ÜRƏYİN İŞEMİYA XƏSTƏLİYİNİN İNKİŞAFININ RİSK AMİLLƏRİ

Journal Title: Nature & Science - Year 2023, Vol 5, Issue 11

Abstract

Məqalədə ürəyin işemiya xəstəliyinin inkişafının risk amillərin epidemiologiyasına dair qısa məlumatlar verilmiş, son illər bu xəstəliklərin öyrənilməsi üzrə əldə edilən uğurlar və təcrübədə risk amillərin aşkar edilməsi paylaşılmışdır. Ürəyin işemiya xəstəliyi (ÜİX) daxili xəstəliklər klinikasında başlıca problem sayılır və XXI əsrin epidemiyası kimi xarakterizə olunur. Müxtəlif yaş qruplarında insanların ürəyin işemiya xəstəlikləri ilə xəstələnməsinin tezliyinin getdikcə artması, iş qabiliyyətinin itirilməsinin yüksək payı, həmçinin onun letallığının aparıcı səbəblərindən biri olması buna zəmin yaradır. Əhalinin ürək-damar xəstəlikləri, o cümlədən stenokardiya və miokard infarktı ilə xəstələnmənin çoxillik dinamikasının təhlili onların sayının artmasına doğru cüzi meyllik aşkar etmişdir. Əhalinin ürək-damar xəstəliklərinin insidentliyi nəzərə çarpan regional fərqlərə malikdir ki, bu da çoxsaylı amillərlə bağlıdır. İndi artıq ənənəvi olaraq risk amilləri adlandırılan tam bir sıra amillər kifayət qədər məlumdur ki, onlar həqiqətən ÜİX-dən xəstələnmə və ölüm riskini artırırlar.

Authors and Affiliations

İbadulla Ağayev, Xatirə Xələfli, Məhərrəm Niftullayev, Bayram Əsədov, Dəstə Qasımova

Keywords

Related Articles

BÖYÜK QAFQAZIN CƏNUB-ŞƏRQ YAMACINDA ANTROPOGEN TRANSFORMASİYANIN QİYMƏTLƏNDİRİLMƏSİ

The article assesses the anthropogenic transformation of the southern slope landscape complexes of the Greater Caucasus. In this case, the location of settlements in the landscape (in%), population density (people / km2)...

TİRƏYƏ SƏPİN ÜSULU VƏ MULÇALAMA TEXNOLOGİYASININ QARĞIDALI BİTKİSİNİN MƏHSULDARLIĞINA VƏ MƏHSULUN QURULUŞ ELEMENTLƏRİNƏ TƏSİRİ

Xülasə Qarğıdalının məhsuldarlığına iqlim dəyişikliyi fonunda bəzi stress faktorları (temperaturun artıqlığı və nəmlik çatışmazlığı) neqativ təsir göstərir. Məqalədə qlobal istiləşmə fonunda qarğıdalı bitkisinin ekstr...

DƏNİZ SUYUNDA BAĞIRSAQ ÇÖPÜ BAKTERİYALARININ, ŞƏRTİ PATOGEN E.COLI BAKTERİYASININ VƏ ENTEROBAKTERİYANIN TƏYİNİ

Təqdim olunan məqalənin əsas məqsədi dəniz suyundan götürülmüş nümunədə bağırsaq çöpü bakteriyalarının, şərti patogen E.coli bakteriyasının və Enterobakteriyanı müəyyənləşdirməkdir. Proses Azərbaycan Respublikası Ekologi...

NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA SARKOSPORİDLƏRİN TƏDQİQİ

Xülasə Məqalədə sarkosporidilərin kənd təsərrüfatı heyvanlarını yoluxdurması, fermer təsərrüfatlarına xeyli ziyan vurması və məhsuldarlığın aşağı düşməsi qeyd edilir. Sarkosporidioz xəstəliyinin Naxçıvan Muxtar Respub...

CƏMDƏYİN SORTLARA GÖRƏ PARÇALARA BÖLÜNMƏSİ

Xülasə Cavan heyvanların əzələ toxumasının rəngi yaşlılara nisbətən açıqdır. Heyvanın əzələ toxumasının rəngi onun növündən də asılıdır. Əzələ toxumasının rənginin qırmızılığı müxtəlif tündlükdə olur. Qırmızı rəngin tün...

Download PDF file
  • EP ID EP753397
  • DOI 10.36719/2707-1146/38/7-11
  • Views 28
  • Downloads 1

How To Cite

İbadulla Ağayev, Xatirə Xələfli, Məhərrəm Niftullayev, Bayram Əsədov, Dəstə Qasımova (2023). ÜRƏYİN İŞEMİYA XƏSTƏLİYİNİN İNKİŞAFININ RİSK AMİLLƏRİ. Nature & Science, 5(11), -. https://europub.co.uk./articles/-A-753397