ÜMUMTÜRK ƏDƏBİYYATINDA “DASTAN” ANLAYIŞI
Journal Title: ULUSLARARASI TÜRK LEHÇE ARAŞTIRMALARI DERGİSİ - Year 2019, Vol 3, Issue 1
Abstract
Dastançılıq xalqın bir neçə əsrlik milli-məişət həyatını gözəllik və əlvanlığı, təzad və ziddiyyətləri ilə özündə əks etdirən öncül bədii düşüncənin məhsuludur. Epik ənənə sadə təhkiyəçilikdən peşəkar ifaçılığa qədər inkişaf yolu keçmiş, milli dastan yaradıcılığı üçün erkən zəmin hazırlamışdır. Tədqiqatçılar mif formulalarını “qədim türk dastanı” vahidi kimi qəbul edib, dastan mətni kimi tədqiqata cəlb edirlər. Qədim türkün epik təfəkküründə daha qüdrətli bir yaradıcılıq ənənəsi –xalq nəsri formalaşmışdı. Baxşı yaradıcılığının yekunu kimi Mərkəzi Asiya eposu yaddaşda hələ yekunlaşıb başa çatmamışdır. Bu regionun eposçuluq ənənəsindəki epik-romantik yaradıcılıq üslubu sonrakı dövr dastan yaradıcılığı üçün eyni, oxşar və analoji koordinatlarda davam etməkdədir. “Dastan” sözü çoxmənalı söz kimi bacarıq, məharət, hiylə nümayiş etdirən, həm də qəhrəmanlıq, sevgi macərasını əks etdirən əhvalat deməkdir. Bir istilah kimi bu söz musiqi havası, melodiya və b. mənalarda işlənməkdədir. Qədim türk dastanı əsasən e.ə I minilliyin ortalarında meydana çıxmışdır. Lakin epos ənənəsinə uyğun olaraq, daha qədim dövrlərin hadisələri, ictimai, etnik, estetik əhval-ruhiyyəsi də onlarda öz əksini tapmışdır. Məqalədə türk epos mədəniyyətinin üç mərhələsindən ( Qədim, Orta əsrlər, Yeni dövr türk epos mədəniyyətindən bəhs olunur. Türk-oğuz epik ənənəsinin əsas daşıyıcısı olan oğuznamələrin erkən orta çağlardan başlayaraq Şərq-islam konteksti daxilində öz əvvəlki fəal tarixi mövqeyini itirdiyi vurğulanır.
Authors and Affiliations
Aynur SEFERLİ
HIRSIZLAR VE HIRSIZLIK OLAYLARI KARŞISINDA NASREDDİN HOCA
Hırsızlık, sevilen bir durum olmasa da sosyal hayatta her zaman karşılaşılan bir olaydır. Bu konu, olumsuz özellikleriyle halk edebiyatına da girmiş ve masallardan efsanelere, fıkralardan manilere, atasözlerine kadar bir...
IGNÁC KÚNOS`UN ANADOLU HALK EDEBIYYATINA VE DILBILIMINE KATKILARI
Ignác Kúnos bütün hayatını Türk Halk Edebiyatının derlenmesine, unutulmuş lehçe ve diyalektlerinin öğrenilmesine adamış Yahudi asıllı Macar Türkologdur. Onun sayesinde Anadolu’nun birçok bölgesinin folkloru, gelenekleri,...
KIRGIZ AİLE VE SOSYAL - KÜLTÜREL HAYATINDA KADIN
Kültür; bir toplumun geçmişi, bugünü ve geleceğidir; o topluma ait yaşanmışlıklar birikimidir. Bu birikimin nesiller arası devamlılığında toplumun bir parçası olan kadının önemli olduğu inkâr edilemez bir gerçektir. Kadı...
ORTAK DİL OLARAK TİNLEMLER (EMOJİLER)
Çalışmada tinlemlerin nerede ve nasıl ortaya çıktığına, nasıl geliştiğine, hangi alanlarda yer aldığına, Japonya`daki yerine, sınıflandırılmasına, dünya genelindeki kullanımına ve Türkiye`deki kullanım istatistiklerine y...
KUTADGU BİLİG NEŞRİNDEKİ BİRKAÇ KELİME HAKKINDA (Ayıŋla- ve Tak
Kutadgu Bilig’in neşredilmesinin üzerinden 70 yıl geçmiştir. Bu zaman zarfında neşir ve neşrin dizini hakkında birçok yeni okuma ve anlamlandırma teklifi sunulmuştur. Kutadgu Bilig’in ilmî neşri 1947’de Reşit Rahmeti Ara...