TURİZMDƏ İSTEHLAKÇI DAVRANIŞLARININ QƏRAR QƏBULUNA TƏSİRİ

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 5

Abstract

Xülasə İstehlakçı davranışına təsir edən amillər İnsanlar həm şəxsi həyatlarının, həm də peşəkar fəaliyyətlərinin hər mərhələsində daim qərarlar qəbul etməli olurlar. İstehlakçı davranışı fərdlərin, məhsul və xidmətlərin satınalınması ilə bağlı qərarlarını özündə ehtiva edən mürəkkəb bir prosesdir. Ümumiyyətlə, bu proses istehlakçıların satınalma ilə bağlı qərar qəbul etmələrini təmin etmək üçün əsas çərçivəni təyin edir. İstehlakçı bu prosesdən keçərkən, müxtəlif amillərlə, o cümlədən mədəni təsirlər, sosial mühit, şəxsi xüsusiyyətlər və psixoloji vəziyyət kimi amillərlə qarşılıqlı əlaqədə olur. Bu amillər istehlakçıların seçimlərinə, dəyərlərinə və satın alma qərarlarına öz təsirlərini göstərə bilərlər. Qərar onun keçmişlə davranışını və gələcəyə təsiredici nəticələrini əks etdirir. Gələcək, qərar qəbulu ilə bağlı bütün tədqiqatların əsasını təşkil edir. Çünki, gələcək qeyri-müəyyənliklərlə doludur. Qərar verən şəxs gələcəyin şərtlərini artıq bu gündən təxmin edir. Bu təxminə əsasən qərarverən qeyri-müəyyənliyi aradan qaldırmaqla doğru qərarlar verə bilər. Qərar nəticəsi bəlli olmayan gələcək hadisələri yaradan fəaliyyət formasıdır (Dinçer, Fidan, 1996). Beləki, qərar gələcəyə yönəlmiş bir hərəkətdir və davranışla birbaşa əlaqəlidir (Tosun, 1986). Bazarın qloballaşmasının meydana çıxması, alternativ məhsulların artması və pərakəndə satış kanallarının daha sürətli bir şəkildə reklam olunması istehlakçıların qərar vermələrini getdikcə çətinləşdirir (Wash, 2001). Yüksək səviyyədə inkişaf etmiş marketinq mühitinin formalaşması firmaların rəqabətdə üstünlüy əldə etmələrinin çıxış yolunu məhz istehlakçının psixologiyasını nəzərə almaqda və birdə istehlakçının bu və ya digər qərarı qəbul etməsinin səbəbini anlamaqda görür. Marketinqin strukturunu və məzmununu kompleks şəkildə müəyyən edən istehlakçıdır.

Authors and Affiliations

Nicat Əlicanov

Keywords

Related Articles

MÜƏSSİSƏLƏRDƏ AGİLE TRANSFORMASİYASININ TƏTBİQİ ÇƏTİNLİKLƏRİ VƏ HƏLL YOLLARI

Xülasə Agile metodologiyasının təcrübədə tətbiqi, idarəetmə, innovasiya və adaptasiya strategiya­larında dönüş yaradan bir yanaşma olaraq qəbul edilir. Digər bir tərəfdən Agile metodologiyasının tətbiqi, müəssisələrin...

ƏLAVƏ DƏYƏR VERGİSİNİN AZƏRBAYCAN RESPUBLİKASINDA TƏTBİQİ TARİXİ VƏ BU SAHƏDƏ APARILMIŞ İSLAHATLARA DAİR

Xülasə Dəyər vergisi Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə müəyyən edilmiş dolayı vergi növlərindən biri olan əlavə dəyər vergisi 1992-ci ildən tətbiq edilir. Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasə...

ABŞ‒Çin rəqabətinin hücum realist perspektivindən təhlili

Xülasə Cənubi Çin dənizi zəngin enerji ehtiyatlarına və strateji dəniz ticarət yollarının kəsişməsində yerləşməsinə görə qlobal geosiyasi tarazlıqlarda mühüm rol oynayır. Regionda təhlükəsizlik narahatlıqları və müxtə...

BƏRPA OLUNAN ENERJİ PROFİLİ VƏ 2023 HƏDƏFLƏRİ: TÜRKİYƏ TİMSALINDA

Son illərdə sosial və iqtisadi inkişafın təbii nəticəsi olaraq ortaya çıxan qlobal enerji tələbatının sürətlə artması və məhdud enerji mənbəyi olan qalıq yanacaqların yaxın gələcəkdə tükənəcəyi ilə bağlı narahatlıqlar və...

YAŞIL TƏCHİZAT ZƏNCİRİNİN İDARƏ OLUNMASI

Xülasə Yaşıl Təchizat Zəncirləri ekoloji cəhətdən təmiz şəkildə qlobal miqyasda məhsulların istehsalına və paylanmasına zəmanət verən logistik strukturlar kimi görünə bilər. Bu məqsədə çatmaq üçün şirkətlər mənfəət və...

Download PDF file
  • EP ID EP748395
  • DOI 10.36719/2663-4619/102/133-138
  • Views 49
  • Downloads 0

How To Cite

Nicat Əlicanov (2024). TURİZMDƏ İSTEHLAKÇI DAVRANIŞLARININ QƏRAR QƏBULUNA TƏSİRİ. Scientific Work, 18(5), -. https://europub.co.uk./articles/-A-748395