Qədim Alban məbədində (Govurqala) erməni saxtakarlığı

Journal Title: Ancient Land - Year 2025, Vol 7, Issue 2

Abstract

Qafqaz mədəniyyətləri içərisində Azərbaycanda qorunub saxlanan qədim Alban dövlətinin özünəməxsus təkrarolunmaz maraqlı mədəniyyəti, incəsənəti həmişə diqqət mərkəzində olmuşdur. Ancaq bədnam qonşumuz ermənilər daim bizim maddi mədəniyyət abidələrimizə təcavüz ediblər. Bədnam qonşularımız nə qədər bizim tarixi özününküləşdirmək istəsələr də, alban tarixşünaslığına hücum etsələr də, tarixi faktlar, arxeoloji və yazılı mənbələr əsasında aparılan araşdırmalar onların yalanlarını bir daha üzə çıxarır. Azərbaycan arxeoloqlarından R. M. Vahidov, R. B. Göyüşov Ağdam rayonu Sofulu kəndi yaxınlığındakı Govurqala abidəsində tədqiqatlar aparmışlar. Görkəmli arxeoloqlarımızdan olan R. M. Vahidov erməni “tarixçiləri” tərəfindən Tiqranakertin Govurqala abidəsi ilə eyniləşdirilməsinə qarşı çıxmış, bu abidənin Tiqranakert olmamasını göstərmişdir. R. B. Göyüşov Govurqala abidəsində apardığı tədqiqatlar nəticəsində müəyyənləşdirmişdir ki, bu yaşayış yeri Moisey Kalankatuklunun “Alban tarixi”ndə adını çəkdiyi və hökmdar Mömin III Vaçaqanın yay iqamətgahının yerləşdiyi Aluen şəhəridir. Onda Şahbulaq qalası yaxınlığında Tərnəüt kəndinin ərazisində yerləşən abidə Aluen şəhərinin qalıqlarıdır. Bu şəhərdə 498-ci ildə kilsə məclisi çağırılmış, qanunlar qəbul edilmiş və alban dilində ilk yazılı sənəd tərtib edilmişdir. Butun bunların əsasında deyə bilərik ki, Govurqalanı mənbələrdə adı çəkilən Akna şəhəri ilə eyniləşdirmək mümkündür.

Authors and Affiliations

Zümrüd Qəhrəmanova

Keywords

Related Articles

KİÇİK VƏ ORTA SAHİBKARLIĞIN İQTİSADİ MEXANİZMİ VƏ ONUN TƏRKİB ELEMENTLƏRİNİN FORMALAŞMASININ BƏZİ MƏSƏLƏLƏRİ

Xülasə Tədqiqatın məqsədi – KOS-ın inkişaf etdirilməsi ilə bağlı dünya təcrübəsinin öyrənilməsindən ibarətdir. Tədqiqaytın metodologiyası – tədqiqat işində təhlil, ümumiləşdirmə metodlarından istifadə edilmişdir....

Folklorşünaslıqda ictimai məzmun məsələləri

Foklor sözü həm dar, həm də geniş mənada başa düşülür. Dar mənada folklor “şifahi xalq yara­dıcılığı” və ya bəzən də “şifahi xalq ədəbiyyatı” kimi başa düşülür. Daha çox türk xalqlarının filolo­giyasında rastlanan “xalq...

The Hermeneutic Method in Human Sciences: Wilhelm Dilthey and the Emergence of a New Epistemological Paradigm

Abstract This study analyzes Wilhelm Dilthey's approach to methodology in the humanities. Dilthey's work was a major topic of debate among philosophers in the nineteenth century, a period marked by rising scientific p...

Ethical Implications of AI in Data Collection: Balancing Innovation with Privacy

Abstract This article examines the ethical and legal implications of artificial intelligence (AI) driven data collection, focusing on developments from 2023 to 2024. It analyzes recent advancements in AI technologies...

BEYNƏLXALQ VƏ QLOBAL TƏHLÜKƏSİZLİYƏ YENİ BAXIŞLAR

Xülasə Həyatın demək olar ki, hər mərhələsində qarşılaşdığımız təhlükəsizlik anlayışının zaman, məkan və insan kontekstindən asılı olmayan bir tərifi yoxdur. Buna görə də təhlükəsizliyi başa düşmək üçün ilk addım onu...

Download PDF file
  • EP ID EP760944
  • DOI 10.36719/2706-6185/44/54-58
  • Views 22
  • Downloads 0

How To Cite

Zümrüd Qəhrəmanova (2025). Qədim Alban məbədində (Govurqala) erməni saxtakarlığı. Ancient Land, 7(2), -. https://europub.co.uk./articles/-A-760944