SİYASİ PARTİYALARIN PARLAMENT SEÇKİLƏRİNDƏ FƏALLIĞI SİYASİ İŞTİRAKIN GÖSTƏRİCİSİ KİMİ
Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 5
Abstract
Xülasə Çağdaş demokratik sistemlərdə vətəndaşların idarəetmə sistemində yer alması əsas göstəricilərdən biridir. Vətəndaşların fərdi şəkildə hərəkət edərək öz siyasi məqsədinə çatması mümkün deyil. Fərdi iradələrini birləşdirərək, məqsədyönlü şəkildə istifadə edərək, onların əhəmiyyət qazandıran özünəməxsus təşkilatlara ehtiyac vardır. Belə təşkilatlar demokratik sistem üçün mühüm əhəmiyyət kəsb edən siyasi partiyalardır. Partiyalar müəyyən siyasi görüş və ideologiyalar fonunda birləşən vətəndaşların öz şəxsi qərarları ilə təşkil etdikləri və heç bir təsirə məruz qalmadan üzv olub, üzvlükdən imtina etdikləri qeyri-hökumət təşkilatlarıdır. Siyasi partiyalar fəaliyyət göstərdikləri ölkədə bir sıra funksiyaları ilə seçilən təşkilatlardır. Onlar vətəndaşların siyasi sosiallaşmasında, siyasi iştirakında, ictimai rəyin formalaşmasında əhəmiyyətli rola sahibdir. Siyasi partiyalar vətəndaşların siyasi iştirakını təcəssüm etdirən təşkilatlar olmaqla, demokratik rejimin əsas elementlərindən biridir. Bu məqalədə vətəndaşların siyasi iştirakı prosesində siyasi partiyaların rolu seçkilər fonunda tədqiq edilmişdir. Bu məqsədlə, siyasi partiyaların parlament seçkilərində iştirakına dair mövcud elmi ədəbiyyat təhlil edilmiş, seçki nəticələrindən istifadə edilməklə vətəndaşların siyasi iştirakının təminində siyasi partiyaların əhəmiyyəti müəyyən edilməyə çalışılmışdır. Məqalənin əsas elmi yeniliyi ondan ibarətdir ki, vətəndaşların siyasi iştirakının təmin edilməsində siyasi partiyaların rolunun parlament seçkiləri timsalında təhlili aparılmış, bu zaman Azərbaycan Milli Məclisinə seçkilər zamanı siyasi partiyaların iştirakına dair göstəricilərdən də istifadə edilmişdir. Tədqiqatın əsas nəticəsi ondan ibarətdir ki, demokratikləşmənin əsas göstəricilərindən biri kimi siyasi partiyaların sayı və onların parlament seçkilərində iştirak səviyyəsi mühüm əhəmiyyət kəsb etdiyi kimi, parlamentdə təmsil olunan partiyaların sayı da bu baxımdan diqqətəlayiq sayılır. Bu isə vətandaşların siyasətə marağına təsir edən başlıca amillərdən biridir.
Authors and Affiliations
Gülnar Rəhimova
Auditdə iqtisadi təhlil prosedurları və onların təkmilləşdirilməsi istiqamətləri
Xülasə Bu tədqiqat işi audit təcrübələrində iqtisadi təhlil prosedurlarının əhəmiyyətini araşdırır və onların təkmilləşdirilməsi üçün tövsiyələr verir. Auditdə iqtisadi təhlil təşkilatın fəaliyyətini, risklərin idarə...
MUZEYLƏRDƏ ARXEOLOJİ MATERİALLARIN ÖYRƏNİLMƏSİ
Xülasə Arxeoloq Mari Köniqin fikrincə, arxeoloji materiallar insan varlığı boyu baş verən dəyişən şərtlərin və təsirlərin əsas sübutudur. Köniq iddia edir ki, mövcudluğumuzun ilkin mərhələlərində, sənaye dövründən əvv...
ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATININ YARADILMASINI ZƏRURİ EDƏN AMİLLƏR
Xülasə “Ümumdünya Ticarət Təşkilatının yaradılmasını zəruri edən amillər” məqaləsində ÜTT-nin yaranmasına səbəb olan bir çox amillərdən bəhs edilir. Məqalə artan qlobal iqtisadiyyatın mürəkkəbliklərinin həllində Tarif...
XƏTTİ FƏZA, QRUP, HALQA VƏ MEYDAN ANLAYIŞLARININ ÖYRƏDİLMƏSİ METODİKASI
Xülasə Məqalə qrup, halqa və meydan anlayışlarının öyrədilməsi yollarına həsr olunub. Məlumdur ki, riyaziyyat elmi inkişaf edir. Müasir riyaziyyat qruplar nəzəriyyəsi üzərində qurulan cəbri sistemləri öyrənir. Ona gör...
TƏLİM PROSESİNDƏ EKOLOJİ TƏRBİYƏNİN TƏŞKİLİ
Xülasə Müasir dünyamızda son dərəcə böyük ekoloji problemlər mövcuddur. İnsanlar müxtəlif seçimlər qarşısında qalmışdır. Bunun nəticəsidir ki, respublikamızda ekoloji problemlərə diqqət xeyli artmış, bu mövzuya həsr o...