XX ƏSR MEMARLIĞI, DÖVRÜN TANINMIŞ MEMARLARI

Journal Title: Scientific Work - Year 2024, Vol 18, Issue 3

Abstract

Xülasə XX əsrdə Azərbaycan memarlığı daha da inkişaf etməyə başladı. Azərbaycan memarlığında yeni bir mərhələ başladı. Milli memarlıq ənənələri Avropa üslubu ilə birləşərək əzəmətli və möhtəşəm abidələr ərsəyə gətirdi. XX əsrdə memarlıqda geniş yayılmış istiqamət Le Korbuzye tərəfindən yaradılmış konstruktivizm idi. Memarlıqda daş və ağaclardan deyil, şüşə və dəmir-beton konstruksiyalardan istifadə edilir. Konstruktivizmin 5 prinsipi geniş istifadə olunur: sütunlar üzərində dayanan tikili, fasadın sərbəst kompozisiyası, zolaqvari pəncərələr, düz terras, kontruksiya daxilində sərbəst planlaşdırma. Bu istiqamətin Azərbaycanda əsas nümayəndəsi Mikayıl Hüseynov olmuşdur. Mikayıl Hüseynov Bakıda yerləşən bir çox memarlıq nümunələrinin müəllifi olmuş, XX əsr milli memarlıq tarixində xüsusi yer tutmuşdur. XX əsrdə artıq irihəcmli tikililər, 2, 3 mərtəbəli binalar inşa olunurdu. Bakıda həm yerli, həm avropalı memarlar işləyirdi. Buda öz növbəsində memarlığın inkişafına müsbət təsir göstərmişdi. XX əsrdə artıq metro stansiyalar yardılmağa başladı. İlk dəfə dənizdə, polad dirəklər üzərində Neft Daşları şəhərciyi salındı. XX əsrdə Mikayıl Hüseynov, Sadiq Dadaşov, Altay Mir-Bağırov, H.Qədimov, Ş.Zeynalova və s kimi yerli, İ.K.Ploşko kimi avropalı memarlar yaşayıb yaratmışdılar. XIX – XX əsrdə Azərbaycan memarlığına yeniliklər gətirən bir çox memarlar haqqında danışa bilərik. Bakıda həm yerli həm də avropalı memarlar yaşayıb yaratmışdılar. Hətta bir çoxlarının inşa etdiyi memarlıq abidəsi hələdə ölkəmizi bəzəyir. Avropada təhsil almış azərbaycanlı memarlar avropalı memarlar ilə birlikdə Azərbaycanda çox gözəl işlər ərsəyə gətirmişdilər

Authors and Affiliations

Fizzəxanım Nurizadə

Keywords

Related Articles

AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİNİN QƏRARLARINDA 1950-Cİ İL TARİXLİ AVROPA KONVENSİYASININ "İŞGƏNCƏLƏRİN QADAĞAN EDİLMƏSİ" ADLI 3-CÜ MADDƏSİNİN ŞƏRHİ

Xülasə İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyası işgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qarşısının alınması üçün yeganə beynəlxalq hüquqi sənəd deyildir. Eyni qa...

ƏDALƏT MÜHAKİMƏSİNİN PRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ

Xülasə Ədalət mühakiməsinin əsas prinsipləri bunlardır: Məhkəmələrin müstəqilliyi, bərabərlik və qərəzsizlik, qanunun aliliyi, toxunulmazlıq, şəffaflıq, ictimai iştirakçılıq, hüquqi təminatlar, hüquqi səriştə və maari...

TƏHSİL SUBYEKTLƏRİNİN İNKLÜZİV TƏHSİLİN TƏTBİQİNƏ TƏŞVİQ OLUNMASINDAKI ROLU

Xülasə İnklüziv təhsil, fərqli ehtiyac və bacarıqlara sahib olan bütün öyrənənlərin eyni mühitdə təhsil aldığı bir təhsil modelini ifadə edir. Bu məqalə inklüziv təhsilin əhəmiyyətini, faydalarını və təhsil subyektlər...

TARİXİ ŞƏHƏR VƏ TARİXİN İZLƏRİNİ GÜNÜMÜZƏ DAŞIYAN MEMARLIQ İNCİLƏRİ

Xülasə Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. 2700 ildən çox yaşı olan tarixi şəhərin kökləri bizim eradan əvvəllərə kimi uzanır. 1772-ci ildə fəlakətli sel axını nəticəsində qədim Şəki şəhəri demək ola...

KOMMUNİKATİV PROSESDƏ DİNLƏMƏNİN POZİTİVLİYİ

İnsan danışanda yox, dinləyəndə ucalır. Danışmağı hamı bacarır, dinləmək isə səbirli və pozitiv insanların işidir. Danışanı dinləmək – bacarıq, üstünlük, müdriklik tələb edir. Danışanı dinləmək – danışana dəyər vermək de...

Download PDF file
  • EP ID EP748931
  • DOI 10.36719/2663-4619/100/54-61
  • Views 43
  • Downloads 0

How To Cite

Fizzəxanım Nurizadə (2024). XX ƏSR MEMARLIĞI, DÖVRÜN TANINMIŞ MEMARLARI. Scientific Work, 18(3), -. https://europub.co.uk./articles/-A-748931