Parazitologiya fənninin tədrisinə dair
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 8
Abstract
Xülasə Parazitar xəstəliklərin, hər şeydən əvvəl, malyariyanın və bağırsaq helmintozlarının sosial-iqtisadi əhəmiyyəti o qədər böyükdür ki, bu patologiya bir çox dünya ölkələrinin iqtisadi inkişafı üçün maneçilik yaradır. Qeyri-endemik ölkələrdə tropik parazitar xəstəliklərin gətirilmə halları insanların sağlamlığına ciddi zərər yetirir. Parazitar patologiyanın qlobal əhəmiyyətini nəzərə alaraq, əksər dünya ölkələri parazitar xəstəliklərlə mübarizə problemini qarşıya həll edilməli məqsəd kimi qoymuşlar. Parazitologiyanın öyrənmə obyekti olan protozoy xəstəliklər və helmintozlar infeksion patologiyanın mühüm hissəsini təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 4,5 milyarddan çox insan parazitar xəstəliklərdən əziyyət çəkir. Rusiyada hər il bir milyona yaxın parazitar xəstə qeydə alınır. Onların həqiqi sayı 20 milyon nəfəri ötür. ÜST göstərir ki, helmintlər tərəfindən törədilən xəstəliklər ən əhəmiyyətli yoluxucu və parazitar xəstəliklər arasında dünyada üçüncü, plazmodilər tərəfindən törədilən xəstəliklər ‒ dördüncü yeri tutur (müvafiq olaraq, 1,4 mlrd. və 600 mln. hadisə). Bütün bunlar tibb işçilərinin insanın parazitar xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasının müasir prinsipləri ilə tanış olmasını şərtləndirir və onun tədrisini zəruri edir. Hazırlanmış yeni tədris proqramı ali tibb təhsili tələbələrinin tədrisi, həkimlərin diplomdansonrakı təhsili və müəllimlərin fəaliyyəti üçün tövsiyə olunur.
Authors and Affiliations
İbadulla Ağayev Azərbaycan Tibb Universiteti tibb elmləri doktoru Flora Tağıyeva Azərbaycan Tibb Universiteti tibb üzrə fəlsəfə doktoru Pəri İsaqova Azərbaycan Tibb Universiteti Əzimə Şıxəliyeva Azərbaycan Tibb Universiteti Zəminə Hüseynova Azərbaycan Tibb Universiteti
UŞAQLARDA ROTAVİRUS İNFEKSİYASININ MÜXTƏLİF VARİANTLARININ KLİNİKİ-EPİDEMİOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ MÜALİCƏ TAKTİKASI
Uşaq yaşlarında baş verən infeksion patologiyada virus diareyaları xüsusi əhəmiyyət kəsb edir. Hazırkı işdə uşaqlarda rotavirus infeksiyasının epidemioloji-kliniki xüsusiyyətləri və müalicəsi öyrənilib. Müəyyən olunub ki...
XARİCİ TİCARƏT ƏMƏLİYYATLARININ MALİYYƏLƏŞDİRİLMƏSİ: PROBLEMLƏR VƏ HƏLL YOLLARI
Xülasə Xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsi xüsusilə beynəlxalq ticarət üçün tələb olunan maliyyə resursları və təcrübədən məhrum olan kiçik və orta sahibkarlıq (KOS) üçün mürəkkəb və çətin prosesdir. B...
EPİDEMİOLOGİYANIN TİBB ELMİ VƏ SƏHİYYƏ ÜÇÜN ƏHƏMİYYƏTİ
Xülasə Məqalədə epidemiologiyanın təbabət elmində, xüsusilə yoluxucu xəstəliklər və peşə xəstəlikləri sahəsində əhəmiyyətinə dair qısa məlumatlar verilmiş və son illər bu xəstəliklərin öyrənilməsi üzrə əldə edilən u...
KEYFİYYƏTLİ TƏHSİL VƏ MÜASİR TƏLİM METODLARI
Xülasə Bu məqalə keyfiyyətli təhsilin əsas aspektlərinin və təhsilin keyfiyyətinin yüksəlməsinə müasir təlim metodlarının təsirinin izahına həsr olunmuşdur. Qeyd olunmuşdur ki, keyfiyyetli təhsil məhz fənlərin keyfiyy...
Kompüter arxitekturası, kompüterlərin quruluşu və işləmə prinsipləri
Kompüter arxitekturası kompüterlərin quruluşunu, işləmə prinsiplərini və hesablama systemlərinin təşkilini araşdıran mühüm bir sahədir. Bu məqalədə kompüter arxitekturasının əsas elementləri, o cümlədən prosessorun (CPU...