ORTA MƏKTƏBDƏ YAZI BACARIQLARININ FORMALAŞMASI
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 9
Abstract
Xülasə Azərbaycanda elmi-mədəni, siyasi və iqtisadi sahədə aparılan islahatlar təhsil fəlsəfəsinin dəyişməsi ilə nəticələnmişdir. Respublikada prioritet istiqamətlərdən biri olan yaddaş məktəbindən təfəkkür məktəbinə keçid hesab edilir. Oxu prosesində qazanılan bacarıqlar yazı ünsiyyəti vasitəsilə genişləndirilərək qarşılıqlı əlaqəyə çevrilir. Yazı qoyulmuş hər hansı problem, yaxud mövzu ilə bağlı fikir və mülahizələrin müvafiq formada verilməsini, görülmüş iş haqqında hesabat hazırlanmasını təmin edir. Müəllim şagirdin yaş və bilik səviyyəsinə uyğunluğunu, məzmun və quruluşunu nəzərə alaraq mətn seçməlidir. Ana dilində mükəmməl yazıb oxumağı, öz fikrini ədəbi dildə səlis ifadə etməyi bacarmaq mədəniliyin başlıca əlamətlərindən hesab olunur. Bu keyfiyyətləri gənc nəsildə tərbiyə etmək üçün Azərbaycan dili proqramı geniş imkanlar verir.
Authors and Affiliations
Fatma Əsədova
ÇEVİK LAYİHƏ İDARƏETMƏ YANAŞMASININ BANK SEKTORUNA TRANSFORMASİYASI
Xülasə Çevik metodologiyaların qəbulu bu gün təşkilatlar və bir çox İT departamentləri üçün, xüsusən də bank sektorunda əsas problemlərdən biridir. Banklar, xüsusən də yeni rəqəmsal texnologiyalar fonunda bazardakı də...
ONLAYN BANKÇILIQ SİSTEMLƏRİ, PROBLEMLƏRİ VƏ PERSPEKTİVLƏRİ
Xülasə Məqalədə müasir dünyada yaranan bir sıra onlayn bankçılıq problemləri, bu sahənin inkişaf perspektivləri təhlil edilir və xüsusi olaraq nəzərdən keçirilir. Bu gün innovativ texnologiyalardan istifadə bank sekto...
MÜASİR DÖVR AZƏRBAYCAN HEYKƏLTƏRAŞLIĞINDA MİLLİ ƏNƏNƏLƏR
Məqalədə müasir dövr Azərbaycan heykəltəraşlığında milli ənənələrdən bəhs edilir. Müasir dövrdə yaradıcılıqlarında milli ənənələrə müraciət edən görkəmli heykəltəraşlarımız kifayət qədərdir. Bu mənada Əsgər Kərimovun “Mu...
ORTA MƏKTƏBLƏRDƏ DİSTANT TƏHSİLİN İDARƏ OLUNMASININ TƏKMİLLƏŞDİRİLMƏSİ YOLLARININ TƏHLİLİ
Xülasə Tədqiqat məqaləsi Azərbaycanda ümumi təhsil məktəblərində distant təhsil idarə olunmasının təkmilləşdirilməsi sahəsində aparılan araşdırmalardan bəhs edir. Artıq son 3 ill ərzində Covd-19 pandemiyasının təhsil...
ƏHMƏD BƏY AĞAOĞLUNUN “TANRI DAĞINDA” BƏDİİ-FƏLSƏFİ ƏSƏRİNDƏ TÜRKÇÜLÜK, TƏSƏVVÜF VƏ ŞAMANİZM İDEYASI
Xülasə XX əsr Azərbaycanının publisist, şərqşünas alim, tənqidçi, ictimai xadim, ziyalı Əhməd bəy Ağaoğlunun “Tanrı dağında” əsərində türkçülük, şamançılıq, təsəvvüf ideyalarının ifadəsinə böyük əhəmiyyət verilir. Əsə...