Ümumtəhsil məktəblərinin V siniflərində “Natural ədədlər. Say sistemləri. Çoxrəqəmli ədədlər” mövzusu üzrə materialların mənimsədilməsi texnologiyası

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 8

Abstract

Xülasə Məqalədə ümumtəhsil məktəblərinin V siniflərində riyaziyyat fənninin məzmununda özünə yer alan “Natural ədədlər. Say sistemləri. Çoxrəqəmli ədədlər” mövzusu üzrə materialların tədrisi prosesində şagirdlərin subyektinə çevrilməsi nəzərdə tutulan bacarıqların mündəricəsi təqdim edil­mişdir. Sözügedən bacarıqların formalaşmasında “imkandaşıyıcılıq funksiyası”nı daşıyan məzmun elementlərinin “Natural ədədlər. Say sistemləri. Çoxrəqəmli ədədlər” mövzusunda mövcudluğuna və bunların şagirdlərin idrakında hərəkət halına gətirilməsi (“hərəkət-imkan-yeni keyfiyyət” paradiqmasına adekvat) texnologiyasına diqqət yönəldilir. “Natural ədədlər. Say sistemləri. Çoxrəqəmli ədədlər” mövzusunda transformasiya olunan elementlərin “Sistem-struktur” dialektik yanaşmaya əsaslanmaqla “Say sistemləri, Çoxrəqəmli ədədlər”, “Çoxrəqəmli ədədlərin yuvarlaqlaş­dırılması”, “Natural ədədlər və ədəd oxu”, “Çoxluqlar. Venn diaqramının tətbiqi ilə məsələ həlli”, “Natural ədədlər üzərində toplama və çıxma”, “Vurma əməli və onun xassələri”, “Yuvarlaq ədəd­lərlə vurma. Təxmini hasil”, “Çoxrəqəmli ədədlər üzərində vurma əməli”, “Çoxrəqəmli ədədlər üzərində bölmə əməli”, “Əməllər sırası” altmövzuları üzrə sistem halına gə-tirilməsi məqsədəuyğun sayılır. Diqqətə çatdırılır ki, şagirdlər tərəfindən təqdim olunan məzmun elementlərinin mənimsənil­məsi üçün tədris prosesinin təşkili və idarə edilməsi vasitəsi rolunu oynayan tapşırıqlar (sual, məsələ, çalışma) sistemi mövzularda icrası tələb olunan feilləri ehtiva etməlidir. İşin məzmununda həmin qəbildən olan tapşırıq nümunələri özünə yer alır.

Authors and Affiliations

Firədun İbrahimov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı pedaqoji elmlər doktoru Mehriban Kərimova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı

Keywords

Related Articles

COVID-19 QLOBAL SƏVİYYƏDƏ JURNALİSTLƏRİN ROLUNU NECƏ ORTAYA QOYDU

Məqalə COVID-19 zamanı jurnalistlərin fəaliyyətinin önəminə həsr edilmişdir. Burada COVID-19 pandemiyasının dünya ölkələri üzərində yaratdığı təsirlər, COVID-19-un səhiyyə təhlükəsizliyi problemini ortaya çıxarması koron...

AUDİT FƏALİYYƏTİNİN TƏNZİMLƏNMƏSİNİN HÜQUQİ-NORMATİV ƏSASLARI

Xülasə Bazar münasibətlərinə keçidlə Azərbaycan Respublikasında müstəqil auditor xidmətinin formalaşması prosesi başlanmışdır. Bu prosesin əsasını etibarlı maliyyə və uçot informasiyalarına dövlətin, müəssisə rəhbərlə...

VƏKİL ARAŞDIRMASINDA XÜSUSİ BİLİKLƏRİN TƏTBİQİ MƏSƏLƏLƏRİ

Xülasə “Vəkillər və vəkillər fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi vəkillərin hüquqlarını tənzimləyir və ədalət mühakiməsinin əsas prinsiplərini müəyyən edir. Vəkillər müstəqillik prinsi...

HYBRID WARFARE: HOW TO DEFINE AND COUNTER?

Abstract The main aim of this paper is to analyze hybrid warfare, its characteristics and components, and the challenges that states face in their struggles with it. The paper also proposes several ways to counter hyb...

AZƏRBAYCANDA TURİZM SƏNAYESİ PERSPEKTİVİNDƏ DÖVLƏT SİYASƏTİ

Xülasə Azərbaycanın turizm sənayesi son illərdə ölkənin canlı turizm məkanı kimi tanıdılmasına yönəlmiş əlverişli dövlət siyasəti nəticəsində əhəmiyyətli artımın şahidi olmuşdur. Azərbaycan hökuməti infrastrukturun...

Download PDF file
  • EP ID EP747393
  • DOI 10.36719/2663-4619/105/9-15
  • Views 35
  • Downloads 0

How To Cite

Firədun İbrahimov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı pedaqoji elmlər doktoru Mehriban Kərimova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı (2024). Ümumtəhsil məktəblərinin V siniflərində “Natural ədədlər. Say sistemləri. Çoxrəqəmli ədədlər” mövzusu üzrə materialların mənimsədilməsi texnologiyası. Scientific Work, 18(8), -. https://europub.co.uk./articles/-A-747393