TÜRKİYƏNİN İĞDIR VƏ QARS BÖLGƏLƏRİNİN FOLKLORUNDA UNUDULMUŞ MÖVSÜM MƏRASİMLƏRİ

Journal Title: Ancient Land - Year 2024, Vol 6, Issue 4

Abstract

Xülasə Məqalədə Türkiyənin İğdır və Qars bölgələrində qədim zamanlarda keçirilən mövsüm mərasimlərindən bəhs edilir. Tədqiqatın əsas məqsədi araşdırmaya cəlb edilən mərasimlərin səciyyəvi xüsusiyyətlərini və müasir dövrümüzdə icra edilməsi və ya unudulmasını ortaya çıxarmaqdır. Tədqiqata məhz bu bölgələrin cəlb edilməsinin əsas səbəbi bölgənin folklorik xüsusiyyətləri baxımından zəngin olması və müasir dövrdə də müəyyən mənada bu xüsusiyyətlərin qorunub saxlanılmasıdır. Araşdırma zamanı məlumat toplama vasitəsi kimi müvafiq mənbələrdən, internet reasusrlarından məlumatlar əldə olunmuş, eyni zamanda müsahibə metodundan istifadə edilmişdir. İnformatorlardan əldə edilən məlumatlar elmi ədəbiyyatlarda yazılanlara daha yaxşı işıq tutmaq üçün önəmli vasitə olmuşdur. Tədqiqatda əsas problem olaraq İğdır və Qarsda icra edilən mövsüm mərasimləri və bu mərasimlərdə ifa olunan nəğmələrin əsas xüsusiyyətləri nəzərdən keçirilir. Qədimdə icra edilən mərasimlərdən “Kepşegelin”, “Üzərliksalma”, “Dodu”, “Musalla”, “Hıdır Ellez” kimi mövsüm mərasimləri Azərbaycan türklərinin yaşam tərzində önəmli yeri olan ayinlər olmuşdur. İğdır-Qars bölgəsinin folklorunun, xüsusən məişət və mərasim ayinlərində istifadə edilən ayrı-ayrı janrların dil, forma, ifa üslubları onların musiqi ilə sıx bağlı olmasını üzə çıxarır. Ona görə də bu bölgələrin, ümumiyyətlə götürüldükdə Türkiyənin Şərq bölgəsinin zəngin və rəngarəng ənənəvi mədəniyyətinin araşdırılıb üzə çıxarılmasında folklorun öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.

Authors and Affiliations

Günay Məmmədova

Keywords

Related Articles

Mollanəsrəddinçi şair Mirzə Məhəmməd Axundov

Xülasə XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ictimai, mədəni, ədəbi-bədii mənzərəsinin daha dərindən və əhatəli şəkildə mənimsənilərək dərk edilməsi naminə Mirzə Məhəmməd Axundovun həyat, fəaliyyət və ədəbi-bə...

MUSİQİNİN METAFİZİKASI YOXDUR

Xülasə Musiqinin, metafizikanın əksinə olaraq, insan vücudunda yeyib-içməyə, intim əlaqəyə və s. yaranan ehtiyac kimi baş qaldırması, ikincinin hər kəsdən üstün təfəkkür, ali şüur tələb edən ayrı bir mövcud dünyada ya...

AZƏRBAYCAN-TÜRKİYƏ STRATEJİ MÜTTƏFİQLİYİNİN REGİONAL TƏHLÜKƏSİZLİK BAXIMINDAN ƏHƏMİYYƏTİ

Xülasə Cənubi Qafqaz dünyanın etnik baxımdan ən mürəkkəb regionu olması etibarilə, etno-siyasi münaqişələr hər zaman mövcud olmuşdur. Bu isə bölgəyə marağı olan xarici qüvvələrin daha rahat hərəkət etmələrinə şərait y...

CURRENT CHALLENGES IN IMPLEMENTATION OF INTERNATIONALIZATION AND GLOBALIZATION IN K-12 EDUCATION SYSTEM

Abstract Over the last decades, education has gone through rapid social, economic, and political changes due to the process of modernization and socio-economic factors. The two factors of evolution in education are in...

İQTİSADİ SİSTEMLƏRDƏ QEYRİ-MÜƏYYƏNLİK ANLAYIŞI VƏ ONUN QİYMƏTLƏNDİRİLMƏSİ

Xülasə İqtisadi sabitlik ölkə iqtisadiyyatını müəyyən etmək üçün istifadə olunan inflyasiya dərəcəsi, faiz dərəcəsi, valyuta məzənnəsi, daxili və xarici ticarət balansları, iqtisadi artım, borclanma, resurs təchizatı...

Download PDF file
  • EP ID EP748711
  • DOI 10.36719/2706-6185/34/6-11
  • Views 41
  • Downloads 0

How To Cite

Günay Məmmədova (2024). TÜRKİYƏNİN İĞDIR VƏ QARS BÖLGƏLƏRİNİN FOLKLORUNDA UNUDULMUŞ MÖVSÜM MƏRASİMLƏRİ. Ancient Land, 6(4), -. https://europub.co.uk./articles/-A-748711