Qloballaşma dövründə Azərbaycanda multikulturalizm
Journal Title: Scientific Work - Year 2025, Vol 19, Issue 1
Abstract
Bu məqalədə qloballaşma dövründə Azərbaycanın multikulturalizm siyasətinin inkişafı və bu siyasətin beynəlxalq və daxili təsirləri araşdırılıb. Azərbaycan müxtəlif etnik və dini qrupların bir arada yaşadığı bir ölkə olaraq tarix boyu multikulturalizmi öz milli ənənəsi kimi qorumuş və inkişaf etdirmişdir. Müstəqillik dövründə isə Azərbaycan multikulturalizm siyasətini dövlət siyasətinin vacib bir hissəsi olaraq tətbiq etmiş, müxtəlif etnik və dini icmalar arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq etməyə çalışmışdır. Qloballaşma ilə yanaşı Azərbaycan öz mədəni müxtəlifliyini qorumağa və bu müxtəlifliyi beynəlxalq səviyyədə tanıtmağa davam edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın multikulturalizm siyasəti həm daxili, həm də beynəlxalq səviyyədə uğurla tətbiq edilir. Dövlət bu siyasəti ilə yalnız etnik və mədəni müxtəlifliyi deyil, həm də dini müxtəlifliyi qorumağa çalışır və müxtəlif dinlər arasında dialoqu təşviq edir. Azərbaycanın bu sahədəki uğurlu siyasəti ölkənin beynəlxalq əlaqələrində güclü bir mövqe əldə etməsinə, həmçinin dünya miqyasında multikulturalizm təcrübəsini paylaşmasına imkan vermişdir. Nəticədə, Azərbaycan qloballaşma dövründə multikulturalizmin tərəfdarı olan bir dövlət olaraq dünya səhnəsində önəmli bir yer tutur.
Authors and Affiliations
Fidan Allahverdiyeva
İNVESTİSİYA AKTİVLİYİ VƏ ONUN TƏHLİLİ
Xülasə İnvestisiya fəaliyyəti kapitaldan gəlir əldə etməyə yönəlmiş geniş maliyyə fəaliyyətini əhatə edir. Buraya səhmlərin, istiqrazların, daşınmaz əmlakın və gəlir əldə etmək və ya kapitalın bahalaşması gözləməsi il...
Adaptiv honeypot şəbəkələri: kiber təhlükəsizlikdə yeni yanaşma
Müasir kiber hücumların mürəkkəbliyi və miqyası artdıqca, ənənəvi təhlükəsizlik mexanizmləri, xüsusilə statik honeypot sistemləri yeni və mürəkkəb hücumlara qarşı yetərsiz qalır. Adaptiv honeypot şəbəkələri dinamik uyğun...
BANKLARIN YENİDƏN TƏŞKİLİ PROSESİ
Xülasə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən dərhal sonra qəbul edilmiş qanunvericilik aktlarından biri “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının 1991-ci...
TOKSOPLAZMOZ VƏ SİTOMEQALOVİRUS İNFEKSİYALARI ZAMANI SEROPOZİTİVLİYİN ÖYRƏNİLMƏSİ
Xülasə Opportunist infeksiyalara qarşı meydana gələn immun cavabların araşdırılması effektiv müalicə və profilaktik tədbirlərin inkişafı üçün çox vacibdir. Bir sıra tədqiqatlarda opportunist infeksiyalar zamanı immun...
THE FOUNDED OF NAKHCHIVAN AUTONOMOUS REPUBLIC: FROM PAST TO PRESENT
Abstract The Nakhchivan Autonomous Republic (NAR) stands as a testament to the intricate interplay of historical, ethnic, and geopolitical factors that have shaped the South Caucasus region. Established in 1924 amidst...