Təhsil paradiqmaları və tərbiyə problemləri
Journal Title: Scientific Research - Year 2025, Vol 5, Issue 2
Abstract
Məqalədə müasir təhsil pedaqogikasının əsasları əks etdirilir. Təhsil prosesində vacib olan nümunələr ön plana çəkilir, mühüm nümunələr vurğulanır. Müəllif tərbiyə prosesini insan həyatının mənası kimi qeyd edir. Qeyd olunur ki, müasir dövrdə pedaqogika elminin cəmiyyətin humanistləşməsində, inkişafında rolu böyükdür. İnsanlar cəmiyyətin problemlərini öyrənir və öz bilikləriə əsasən həll edirlər. Humanist nöqteyi-nəzərdən şagirdlərə insani münasibət, onun həyata hazırlığı nəzərdə tutulur. İnanmaq lazımdır ki, təhsil paradiqmasının mərkəzində hazır bilikləri mənimsəyən şagird deyil, reallığı dərk edən insan dayanır. Müəllim və şagird arasında dialoq, qarşılıqlı yaradıcılıq məsuliyyəti öndə durur. Müəllimin mühafizəkar funksiyası mühüm əhəmiyyət kəsb edir və onun mədəni, fiziki, psixi hazırlığı nəzərdə tutulur. Müəllif eləcə də uşaqlarda məsuliyyət hissinin formalaşmasına da xüsusi diqqət yetirir və bildirir ki, bu, müəllimin üzərinə düşən ən önəmli vəzifələrdir. Əsl nizam-intizam hər bir insanın öz daxilində olmalıdır. Bütün bu deyilənlərə istinad edilərək pedaqogika elminin nə qədər əhəmiyyətli olması bir daha nəzərimizə çatdırılır.
Authors and Affiliations
Səbinə Qasımova
AZƏRBAYCAN RESPUBLİKASINDA TƏTBİQ OLUNAN KİBERTƏHLÜKƏSİZLİK VƏ ONUN MÜDAFİƏ METODLARI
Xülasə Son illərdə planetimizdə bütün qabaqcıl infrastruktur və istehsal-xidmət sahələri informasiya texnologiyaları vasitəsilə idarə olunur və bu tendensiya daha da artır. Hətta artıq müasir döyüş texnologiyalarını b...
EVRİPİDİN “MEDEYA” FACİƏSİNDƏ MEDEYA ÖZÜNÜTƏSDİQ MÜCƏSSƏMƏSİ KİMİ
Xülasə Məqalədə Medeya obrazı, onun öz övladlarını öldürməsi məsələsinə diqqət edilir. Evripidin eyni adlı əsərinə istinad edərək qəhrəmanın daxili aləmi, qəlb ağrıları, səmimi etirafları təsvir edilir. Obrazın psixol...
FİBER OPTİK RABİTƏ SİSTEMİNİN İNKİŞAFI, TƏRKİBİ VƏ XÜSUSİYYƏTLƏRİ
Xülasə Fiber optik rabitə müasir rabitə şəbəkələrinin əsas ötürmə vasitəsidir. Onun inkişaf tarixi cəmi bir və ya iki onillikdir. O, üç nəsil yaşayıb: qısa dalğalı multimod lifi, uzun dalğalı multimod lifi və uzun dal...
Gələcək müəllimlərin peşə hazırlığına verilən psixoloji tələblər
Xülasə Məqalədə müəllim hazırlığının psixo-pedaqoji məsələləri və bu mövzuda aparılan tədqiqatlar diqqətə alınır. Müəllim hazırlığı prosesində yaranan çətinliklər bir sıra amillərlə bağlıdır. Bu amillər arasında müxtə...
XİDMƏT SAHƏLƏRİNDƏ İŞÇİ LAYİHƏLƏRİNİN AVTOMATLAŞDIRILMASI
Xülasə Avtomatlaşdırma hər hansı bir işin insan tərəfindən deyil, özü nizamlanan, texniki vasitələrdən istifadə edən və riyazi metodlara əsaslanan prosesdir. Avtomatlaşdırma əmək məhsuldarlığını yüksəltməyə, məhsulun...