TELEKOMMUNİKASİYA ŞƏBƏKƏLƏRİNDƏ MƏLUMATLARIN TƏHLİLİ HAQQINDA
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 12
Abstract
Xülasə Məqalədə telekommunikasiya şəbəkələri və telekommunikasiyanın növləri haqqında ətraflı məlumat verilir. Qeyd edək ki, müasir dövrdə texnologiyanın inkişaf etdiyi bir zamanda telekommunikasiya şəbəkələrinin tədqiqinə böyük ehtiyac duyulur. Hal-hazırda texnologiya o qədər sürətlə inkişaf edir ki, mövzu ilə bağlı ədəbiyyatla tanış olmaq həddən artıq çətindir. Bu nöqteyi nəzərdən telekommunikasiyanın xidmət növləri olan simli, simsiz və peyk növləri haqqında ətraflı bilgi əldə olunması həyatımızın reallığına çevrilmişdir. Yaxın keçmişdə çox kiçik diafraqma terminalı (VSAT) olan peyk texnologiyasına böyük diqqət yetirilirdi. Bu sistemlərdə diametric 1-4 m olan antenalardan istifadə edən yer stansiyaları terminalları mövcuddur. Dünyanın çətin relyefli yerlərində əlaqə təhlükəsizliyi problemi yarandıqda, adətən mikrodalğalı radio sistemlərinə üstünlük verilir.
Authors and Affiliations
Sərdar Qasımov, Aygün Babazadə
TURİZM VƏ REKREASİYA İMKANLARININ QİYMƏTLƏNDİRİLMƏSİ PROBLEMLƏRİ
Xülasə Turizm və istirahət bir çox ölkələrin iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edir, çünki onlar məşğulluq imkanları yaradır, gəlir gətirir və yerli inkişafa töhfə verir. Bununla belə, turizm və rekreasiya resu...
İNGİLİS DİLİNİN FONEM TƏRKİBİNİN TARİXİ VARİASİYASI: SƏS QANUNU ANLAYIŞI
Xülasə Dilin inkişafını izləmək heç də asan deyil. Nəzəri və metodoloji elmi əsasların daim yenilənməsi zəruri olsa da, müasir elmdə bu problemə çox vaxt kifayət qədər diqqət yetirilmir. Bütövlükdə dilin mövcud vəziyy...
TƏDRİS PROSESİNDƏ TEXNOLOGİYANIN İNTEQRASİYASI VƏ ONA VERİLƏN TƏLƏBLƏR
Xülasə Texnologiyanın təhsil prosesinə inteqrasiyası müasir təhsildə mühüm rol oynayan transformasiyanı təmsil edir. Bu inteqrasiya tələbələrin daha effektiv öyrənməsinə, müəllimlərin daha effektiv tədris yanaşmasına...
Yeni model biznes infrastrukturlarının əsas komponentlərinə baxış
Sabit biznes infrastrukturu idarə olunan, gəlirli artımı təmin etmək üçün lazım olan bütün insan resurslarının, proseslərin və digər əməliyyat vasitələrinin düzgün əlaqələndirilməsini təmin edir. Bu, gözlənilməz böyümə...
AZƏRBAYCAN RESPUBLİKASININ MÜLKİ PROSESSUAL QANUNVERİCİLİYİNDƏ PROSES İŞTİRAKÇILARININ HÜQUQİ VƏZİYYƏTİ
Tərəflərin anlayışını müəyyənləşdirmək problemi hüquq sahəsində mütəxəssislərin ən çox diqqətini cəlb edir ki, problemlərin özü çox genişdir, mübahisəli xarakter daşıyır və həm məhkəmə icraatının mahiyyəti, həm də iddia...