Şifahi akademik kommunikasiya
Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 10
Abstract
Xülasə Akademik kommunikasiya elmi ictimaiyyətdə istifadə olunan professional ünsiyyət növlərinin məcmusudur. Akademik kommunikasiyaya bakalavriatura, magistratura, doktorantura təhsil pillələrində, elmi seminar, təlim, konfrans və simpoziumlarda, elmi müzakirələrdə, dissertasiya müdafiələrində və s. istifadə olunan ünsiyyət aiddir. Akademik kommunikasiya – dinləyicilərə məqsədyönlü təsir göstərməyə hesablanmış, onların bu və ya digər elmi bölmə üzrə bilikləri mənimsəməsinə, yaxud qəbul etməsinə imkan yaradan peşəkar ictimai nitqin yaradılmasının qanunauyğunluqları və effektivliyinin şərtləri haqqında biliklər sahəsidir. Peşəkar nitq dedikdə, buraya pedaqoqun, alimin və b. nitqi, ictimai nitq dedikdə isə çoxsaylı auditoriyaya yönəlmiş nitq nəzərdə tutulur. İctimai nitqin növləri (akademik nitq, diplomatik nitq, məhkəmə nitqi və s.) və janrları (məruzə, mühazirə, çıxış, təşviqat nitqi və s.) ayırd edilir. Akademik kommunikasiya da şifahi və yazılı formada təzahür edir. Akademik kommunikasiyanın hər iki formasında mətn tərtib edilərkən Azərbaycan ədəbi dilinin elmi və ədəbi danışıq üslublarının normalarına, həmçinin akademik kommunikasiyanın beynəlxalq normaları və tələblərinə ciddi riayət olunmalıdır.
Authors and Affiliations
Sevinc Sadıqova
SUBBAKALAVR PİLLƏSİNDƏ PROSEDURAL BİLİYİN FORMALAŞDIRILMASINDA MƏŞĞƏLƏNİN ROLU
Xülasə Subbakalavr pilləsində prosessual biliklərin mənimsənilməsi təlimdən əhəmiyyətli dərəcədə təsirlənir. Məqsədli təlim və praktiki fəaliyyətlər vasitəsilə şagirdlər tapşırıqların yerinə yetirilməsi və müəyyən sah...
Hərbi sənaye və proqramlaşdırma
Xülasə Hərbi sənaye və proqramlaşdırma, dövlətlərin müdafiə qabiliyyətini artırmaq məqsədilə silahlar, avadanlıqlar və texnologiyalar istehsal edən sektordur. Proqramlaşdırma isə bu texnologiyaların işləməsi, idarə ed...
Tək lifli iki istiqamətli ötürmə üçün yeni texnologiyalar
Xülasə Fiber optik rabitə texnologiyası, məlumatların sürətli və az itki ilə ötürülməsini təmin edir. Ənənəvi genişzolaqlı ötürmə sistemləri ilə müqayisədə daha yüksək sürət və səmərəlilik təqdim edir. Optik liflər, n...
LOGİSTİK ƏMƏLİYYATLARIN YERİNƏ YETİRİLMƏSİNDƏ NƏQLİYYAT VƏ EKSPEDİTOR SİSTEMLƏRİNİN ROLU
Xülasə Məqalədə nəqliyyat və ekspeditor sistemlərinin fəaliyyətinin ümumi məsələləri araşdırılmış, yük axınları üçün effektiv nəqliyyat və anbar xidmətləri sisteminin qurulmasının əsasları tərtib edilmişdir. Malların...
MÜASİR DÖVR AZƏRBAYCAN HEYKƏLTƏRAŞLIĞINDA MİLLİ ƏNƏNƏLƏR
Məqalədə müasir dövr Azərbaycan heykəltəraşlığında milli ənənələrdən bəhs edilir. Müasir dövrdə yaradıcılıqlarında milli ənənələrə müraciət edən görkəmli heykəltəraşlarımız kifayət qədərdir. Bu mənada Əsgər Kərimovun “Mu...