QARABAĞ REGİONUNDA BİTKİLƏRƏ ZƏRƏR VERƏN SƏRTQANADLILAR DƏSTƏSİNİN (COLEOPTERA: CARABIDAE, SCARABAEIDAE, ELATERIDAE, BUPRESTIDAE, CHRYSOMELIDAE) BƏZİ NÜMAYƏNDƏLƏRİ
Journal Title: Nature & Science - Year 2023, Vol 5, Issue 6
Abstract
Azərbaycan Respublikasının Qarabağ bölgəsinin əlverişli iqlim şəraiti, landşaftların müxtəlifliyi və zəngin bitki örtüyü burada özünəməxsus entomokompleksin formalaşmasına şərait yaratmışdır. Meşələrdə uzunsaplaqlı palıd, qızılağac, tut, yemişan, alça, gavalı, nar və s. bitir. Həşəratlar arasında əsas yerlərdən birini çoxu kənd təsərrüfatı bitkilərinin zərərvericiləri hesab olunan, ən çoxsaylı qrup olan böcəklər tutur və buna görə də onlar haqqında məlumat kənd təsərrüfatının gələcək inkişafında böyük əhəmiyyət kəsb edəcəkdir. Məqalədə Qarabağ bölgəsi ərazisində yayılmış və müxtəlif bitkilərin zərərvericiləri olan böcəklər dəstəsinin nümayəndələri haqqında ədəbiyyat mənbələrinə əsasən tərtib olunmuş məlumatlar verilir. Ümumilikdə 5 fəsiləyə aid 53 növ böcək haqqında məlumatlar verilmişdir. Karabid böcəklər fəsiləsinin (Carabidae) əksər nümayəndələrinin yırtıcı olmasına baxmayaraq, içlərində bitkilərin zərərvericiləri də vardır. Bu fəsilə dənli bitkilərə zərər verən 3 növlə təmsil olunur. Lövhəbığ böcəklər fəsiləsi (Scarabaeidae) növlərlə çox zəngindir. Onların arasında ot yeyən böcəklər təhlükəli zərərvericilər ola bilirlər. Lövhəbığ böcəklər fəsiləsinin 14 nümayəndəsinə dənli bitkilərdə, yem və texniki bitkilərdə, həmçinin meyvə ağaclarında rast gəlinir. Sürfələri tel qurdları olan Şıkqıldaq böcəkləri (Elateridae) zərərvericilər kimi kənd təsərrüfatı üçün əhəmiyyət daşıyırlar. Fəsilə 11 növlə təmsil olunur, onların arasında geniş çeşiddə yem bitkiləri olan növlər vardır, onlar bağ və bostan, yem, sənaye, meyvə bitkilərinə zərər verirlər. Qızıl böcəkləri (Buprestidae) gövdə zərərvericiləri kimi də böyük əhəmiyyətə malikdir. Bu böcəklərin sürfələri ağac və kolların odun və kambi təbəqələri ilə qidalanaraq xeyli zərər verirlər. Qarabağda qeyd olunan 8 növ arasında əsasən meyvə ağaclarının zərərvericiləri və dənli bitkilərin sünbüllərində rast gəlinən növlər də vardır. Aralarında çoxlu zərərli növlərin olduğu Yarpaqyeyən böcəklər (Chrysomelidae) fəsiləsi ən çox sayda – 17 növlə təmsil olunur ki, bunlar da bir çox ağac, kol və ot bitkilərinin zərərvericiləridir.
Authors and Affiliations
Ellada Hüseynova, İradə Nuriyeva , Zinyət Şahverdiyeva, Zeynab Məmmədova
Entomofauna of Agricultural Crops: Roles, Impacts, and Ecological Significance
Abstract The entomofauna of agricultural crops comprises a diverse range of insect species, each playing a distinct role in crop ecosystems. This diversity includes pollinators, natural predators, and pest insects, al...
To Study the Botanical Characteristics of the Plant, its Resistance to Stress Factors (Biotic, Abiotic) in Order to Preserve the Gene Pool of Local and Introduced Barley and Wheat Varieties in Soil-Climatic Conditions of the Nakhchivan Autonomous Republic
The main goal of the study is to study the ecological origin, lifestyle, species diversity of wheat and barley samples, which are of strategic importance, ensuring the economic security of the country, forming the main a...
PAMBIQ AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATININ MÜTƏRƏQQİ MƏDƏNİ BİTKİSİDİR
Xülasə Pambıqçılığın inkişafının əsasını əkin dövriyyəsinin tətbiqi təşkil edir. Bu, torpağın münbitliyinin, xam pambığın məhsuldarlığının artmasına və keyfiyyətinin yaxşılaşmasına şərait yaradır. Bunun üçün böyüyən b...
REMOVAL OF A DUAL-SPECIES BIOFILM FROM ARTIFICIAL LATERAL CANALS
Lateral canals are particularly challenging to clean and disinfect. The aim of this study was to compare the removal efficacy of a dual-species biofilm from a lateral canal model by different ultrasonic irrigant activati...
COĞRAFİ UZAQ PAMBIQ SORTLARININ MÜQAYİSƏLİ ÖYRƏNİLMƏSİ
There was an urgency of application and comparative studying in farms surpassing quantitative and the quality indicators of geographically remote grades of a clap which are grown up in cotton-growing economy of republic,...