PARAZİTAR XƏSTƏLİKLƏRİN ERKƏN DİAQNOSTİKASI
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 10
Abstract
Xülasə Ekzosomlar təxminən 30-120 nm ölçüdə olub, erkən endosomlardan formalaşır. Ekzosomlar müxtəlif xəstəliklərin biomarkeri kimi hələlik az öyrənilmiş diaqnostik və terapevtik vasitədir. Onların identifikasiyası patoloji prosesin erkən (həmçinin latent dövrdə) diaqnostikasına imkan vermiş olur. Ekzosomlar həmçinin az kliniki əlamətli və ya simptomsuz xəstəliklər üçün skrininq alətidir. Güman edilir ki, gələcəkdə ekzosomlar bir çox xəstəliklərin etiopatogenetik müalicəsini təmin edə biləcəklər. Leyshmaniya parazitlərinin hüceyrəxarici vezikullardan istifadəsi infeksiyanın sahibin orqanizmində saxlanılması mexanizminin əsas hissəsidir. Bu həm də immun cavabın modulyasiyası üçün lazımdır. Son illərin tədqiqatları göstərmişdir ki, leyşmanioz əleyhinə terapiyanın səmərəliliyinin artırilması üçün ekzosomlardan istifadə edərək dərman molekullarının (nano-dərman) “ünvana” çatdırılması mümkündür.
Authors and Affiliations
Şəhla Əliyeva, Fatma Hüseynova,
Həyat, xoşbəxtlik və ölüm sosial fəlsəfi anlamda
Xülasə Həyat bu sonsuz və tükənməz dünyada iki qaranlıq arasında bir işartıdır. Qığılcım alovlanır, yanır və nəhayət, sönür. Həmişə yanması sadəcə mümkün deyil. Hər şeydən əvvəl heç bir insan xoşbəxt deyil, insanlar ö...
POST PANDEMİYA DÖVRÜNDƏ BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏRİN TƏNZİMLƏNMƏSİNİN MÖVCUD VƏZİYYƏTİ
Xülasə Müasir beynəlxalq iqtisadi əlaqələrin inkişafı şəraitində ölkələrin beynəlxalq təşkilatlarda iştirakı yeni koronavirus infeksiyası pandemiyasına qarşı mübarizədə iqtisadi inteqrasiyanı gücləndirməyə imkan verir...
MONOETNİK DÖVLƏTÇİLİYƏ ALTERNATİV OLARAQ MULTİKULTURAL TƏHLÜKƏSİZLİK
Xülasə Monoetnik dövlətçilik, əsasən bir etnik və ya mədəni qrupa əsaslanan dövlət və ya mədəniyyət modelidir. Bu, həmin etnik və ya mədəni qrupun digər qrupların önündə üstünlüyünə vurğu edir və buna görə də müxtəlif...
MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ MÜTƏHƏRRİK OYUNLAR VƏ YAŞ QRUPLARINDA ONLARIN TƏŞKİLİ
Xülasə Uşaqların hərtərəfli normal inkişafında mütəhərrik oyunların çox böyük əhəmiyyəti vardır. Buna görə də fiziki tərbiyə məşğələlərinin hamısına mütəhərrik oyunlar daxil edilməlidir. Xüsusən məktəbəqədər yaş dövr...
KARBON İZİ VƏ YAŞIL İQTİSADİYYATDA ONUN ƏHƏMİYYƏTİ
Xülasə Müasir dünyada karbon və yaşıl iqtisadiyyatın əhəmiyyətini qiymətləndirməmək olmaz. Karbon istixana qazları şəklində, iqlim dəyişikliyində və qlobal istiləşmədə böyük rol oynayır. Beləliklə, karbon emissiyaları...