TRACECA və Böyük İpək Yolu: Azərbaycan vasitəsilə Qafqaz və Avropa-Asiya əlaqələri

Journal Title: Ancient Land - Year 2025, Vol 7, Issue 3

Abstract

TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) tarixi "Böyük İpək Yolu"nun bərpasını və inkişafını hədəfləyən mühüm nəqliyyat və ticarət layihəsidir. Bu təşəbbüs Avropa ilə Asiya arasında ticarət və logistika əlaqələrinin gücləndirilməsində strateji rol oynayır. TRACECA layihəsi, region ölkələrinin nəqliyyat infrastrukturunun modernləşdirilməsi və tranzit potensialının artırılması baxımından əhəmiyyətli bir platformadır. Digər tərəfdən, Çin Xalq Respublikası tərəfindən irəli sürülən "Bir Kəmər, Bir Yol" təşəbbüsü isə daha geniş miqyasda qlobal ticarət marşrutlarının bərpasını nəzərdə tutur və bu kontekstdə TRACECA ilə müəyyən dərəcədə paralellik təşkil edir. Azərbaycan, hər iki böyük təşəbbüs çərçivəsində mühüm tranzit ölkə kimi çıxış edir. Ölkənin geostrateji mövqeyi, Xəzər dənizi üzərindən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ilə seçilir. TRACECA və "Böyük İpək Yolu"nun bərpası bir-birini tamam­layan layihələr kimi Qafqaz regionunda nəqliyyat infrastrukturunun inkişafına və beynəlxalq ticarət marşrutlarının şaxələndirilməsinə mühüm töhfələr verir. Bu proses, eyni zamanda, Azərbaycanın iqtisadi inkişafına, regional əməkdaşlığın gücləndirilməsinə və enerji resurslarının dünya bazarına çıxışının genişləndirilməsinə imkan yaradır. Beləliklə, TRACECA və "Böyük İpək Yolu" layihə­lərinin bərpası Azərbaycan üçün həm iqtisadi dividendlər, həm də strateji üstünlüklər təmin edən mühüm beynəlxalq təşəbbüslərdən biridir.

Authors and Affiliations

Bahar Şirinova

Keywords

Related Articles

Bankların maliyyə möhkəmliyinin təhlilinin nəzəri-metoroloji aspektləri

Xülasə Məqalənin məqsədi kommersiya banklarının maliyyə sabitliyinin mahiyyətini, qiymətləndiril­məsinin göstəricilər sistemini öyrənmək və əsaslandırmaq, həmçinin onların üstünlüklərini və çatış­mazlıqlarını müəyyən...

ASSESSMENT OF SYSTEMIC RISKS IN THE FINANCIAL SYSTEM OF AZERBAIJAN

Abstract This article undertakes an in-depth examination of systemic risks pervasive within the financial system, employing a multidimensional approach to assess and mitigate potential vulnerabilities. Systemic risk,...

Bədii mətnlərdə üslubi fiqurların rolu

Xülasə Məqalədə fransız dilində yazılmış bədii mətnlərdə ən çox istifadə olunan üslubi fiqurlardan bəhs olunur. Elmi, publisistik mətnlərdən fərqli olaraq bədii mətn daha rəngarəngdir. Bədii mətnlər daha zəngin dil xü...

TİKİNTİ TƏŞKİLATINA İNVESTİSİYA QOYULUŞUNUN TƏHLİLİ

Xülasə Məqalədə tikinti sənayesinə sərmayə qoyuluşu üçün inkişaf edən imkanlardan bəhs edilir, böyüməyə təkan verən və investorları cəlb edən əsas amillər vurğulanır. Qlobal tikinti bazarının əhəmiyyətli genişlənməsin...

Rəqəmsal mədəniyyətin çoxşaxəli strukturunun nəzəri təhlili: mozaik, piksel və multifraktal mədəniyyət

Məqalədə müasir dövr sosio-mədəni mühitin transformasiyası: mozaik, piksel və multifraktal mədəniyyət haqqında elmi-nəzəri araşdırmalar aparılmış, cəmiyyət daxilində mədəni elementlərin mürəkkəbliyi və dinamik qarşılıqlı...

Download PDF file
  • EP ID EP763808
  • DOI 10.36719/2706-6185/45/223-226
  • Views 7
  • Downloads 0

How To Cite

Bahar Şirinova (2025). TRACECA və Böyük İpək Yolu: Azərbaycan vasitəsilə Qafqaz və Avropa-Asiya əlaqələri. Ancient Land, 7(3), -. https://europub.co.uk./articles/-A-763808