MÜASİR TƏBABƏTDƏ KOİNFEKSİYA
Journal Title: Nature & Science - Year 2023, Vol 5, Issue 12
Abstract
Xülasə Müasir dünyada koinfeksiyalar təkcə geniş yayılmasına görə deyil, həm də onların kliniki qiymətləndirilməsinə, müalicə və profilaktikasına etibarlı metodoloji yanaşmanın hələ formalaşmadığına görə getdikcə daha çox tibbi-sosial əhəmiyyət kəsb edir. Belə metodoloji yanaşmanın əsasında patogen mikroorqanizmlərin bir-biri ilə birbaşa və ya immun sisteminin vasitəçiliyi ilə qarşılıqlı təsir mexanizmləri haqqında biliklər durmalıdır. Koinfeksiya zamanı ən çox rast gəlinən patogenlər bakteriya və viruslardır və onların birləşməsi yalnız infeksiya prosesin daha ağır gedişatına səbəb olmur, həm də onun ağırlaşmalarının və letal nəticələrin tezliyini əhəmiyyətli dərəcədə artırır. Bu icmalda pespirator infeksiyalar, şiş prosesləri, insan immunçatışmazlığı virusunun assosiantlarının timsalında onların yüksək rəngarəngliyini göstərən bakterial-virus koinfeksiyalarda patogenlərin qarşılıqlı təsir formaları nəzərdən keçirilir. Koinfeksiyaedici agentlərin qarşılıqlı təsirlər mexanizmləri arasında virusların bakteriyaların toksin əmələ gəlməsinə, bakteriyaların isə virusların yoluxuculuğuna təsirinə xüsusi diqqət yetirilir. Koinfeksiyaedici mikroorqanizmlər epitelial maneəni birlikdə dəf etməyə kömək edir, immun sisteminin hüceyrələrinin funksiyalarını qarşılıqlı faydalı şəkildə modifikasiya edə və bu patogenlərin immun cavabından qaçmasına səbəb ola bilir. Müəyyən edilmişdir ki, bir sıra onkogen virusların və HİV-in genlərinin ekspressiyası bakteriyaların yaratdığı epigenom dəyişikliklərlə tənzimlənir ki, bu da kanserogen təsirə səbəb olur. Göstərilmişdir ki, koinfeksiya zamanı bakterial-virus qarşılıqlı təsirlərin müxtəlifliyi nəinki onların vaxtında tanınması və nəzarət edilməsi üçün yeni yanaşmalar tələb edir, həm də koinfeksiya ilə mübarizənin yeni biotexnologiyalarını və strategiyalarını yaradır ki, onların da inkişaf etdirilməsinə bütün dünyada böyük diqqət yetirilir.
Authors and Affiliations
Sevinc Mərdanova, Nəzrin Məcidova, Telli Şirinova
THE SORPTION OF NON-FERROUS METAL-IONS BY CHELATING RESINS
Abstract Conditions of sorption equilibrium of copper, zinc, cadmium and lead-ions by chelatforming resins Amberlite IRC-748 and Duolite C 467 depending on the degree of neutralization of their ionogenic groups, the a...
Green Choices: The Environmental Impact of Consumption Habits
Abstract Ecological footprint is an important indicator used to measure the impact of human activities on ecosystems. This measure reflects how people consume natural resources, the waste they generate, and the state...
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ŞƏRAİTİNDƏ EV QUŞLARI HELMİNTOZLARININ TƏQİQAT ÜSULLARI
Xülasə Quşçuluq əhalinin yüksək kalorili ət və yumurta məhsullarına olan tələbatının ödənilməsində, həmçinin yüngül sənayenin bəzi sahələrinin xammalla təmin edilməsində xüsusi əhəmiyyət daşıyan heyvandarlıq sahəsidi...
Basic Principles of its Diagnosis and Prevention of Ascaridosis in the Modern Era
Abstract Human helminthiasis is one of the urgent problems of medical science and practical healthcare. More than 90 % of parasitic diseases in humans are caused by helminthiasis. Among helminths, soil-transmitted hel...
SƏNAYE TULLANTILARININ İDARƏ EDİLMƏSİ
Xülasə Təqdim olunan işdə sənaye tullantılarının, bərk tullantıların və onların növləri və ətraf mühitə təsiri araşdırılıb. Tullantıların təsiri altında təbii mühit elementlərinin dəyişməsi göstərilib. Tullantıların...