XARİCİ ÖLKƏLƏRDƏ YERLİ ÖZÜNÜİDARƏETMƏ VƏ SOSİAL TƏHLÜKƏSİZLİYİN İDARƏ EDİLMƏSİNİN HÜQUQİ TƏNZİMLƏNMƏSİNIN MAHİYYƏTİ
Journal Title: Scientific Work - Year 2023, Vol 17, Issue 9
Abstract
Xülasə Xarici ölkələrin yerli özünüidarəetməsi müxtəlif model və yerli təşkilat növlərindən ibarətdir. Yerli özünüidarəetmə sistemlərinin quruluşundakı fərqlər bir çox amillərdən asılıdır: siyasi rejim, ölkədə hökm sürən yerli hakimiyyət və idarəetmənin təşkili ideyası, dövlət quruluşu və dövlətin inzibati-ərazi bölgüsü, milli ənənələr və s. Yerli özünüidarəetmənin əsas məqsədi yerli məsələlərin həlli üçün yerli əhalinin səylərini birləşdirməkdir ki, bu da, nəticə etibarı ilə, dövlətimizin demokratikliyini, sabitliyini və bütövlüyünü təmin edir. Azərbaycan Respublikasın Konstitusiyasında yerli özünüidarəetmənin təsis edildiyi vaxtdan bu günə kimi kifayət qədər zaman keçməsinə baxmayaraq, nəticələr hələlik nə mütəxəssisləri, nə də əhalini tam qane etmir. Bu baxımdan qərb ölkələrində özünüidarəetmənin təşkili böyük maraq doğurur. Sosial təhlükəsizliyə gəldikdə isə, burada həyatın, sağlamlığın, rifahın, insan hüquq və azadlıqlarının qorunması əsas, bilavasitə məqsəddir. Bu, insanlar arasındakı münasibətlərin tənzimlənməsi, onların həyat dəstəyi və sosiallaşması üçün sosial sistemin mahiyyətidir. Məqalədə yerli özünüidarəetmə səviyyəsində sosial təhlükəsizliyin təmin edilməsi ilə bağlı xarici ölkələrin təcrübəsi araşdırılır.
Authors and Affiliations
Nailə Qəhrəmanova
Musiqinin modern üslubları: minimalizm, puantilizm və aleatorikanın inkişafı və xarakteristikası
Məqalə, XX əsrin sonu və XXI əsrin əvvəllərində musiqidə yaranan və inkişaf edən üç əsas modern üslub – minimalizm, puantilizm və aleatorikanın təhlilinə həsr olunub. Hər bir üslub, musiqi dilində yeni yanaşmalar, strukt...
İngilis və Azərbaycan dillərində inkarlıq bildirən prefikslər
Bu məqalə ingilis dilində inkarlığı ifadə edən müxtəlif prefikslərin və onların Azərbaycan dilindəki mənfi ifadə vasitələrinin müqayisəli təhlilinə həsr olunub. Araşdırmada ingilis dilində geniş yayılmış “un-”, “in-”,...
AZƏRBAYCAN RESPUBLİKASININ MÜLKİ PROSESSUAL QANUNVERİCİLİYİNDƏ PROSES İŞTİRAKÇILARININ HÜQUQİ VƏZİYYƏTİ
Tərəflərin anlayışını müəyyənləşdirmək problemi hüquq sahəsində mütəxəssislərin ən çox diqqətini cəlb edir ki, problemlərin özü çox genişdir, mübahisəli xarakter daşıyır və həm məhkəmə icraatının mahiyyəti, həm də iddia...
ELMİ TEXNİKİ TƏRƏQQİNİN YARATDIĞI YENİ ALTERNATİV ENERJİ MƏNBƏLƏRİ VƏ ONLARIN MALİYYƏLƏŞDİRİLMƏSİ
Xülasə Enerji maddi sivilizasiyanın mənbəyidir desək, yalan olmaz. Bütün mövcud olan varlıqların mövcudluğunu şərtləndirən ən əsas amillərdən biri də məhz enerjidir. Enerji müxtəlif formalarda ola bilər ki, bunun da b...
HEYDƏR ƏLİYEV VƏ MULTİKULTURALİZM SİYASƏTİ
Məqalədə multikulturalizm nədir, multikulturalizm anlayışına dair məlumatlar verilir. Bildiyimizə görə, dünyanın əksər ölkələri bir neçə milli, etnik və dini mədəniyyəti özündə ehtiva edən mədəni sistemlərin qaynayıb qar...