XX ƏSRİN 60-90-cı İLLƏRİNDƏ AZƏRBAYCAN FORTEPİANO İFAÇILIĞI VƏ BU SƏNƏTİN İNKİŞAFINA TƏSİR EDƏN MÜHÜM AMİLLƏR

Journal Title: Scientific Research - Year 2024, Vol 4, Issue 7

Abstract

Xülasə Azərbaycanda fortepiano alətində ifaçılıq sənəti özünəməxsus inkişaf yolu keçərək, müasir dövrdə əhəmiyyətli yaradıcılıq sahəsi kimi formalaşmışdır. Bu proses asan olmamışdır. İlk əvvəl XIX əsrin sonunda Bakıda yaranan ifaçılıq məktəbləri təhsil sistemində böyük nailiyyətlərin əldə olunmasının başlanğıcını gətirib, ifaçılıq sənətinin peşəkar səviyyədə özünü təsdiq etməyini yetişdirmişdir. Növbəti mərhələlərdə aparılan sistematik işlər nəticəsində bir-birindən dəyərli ifaçılar nəsli yetişmişdir ki, XX əsrin 60-90-cı illəri də bu mühüm mərhələlərdən biri olmuşdur. Bu dövrdə bəstəkar yaradıcılığında özünü hiss etdirən yenilikçi cəhətlər və ifaçılıq sənətində yeni ifa üslublarının formalaşması nəticəsində milli ifaçılıq sənəti orijinal xüsusiyyətli yaradıcılıq sahəsinə çevrilmişdir. Azərbaycanda ifaçılıq sənəti bəstəkar yaradıcılığında qazanılan nailiyyətlərlə birbaşa bağlı olmuşdur. Bu iki sənət qarşılıqlı əlaqə şəklində inkişaf etmişdir. İfaçı repertuarında daha çox əsərlərə hiss olunan tələbat bəstəkar yaradıcılığında fortepiano musiqisinin daha geniş yer almağına səbəb olmuşdur. Bəstəkarların fərdi üslub xüsusiyyətlərində ortaya çıxan fərqli ifadə vasitələri, yenilikçi təmayüllər ifaçılıq sahəsində müxtəlif texniki imkanların meydana gəlməyi ilə nəticələnmişdir. Buna görə də XX əsrin 60-cı illərindən sonra milli bəstəkarlıq məktəbinin nümayəndələrinin fortepiano musiqisi sahəsində əldə etdiyi nailiyyətlər ifaçılıq sənətində yeni təmayüllərin ortaya çıxmasını şərtləndirmişdir. XX əsrin 60-cı illərində respublikamızda fortepiano ifaçılıq sənətinə xalq çalğı üslubuna xas xüsusiyyətlərin özünəməxsus şəkildə nüfuzu hər keçən gün böyüməkdə idi. Əsrin ilk onilliklərində X.Qayıbovanın muğamları fortepiano kimi mükəmməl alətdə ifa etməyi, muğam sənətinin fortepiano ifaçılığına gətirilməsinə yol açmışdır. 30-cu illərdə T.Quliyevin fəaliyyətində Amerika zəncilərinin yaradıcılıq nailiyyəti olan caz sənətinə maraq nəticəsində ilk estrada-caz orkestri yaradılmış, bu isə V.Mustafazadənin simasında ifaçılıqda yeni üslubların formalaşması ilə caz-muğam sənətinin yaranmasının başlanğıcını gətirmişdir. Və nəticədə ifaçılıqda hər keçən gün özünü hiss etdirən yenilənmə yeni texniki imkanların meydana gəlməsini şərtləndirmişdir. Məqalədə ifaçılıq sənətinin 60-90-cı illərdə inkişaf mərhələsinə nəzər salınır, bəstəkar yaradıcılığında özünü hiss etdirən yenilikçi təmayüllərin bu sənətə təsirinə toxunulur, fortepianoda ifaçılıq sənətinin milli mahiyyət qazanmasında mühüm rol oynayan amillərin orijinallığından bəhs edilir, fortepiano ifaçılığının kamil sənət sahəsi kimi formalaşması vurğulanır.

Authors and Affiliations

Rəna Cəfərova

Keywords

Related Articles

AZƏRBAYCAN DİLİNİN QLOBALLAŞAN DÜNYAYA İNTEQRASIYASI YÖNÜNDƏ TƏHLİLLƏR

Xülasə “Azərbaycan dilinin qloballaşan dünyaya inteqrasıyası yönündə təhlillər” adlı məqalə qloballaşan dünyada Azərbaycan dilinin yeri və rolu, bununla bağlı aparılan təhlillər yer almaqdadır. Aparılan araşdırmada ql...

AZƏRBAYCAN PROFESSİONAL BƏSTƏKARLIQ YARADICILIĞINDA ZAKİR BAĞIROVUN YARADICILIĞINA BİR NƏZƏR

Xülasə Yaradıcılığında Ü.Hacıbəyov ənənələrinə sadiq qalan Z.Bağırov həm də ictimai xadim, folklorşünas, pedaqoq, bəstəkar kimi rol oynamışdır. Onun bu cəhətləri isə yaradıcılığında bir çox cəhətlərin meydana gəlməsi,...

PRESERVING HISTORY IN CHAOS: STRATEGIES FOR SAFEGUARDING CULTURAL HERITAGE DURING ARMED CONFLICTS

Abstract Preserving cultural heritage during armed conflicts is a crucial worldwide issue due to the substantial risks historical locations, artefacts, and traditions encounter, such as destruction, looting, and damag...

MALİYYƏ MENECMENTİNDƏ PUL AXINLARININ TƏŞKİLİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ

Xülasə Məqalədə müəssisələrdə effektiv şəkildə pul axınlarının təşkilinin təmini və onun optimallaşdırılması, bununla birlikdə pul vəsaitlərinin hərəkət anlayışı, onların uyğunluğu və optimallaşdırılması ehtiyacı müza...

KAMAL ƏHMƏDOVUN “ƏBƏDİ MƏŞƏL” SİMFONİK POEMASI

Xülasə Naxçıvan bəstəkarlıq məktəbinin istedadlı nümayəndəsi K.Əhmədovun yaradıcılığında vətən­pərvərlik mövzusu hər zaman mühüm yer tutmuşdur. O, bu sahədə çoxsaylı və müxtəlif janrlı əsərlər bəstələmişdir. Bəstəkarı...

Download PDF file
  • EP ID EP747653
  • DOI 10.36719/2789-6919/35/28-33
  • Views 36
  • Downloads 0

How To Cite

Rəna Cəfərova (2024). XX ƏSRİN 60-90-cı İLLƏRİNDƏ AZƏRBAYCAN FORTEPİANO İFAÇILIĞI VƏ BU SƏNƏTİN İNKİŞAFINA TƏSİR EDƏN MÜHÜM AMİLLƏR. Scientific Research, 4(7), -. https://europub.co.uk./articles/-A-747653