ÖZBƏK VƏ AZƏRBAYCAN ATALAR SÖZLƏRİNİN X(IKS)-FEMİK TİPOLOGİYASI

Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 4

Abstract

Xülasə Müxtəlif dillərdə atalar sözlərinin müqayisəli tipologiyası dil və düşüncə münasibətləri ilə bağlı bir çox fundamental problemlərin öyrənilməsində öz prioritetliyini saxlayır. Şübhəsiz ki, bu, mövzunun aktuallığını göstərir. Bu tədqiqatda Azərbaycan və Özbək atalar sözlərinin müqayisəli təhlili öyrənilmişdir. Düzdür, Azərbaycan və özbək dillərinin qaydaları bir-birindən bir qədər fərqli olsa da, uyğun cəhətlər daha çox diqqəti cəlb edir və bu harmoniya hər addımda hiss olunur. Sözsüz ki, dillər arasındakı bu oxşarlıq türkdilli xalqların qohum dillər kateqoriyasına aid olmasından irəli gəlir. Beş yüzdən çox atalar sözü müqayisə üçün tədqiq edilmişdir. Nəticədə Azərbaycan və özbək atalar sözlərinin demək olar ki, doxsan doqquz faizinin semantika və leksik quruluş baxımından bir-birinə tam uyğun olduğu və onların hər iki dildə evfemik və ya disfemik olduğu aşkar edilmişdir. Ona görə də belə araşdırmaların sistemli şəkildə tədqiqi iki qardaş xalqın bütün sahələrdə qarşılıqlı əlaqələrinin daha dərindən dərk edilməsinə, hər iki dilin gözəlliyinin qorunub saxlanmasına müsbət təsir göstərəcəyinə ümid edirik.

Authors and Affiliations

Xankişi Məmmədov, Xurşida Kadirova

Keywords

Related Articles

İnklüziv təhsildə tədris prosesinin əsasları

Əlilliyi olan şagirdlər ictimai mühitə faydası toxunan şəxslər kimi yetişməlidir və cəmiyyətin inkişafına töhfə verəcək ümumtəhsil hüququna malik olmalıdırlar. Bütün şagirdlər inklüziv təhsil şəraitində fərqliliyin mahiy...

XARİCİ ÖLKƏLƏRDƏ AKSİZ VERGİSİNƏ CƏLB OLUNAN MALLARIN DAİRƏSİ VƏ AKSİZ VERGİSİNİN ALINMASININ HÜQUQİ TƏNZİMİ: MÜQAYİSƏLİ-HÜQUQİ TƏHLİL

Xülasə Spirtli içkilərin və tütün məmulatlarının istehsalına görə tutulan aksiz vergisi əhalinin sağlamlığına və iqtisadiyyatına mühüm təsir göstərən malların istehsalı və dövriyyəsinə dövlət tərəfindən tənzimlənmənin...

PARAZİTAR XƏSTƏLİKLƏRİN YENİ BİOMARKERLƏRİ VƏ ONLARIN İMMUNOMODULYATOR ƏHƏMİYYƏTİ

Xülasə Ekzosomlar 1980-ci illərin əvvəllərində müşahidə olunmuşlar. Bütün eukariot və prokariot hüceyrələr ekzosom sekresiya edirlər, onlara orqanizmin bioloji mayelərində rast gəlinir və replikasiyaya qadir deyillər....

Görkəmli şəxsiyyətlərə həsr edilmiş biblioqrafik mənbələrdə arxiv sənədlərinin əks olunması

Məqalədə arxiv sənədlərinin biblioqrafik informasiya mənbəyi kimi əhəmiyyəti şərh olunmuşdur. Arxiv sənədlərinin biblioqrafik təsvirini əks etdirən vəsaitlərin zəngin informasiya potensialına malik olması faktiki mənbələ...

NASOS SİSTEMLƏRİNİN EFFEKTİVLİYİNİ GÜCLƏNDİRƏN YENİ TEXNOLOGİYALAR VƏ ÜSULLAR

Xülasə Yüksək ixtisaslaşmış dəniz qazma sahəsində nasos sistemlərinin səmərəliliyi və etibarlılığı əməliyyatların uğurunda və ətraf mühitin davamlılığında mühüm rol oynayır. Məqalə dənizdə qazma tətbiqlərində istifadə...

Download PDF file
  • EP ID EP748749
  • DOI 10.36719/2789-6919/32/17-21
  • Views 56
  • Downloads 0

How To Cite

Xankişi Məmmədov, Xurşida Kadirova (2024). ÖZBƏK VƏ AZƏRBAYCAN ATALAR SÖZLƏRİNİN X(IKS)-FEMİK TİPOLOGİYASI. Scientific Research, 4(4), -. https://europub.co.uk./articles/-A-748749