Xarici dilin öyrənilməsi zamanı yaranan çətinliklərin psixoloji və koqnitiv aspektlərdən təhlili

Journal Title: Scientific Research - Year 2025, Vol 5, Issue 1

Abstract

Xarici dilin mənimsənilməsi bir çox aspektləri əhatə edən çoxşaxəli və bir o qədər də mürəkkəb bir prosesdir. Bu proses zamanı təbii hal kimi hədəf dilin fonetikası, lüğət və qrammatikasını mənimsəməkdə və eyni zamanda kommunikativ dil normalarına uyğunlaşmaqda bir sıra problemlər yaranır. Bu məqalədə meydana çıxan həmin çətinliklərin araşdırılması və onların koqnitiv və psi­xoloji cəhətdən təhlili məsələləri yer almışdır. Koqnitiv aspektdən yaş, yaddaş və idrak məsələləri, fonoloji məsələlər, ana dilinin müdaxiləsi və bu zaman ortaya çıxan qrammatik və leksik fərqliliklər nəzərdən keçirilmişdir. Psixoloji nöqteyi-nəzərdən problem motivasiya və bir sıra digər emosional vəziyyətlərin təhlil edilməsilə araşdırılmışdır. Belə qənaətə gəlmək olar ki, yeni xarici dilin mənimsənilməsi zamanı uğursuzluqların səbəbini motivasiyanın və özünəinamın olmaması, ana dilindən nisbətən çox istifadə halları, daxili narahatlıq, qorxu, stress, səhvlərə verilən rəylərin tənqid kimi qəbul edilməsi, şəxsiyyət və mədə­niyyət faktorları, sosial təzyiq və s. kimi məsələlərdə axtramaq lazımdır. Bu problemlərin effektiv şəkildə həll edilə bilməsi üçün isə öyrənənləri həvəsləndirməyi, öz narahatlıqlarını idarə etməyi öyrətməyi, daha yaradıcı və inklüziv təlim metodlarından istifadə edərək dəstəkləyici sosial və emosional mühiti yaratmaq lazımdır.

Authors and Affiliations

Könül Qurbanova

Keywords

Related Articles

DƏNİZ NEFT-QAZ QURĞULARININ YERDƏYİŞMƏSİ VƏ DƏNİZ DİBİNƏ BƏRKİDİLMƏSİ XÜSUSİYYƏTLƏRİ

Xülasə Dəniz neft və qaz sənayesi davamlılığı, təhlükəsizliyi və səmərəliliyi təmin etmək üçün innovativ yanaşmalar tələb edərək qlobal enerji təchizatında mühüm rol oynayır. Məqalə dənizdəki neft və qaz qurğularının...

Dövlət müstəqilliyinin bərpasından sonra Bakıda kilsə və sinaqoqların memarlığının yenilikləri

Bu məqalədə müstəqillik illərində Bakıda yenidənqurma və bərpa işlərinin aparıldığı bir neçə kilsə və sinaqoqların tarixi, bədii xüsusiyyətləri diqqət doğurur. Dini abidələrin memarlıq dizaynında həm ənənəviliyin, həm də...

AZƏRBAYCAN RESPUBLİKASINDA TƏTBİQ OLUNAN KİBERTƏHLÜKƏSİZLİK VƏ ONUN MÜDAFİƏ METODLARI

Xülasə Son illərdə planetimizdə bütün qabaqcıl infrastruktur və istehsal-xidmət sahələri informasiya texnologiyaları vasitəsilə idarə olunur və bu tendensiya daha da artır. Hətta artıq müasir döyüş texnologiyalarını b...

Задача о сморщивание вязкоупругой нити при нормальном ударе клином

В статье исследуется задача о поперечном ударе клина по линейному вязкоупругому валу. Задача изучается в режиме, превышающем скорость звука, а также изучается натяжение нити, ее состояние до и после разрыва. Если после у...

WAYS TO REDUCE GASES EMITTED BY ENGINES INTO THE ATMOSPHERE

Abstract In connection with the situation in the limits of the number of cars, as well as in connection with the situation in large cities, it is necessary to find ways to international boundaries of harmful substance...

Download PDF file
  • EP ID EP758395
  • DOI 10.36719/2789-6919/41/30-34
  • Views 21
  • Downloads 0

How To Cite

Könül Qurbanova (2025). Xarici dilin öyrənilməsi zamanı yaranan çətinliklərin psixoloji və koqnitiv aspektlərdən təhlili. Scientific Research, 5(1), -. https://europub.co.uk./articles/-A-758395