MÜXTƏLİFSİSTEMLİ DİLLƏRDƏ QRAMMATİK ANOMALİYALAR
Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 4
Abstract
Xülasə Tipoloji və genetik münasibətdə bir-birinə ən uzaq müxtəlif dillərə aid faktların müqayisə edilməsi təcrübəsi göstərir ki, bu dillərdə eyni və oxşar hadisələr mövcuddur. Dillərin bu yöndə müqayisəli öyrənilməsi onların əksəriyyəti üçün xarakterik olan hadisələri və hər bir dilin xüsusiyyətlərini daha tam və dərindən öyrənməyə imkan verir. Başqa sözlə, dillərin müqayisəli öyrənilməsi müqayisəyə cəlb edilən dillərin daxili sistemininin təsvirini verməyə yardım edir. Morfoloji üsullar dedikdə, biz yalnız şəkilçilər vasitəsilə söz yaradıcılığından deyil, eyni zamanda bu üsullar sırasına morfoloji qoşulma, reduplikasiya, inkorporasiya və konversiya üsullarını da aid edirik. Bizim fikrimizcə, sadalanan bu üsullar bir sıra dillərdə leksik, sintaktik və ya leksik-sintaktik üsullar kimi təsnif olunmalarına baxmayaraq, morfoloji üsulun digər üsullarla kombinə edilmiş formalarıdır. Onlar tarixən morfemlərin iştirakı ilə formalaşmış, müasir dövrdə bir çox dillərdə morfoloji üsulun bir sıra keyfiyyətlərinin daşıyıcısı kimi çıxış edir.
Authors and Affiliations
Ramilə Nəsirova
Dayanıqlı inkişafın konseptual modeli və onun komponentləri
Xülasə Məqalədə dayanıqlı inkişafın konseptual modeli təhlil olunur. Dayanıqlı inkişafın tarixi, əsas prinsipləri, komponentləri və metodologiyaları haqqında məlumat verilir. Ekoloji, iqtisadi və sosial komponentlərin...
Methods and Applications of Anthropology in Criminal Investigations
Anthropology has shifted from studying primitive societies to addressing urbanization and crime, benefiting from its traditional methodologies. With the advancement of forensic anthropology, it has become essential in la...
ŞUŞANIN CABBARI VƏ XANI
Xülasə Məqalədə Türk dünyasının mədəniyyət paytaxtı, Azərbaycanın incəsənət məbədi Şuşanın yetişdirdiyi dahi şəxsiyyətlərdən, musiqimizin, muğamımızın zirvəsi olan ecazkar səs sahibləri - Cabbar Qaryağdıoğlu və Xan...
CURRENT CHALLENGES IN IMPLEMENTATION OF INTERNATIONALIZATION AND GLOBALIZATION IN K-12 EDUCATION SYSTEM
Abstract Over the last decades, education has gone through rapid social, economic, and political changes due to the process of modernization and socio-economic factors. The two factors of evolution in education are in...
Neft və qazçıxarma şirkətlərinin informasiya təhlükəsizliyinə təhdidlər
Hücumlar və daxili təhdidlər şirkətin həm maddi, həm də qeyri-maddi aktivlərini risk altında qoyur. Avadanlıqlarla bağlı problemlər istehsal prosesini dayandırmaq və ətraf mühiti çirkləndirmək təhlükəsi yaradır ki, bu da...