Qarabağ iqtisadi zonasında geotermal enerjidən istifadənin tədqiqi

Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 3

Abstract

Bu məqalə Qarabağ iqtisadi zonasında geotermal enerjinin potensial istifadəsini araşdırır. Geotermal enerji, xüsusilə ətraf mühitin qorunması və iqtisadi müxtəliflik baxımından əhəmiyyətli bir alternativ enerji mənbəyidir. Tədqiqatın məqsədi, bu bölgədə geotermal enerjidən istifadənin cari vəziyyətini təhlil etmək, potensial imkanları müəyyənləşdirmək və gələcək inkişaf perspektiv­lərini araşdırmaqdır. Araşdırmada GeoT*SOL simulyasiya proqramından istifadə edilərək Laçın şəhərində fərdi yaşayış binalarının istilik təminatı üçün yeraltı mənbəli istilik nasosları sistemlərinin tətbiqi qiymət­ləndirilmişdir. Bu sistemlərlə əlaqəli avadanlıqlar seçilmiş, onların texniki parametrləri hesablanmış və müqayisə edilmişdir. Əldə olunan nəticələr əsasında ən optimal istilik təminatı sxemi müəyyən edilmişdir. Geotermal enerjinin Qarabağ iqtisadi rayonunun enerji təminatındakı əhəmiyyəti təkcə enerji istehsalı ilə məhdudlaşmır, eyni zamanda ekoloji və iqtisadi üstünlükləri ilə də seçilir. Bu enerjidən səmərəli istifadə bölgənin inkişafına töhfə verə, enerji təhlükəsizliyini gücləndirə və bərpa olunan enerji sektorunun inkişafını sürətləndirə bilər. Geotermal enerji resurslarının tətbiqi, ekoloji təmiz­liyi artırmaqla yanaşı, bölgənin enerji idxalına olan asılılığını da azalda bilər. Xüsusilə Qarabağın müharibədən sonrakı bərpa dövründə alternativ enerji mənbələrinin istifadəsi həm infrastrukturun inkişafına, həm də iqtisadi dirçəlişə mühüm töhfə verə bilər.

Authors and Affiliations

Sevinc Babayeva, Kənan Nağıyev

Keywords

Related Articles

Comparative-Historical Description of Words Governing the Meaning of Space and Time in Uzbekistan and Azerbaijan Dialects

The semantic and structural analysis of lexical units in the Uzbek and Azerbaijani languages, paying attention to the proportion of form and content, and determining the degree of reflection of themes in words and phrase...

TƏHSİLALANIN İDRAKI HƏKƏT MƏNTİQİNƏ GÖRƏ TƏLİM SİSTEMİNİN FƏRQLƏNDİRİLƏN ALTSİSTEMLƏRİ

Xülasə Tədqiqat işində təlimə sistem (məxsusi idrak prosesi və psixoloji təbiətli birgə fəaliyyət olmaqla) kimi yanaşılır, L.Bertalanfin ideyasına və XX əsrin 30-cu illərindən başlayaraq dialektikanın qolu qismində fo...

İngilis və Azərbaycan dillərində inkarlıq bildirən prefikslər

Bu məqalə ingilis dilində inkarlığı ifadə edən müxtəlif prefikslərin və onların Azərbaycan dilindəki mənfi ifadə vasitələrinin müqayisəli təhlilinə həsr olunub. Araşdırmada ingilis dilində geniş yayılmış “un-”, “in-”,...

DƏNİZ SUYUNUN ŞİRİNLƏŞDİRİLMƏSİ ÜÇÜN GÜNƏŞ ENERJİLİ MEMBRAN DİSTİLLƏ TEXNOLOGİYASI

Məqalədə günəş enerjili membran distillə üsulu ilə Xəzər dənizi suyunun şirinləşdirilmə texnologiyasının tədqinin nəticələri gətirilir. Birbaşa kontaktlı membran modulunun istifadəsi və membran üzərində ərpin yaranmasını...

DİLDƏ METAFORİKLƏŞMİŞ İFADƏ VASİTƏLƏRİ (“AİLƏ” KONSEPTİ ƏSASINDA)

Ailə mədəni bir cəmiyyətdir, özü də onun əsasını təşkil edir. Məna semantik konseptin tərkib hissəsidir. Semantik konsept (təsəvvür) aktual mədəni konseptin konseptual təzyiqindən azad olduğu üçün mücərrəddir. Ünsiyyətdə...

Download PDF file
  • EP ID EP763331
  • DOI 10.36719/2663-4619/112/133-138
  • Views 12
  • Downloads 0

How To Cite

Sevinc Babayeva, Kənan Nağıyev (2025). Qarabağ iqtisadi zonasında geotermal enerjidən istifadənin tədqiqi. Scientific Work, 19(3), -. https://europub.co.uk./articles/-A-763331