Məqalədə Pantomimada rəqsin önəminə toxunulmuş, tamaşa zamanı istifadə edilən rəqs janrları təhlil edilmişdir. Rəqsin tarixi, bədən diliylə ortaq vəzifələri haqqında məqalədə geniş məlumat verilmişdir. Pantomima tamaşala...