NAZİK BAĞIRSAQ DİVERTİKULYOZUNUN RADİODİAQNOSTİKASI
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 4
Abstract
Nazik bağırsağın divertikulyozu nadir və diaqnozu çətin qoyulan patologiya olub, bağırsaq divarı boyu birdən artıq kisəşəkilli qabarmalar – divertikullar ilə xarakterizə olunur. Adətən bu patologiya simptomsuz keçir, ilk klinik təzahürlər isə artıq ağırlaşmaların inkişafını göstərir. Nazik bağırsağın divertikulozunun diaqnozunda aparıcı yeri radioloji müayinə metodları tutur: ultrasəs müayinə, barium ilə kontrastlı enteroqrafiya, kompyuter tomoqrafiya və ya maqnit rezonans tomoqrafiya. Təqdim olunan məqalədə adı keçən metodların nazik bağırsaq divertikulyozunun və ağırlaşmalarının diaqnostikasında rolu, ayrı-ayrı müayinələrdə izlənilən radioloji əlamətlər qeyd olunmuşdur. Həmçinin bir xəstə üzərində aparılmış kliniki müşahidənin nəticələri yuxarıda adı keçən metodların diaqnostik dəyərini göstərmək məqsədi ilə təqdim edilmişdir.
Authors and Affiliations
Aytən Ağamalıyeva , Lalə Ağabəyli, Hicran Əsgərova, Zərqələm Ömərova, Fatma İsmayılova
ARAZ ÇAYININ SAHİLYANI ƏRAZİLƏRİNDƏ SU QUŞLARININ TREMATODOZ TÖRƏDİCİLƏRİNİN EPİZOOTOLOJİ VƏ EPİDEMİOLOJİ QİYMƏTLƏNDİRİLMƏSİ
Xülasə 2021-2023-cü illərdə Azərbaycan Respublikasının Araz sahili ərazilərində 21 növə aid olan 128 ədəd su-bataqlıq quşu tam helmintoloji yarma üsulu ilə tədqiq olunmuş, 63 növ trematod tapılmışdır, bunlardan 2 növ...
HEYDƏR ƏLİYEVİN AZƏRBAYCAN-İSRAİL MÜNASİBƏTLƏRİNDƏ ROLU
Xülasə Azərbaycan və İsrail arasındakı əlaqələr qurulmağa başladığı gündən bəri daim yüksək inkişaf xəttini tutub. Xüsusilə 1990-cı illərdə, Azərbaycanın çətin dövrlərində İsrailin Azərbaycana verdiyi hərbi-siyasi dəs...
MÜASİR AZƏRBAYCAN DİLİNDƏ MƏTNİN İNFORMASİYA STRUKTURUNUN YARANMASI VƏ SIXILMASINDA XÜSUSİLƏŞMƏNİN ROLU
Xülasə Məqalədə müasir Azərbaycan dilində mətnin informasiya strukturunun formalaşmasında və sıxılmasında ixtisaslaşmanın rolundan bəhs edilir. İxtisaslaşma bəzi cümlə üzvlərinin semantik birliyinə, intonasiya və pauz...
SİNİFDƏNXARİC İŞLƏRDƏ ŞAGİRDLƏRDƏ KİMYADAN TƏDQİQATÇILIQ BACARIĞININ FORMALAŞDIRILMASI
Xülasə Məqalədə kimya fənindən şagirdlərdə tədqiqat bacarığının formalaşdırılması üsulları verilmiş, şagirdlərin yüksək səviyyədə təhsilini təmin etmək üçün onların təfəkkürünü hərtərəfli inkişaf etdirmək, biliklərin...
"SOCIAL ISSUES IN FIRIDUN BEY KOCHARLI'S CREATIVITY"
Summary Firudin Bey Kocharli lived for 57 years and devoted 40 years of his life to the education and cultural progress of the nation, to the elimination of illiteracy and backwardness. Firidun Bey Kocherli is con...