“RANSOMWARE” HÜCUMLARI KONTEKSTİNDƏ YOLUXMADAN SONRAKI BƏRPA STRATEGİYALARI

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 3

Abstract

Xülasə Araşdırmada məqsəd ən çox yayılmış kiberhücum olan “ransomware” (fidyə proqramı) hücumundan qorunma yollarını göstərmək və əsasən yoluxmadan sonra məlumatların bərpası prosesini detaylı şəkildə nümayiş etdirməkdir. Məqalə sürətlə təkamül edən və inkişaf edən “ransomware” hücumları, onların tarixi, təkamülü, mutasiya və inkişaf edib kompleks hal alması haqqında məlumat verməklə yanaşı eyni zamanda real həyatda baş vermir bəzi hücumlardan, bu hücumların nəticələrindən və qurbanların bu hücumlarla necə mübarizə apardığından da bəhs edir. ”Ransomware” proqramlarının işləmə prinsipindən, fidyənin necə ödənilməsindən və hansı yollarla qurbana fidyəni ödəməyə məcbur qoyduğu haqda məlumat verilir. Məqalə boyunca deşifrələmə proqramları, yedəkləmənin önəmi və nüsxələrin bərpası texnologiyaları, bərpa prosesinin mərhələləri, danışıqlar və etik mülahizələr, davranış analizi, DLP kimi müxtəlif “ransomware” hücumlarından qorunma yolları və yoluxmadan sonrakı bərpa prosesindən bəhs edilir. Bundan əlavə məqalədə şirkətlərin və təşkilatların “ransomware” hücumlarına qarşı nə dərəcədə hazır olduğunu araşdırılır və bu 4 səviyyəli şkalada dəyərləndirilir.

Authors and Affiliations

Hüseyn Abdullayev

Keywords

Related Articles

Uşaqlarda nekrotik enterokolitin etiologiyası və yayılması

Xülasə Məqalədə uşaqlarda nekrotik enterokolitin etiologiyası və yayılmasına dair qısa məlumatlar verilmiş və son illər bu problemin öyrənilməsi üzrə əldə edilən uğurlar və təcrübə paylaşılmışdır. Yenidoğulanlarda nek...

TƏHSİLDƏ SOSİAL MEDİA VƏ RƏQƏMSAL VASİTƏLƏRDƏN İSTİFADƏ

Bu gün yaşadığımız həyatı informasiya kommunikasiya texnologiyaları olmadan təsvir etmək qeyri-mümkündür. İlk öncə, informasiya kommunikasiya texnologiyalarının və sosial şəbəkələrin yaradılmasında əsas məqsəd müxtəlif i...

KARBON İZİ VƏ YAŞIL İQTİSADİYYATDA ONUN ƏHƏMİYYƏTİ

Xülasə Müasir dünyada karbon və yaşıl iqtisadiyyatın əhəmiyyətini qiymətləndirməmək olmaz. Karbon istixana qazları şəklində, iqlim dəyişikliyində və qlobal istiləşmədə böyük rol oynayır. Beləliklə, karbon emissiyaları...

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN TƏHSİL STRATEGİYASI TƏDRİSDƏ DİSTANT TƏHSİL

Bu gün ənənəvi tədris metodları internetdən, elektron kompüter şəbəkələrindən və telekommunikasiyadan istifadəyə əsaslanan yeni tədris metodları ilə tamamlanır. İnternet texnologiyalarına əsaslanan distant təhsil, teletə...

FOLKLOR VƏ ORTA ƏSRLƏR AZƏRBAYCAN ƏDƏBİYYATININ QARŞILIQLI ƏLAQƏLƏRİ

Xülasə Folklor və orta əsrlər Azərbaycan yazılı ədəbiyyatının qarşılıqlı əlaqələrinin nəzəri əsasları bir sıra araşdırmaların tədqiqat obyekti olmuş, müxtəlif istiqamətlərdə təhlil edilmişdir. Lakin folklor formul, o...

Download PDF file
  • EP ID EP748863
  • DOI 10.36719/2663-4619/100/292-298
  • Views 29
  • Downloads 0

How To Cite

Hüseyn Abdullayev (2024). “RANSOMWARE” HÜCUMLARI KONTEKSTİNDƏ YOLUXMADAN SONRAKI BƏRPA STRATEGİYALARI. Scientific Work, 18(3), -. https://europub.co.uk./articles/-A-748863